Thursday 25th April 2024,

2015

Ξ Leave a comment

Hesablama Palatasının www.ach.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Hesablama Palatasının www.ach.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikası Hesablama Palatasının www.ach.gov.az ünvanlı İnternet saytı, icmalda da qeyd etdiyimiz kimi, çox geniş bilgi verir. Saytın texniki imkanları və funksionallığı da öz yerindədir. Bəzi bölmələr istisna olmaqla sayt demək olar ki, bir çox bölmələr üzrə dolğunluğu ilə fərqlənir. Sahənin rəhbər işçiləri haqda geniş bioqrafik bilgilərin, qurumun büdcəsinin, tender elanlarının, abunə və onlayn imkanının mövcudluğu, vətəndaşların qəbulu ilə bağlı prosedurların izahı, həmçinin dövlət qurumunun ünvanı, marşrut və sxemi, ünvana gəlmək üçün istifadə ediləcək nəqliyyat növləri haqda, qurumun strukturu barədə geniş məlumatlar təqdim olunur.

Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:

1. Qurumun haqqında saytda yer almış bilgilər kifayət qədər dolğun olduğu üçün əlavə tövsiyə verilməsinə ehtiyac duyulmur.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün bütün imkanların təqdim edildiyini, yəni, telefon, faks, onlayn müraciət, çoxlu sayda e-poçtlar, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə ayrıca bilgilər verildiyi üçün bu sahədə də heç bir tövsiyə verilmir.

3. Qurumun strukturunun ümumi sxemi, aparat, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri  haqqında bilgilər təqdim edilmişdir. Bu baxımdan əlavə tövsiyəyə gərək duyulmur.

4. Rəhbər işçilər, onlarla əks əlaqələr, həmçinin rəhbərin və müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanlarının da əks etdirildiyini nəzərə alsaq bu sahədə də əlavə tövsiyəyə gərək duyulmur.

5. Qurumun cari fəaliyyəti haqqında verilmiş bilgilər sırasına qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), qurumun həyata keçirdiyi proqram və layihələr barədə, həmçinin mətbuat üçün açıqlamaların tezliyi haqqında da məlumatlar təqdim olunduğuna görə, bu sahə üzrə də tövsiyə verilmir.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar da saytda yer aldığı üçün əlavə heç bir tövsiyə söylənilmir.

7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər və əlavə xidmətlər haqqında çatışmayan məlumatlar demək olar ki, yoxdur. Yalnız qaynar xətt mövcud deyil ki, bunu da sayta əlavə edilməsi tövsiyə olunur.

8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, boş iş yerləri haqqında elanlar barədə bilgilərin saytda əks etdirilməsi tövsiyə olunur.

9. Sahə işçilərinin əmək haqları barədə bilgilər saytda ayrıntılı şəkildə yer aldığı üçün bu üzdən də əlavə tövsiyə verilmir.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə ümumi bilgi, dövlət qulluqçusunun etika qaydaları haqqında məlumatlar da təqdim olunan bilgilər sırasındadır. Bu üzdən də əlavə tövsiyəyə ehtiyac duyulmur.

11. Tender və yarışmalar barədə gərəkli bilgilər təqdim edilir. Bu üzdən də əlavə tövsiyə söylənilmir.

12. Qurumun norma- (qanun) yaratma fəaliyyəti haqda bunu demək olar ki, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv öz əksini tapmışdır. Bu üzdən də əlavə tövsiyəyə lüzum görülmür.

13. Saytın texniki imkanları yaxşı qiymətləndirilir. Sosial şəbəkələrdə aktiv səhifələri və abunə imkanı da var. Bu üzdən əlavə tövsiyəyə ehtiyac yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV