Thursday 28th March 2024,

2007

Ξ Leave a comment

Hesablama Palatasının www.ach.gov.az rəsmi internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSIYƏLƏR

posted by

Hesablama Palatasının www.ach.gov.az rəsmi internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı
TÖVSİYƏLƏR

23 iyul 2007
Hesablama Palatasının www.ach.gov.az  domen adlı rəsmi internet saytında bəzi çatışmayan cəhətləri aradan qaldırmaq üçün  “İnformasiya Azadlığının İnkişafı” Koalisiyası tərəfindən bir sıra tövsiyələr hazırlanıb  və onlar aşağıda göstərilmişdir:

Hesablama Palatası haqqında ümumi məlumatlar
 Hesablama Palatasının  yaranma tarixi və inkişafı haqqında məlumat kəmiyyət cəhətdən artırılsa yaxşı oıardı.

 Gündəlik fəaliyyət eləcə də xəbərlərin ardıcıl olaraq dəyişdirilməsi zəruridir

 Audit üzvlərinin və digər vəzifəli şəxslərin adları, soyadları ilə yanaşı təhsil və ixtisasları barədə məlumatlar daha geniş verilməsi yaxşı olardı.

 Ştat cədvəlinin verilməsi və ya bu haqda izahat işi aparılması məqsədəuyğun olardı.

 Hesablama Palatasının öz daxili əmr, sərəncam və qərarları haqqında məlumatların saytda yerləşdirilməsi yaxşı olardı.

 Öz sahəsində dövlət sirri təşkil edən məlumatların siyahısının verilməsi tövsiyə olunur.

 Yaxşı olardı rəhbər işçilərin qəbul saatları və  vətəndaşların qəbul  qaydaları barədə məlumatlar veriləydi.

Hesablama Palatasının fəaliyyəti barədə hesabatlar. Büdcə və büdcə proqnozları Hesablama Palatasının balansında olan əmlak və əmlakın satılması eləcə də onun üzərində əmlak hüquqlarının dəyişməsi barədə məlumatların verilməsi faydalı olardı.

 Tenderlərə aid məsələlər və inkişaf planları və proqramları haqqında məlumat saytda öz əksini tapsaydı yaxşı olardı.

 Keçirdiyi  audit yoxlamaları haqqında  məlumatların ictimayət üçün açıqlanması faydalı olardı.

 Öözünə  aid olan informasiya  resursları verilməsi tovsiyə olunur. 

 Yaxşı olardı ki, audit büdcəsi haqqında məlumatlar  saytda nəzərdə tutulaydı.

  Qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar, habelə əlavə haqların ödənilməsi qaydaları və xüsusi güzəştlər barədə məlumatların verilməsi faydalı olardı.   

Göstərilən xidmətlərə dair məlumatlar.

 Göstərilən xidmətlərə dair məlumatlar saytda yenidən qurusa yaxşı olardı. Belə ki, saytın daha effektli olması üçün əlaqə blokuna və online interaktiv xidmətlərə üstünlük verilməlidir. Sual, təklif və sorğuların icmalı verilməli və vətəndaşları maraqlandıran mümkün sahələrdə interaktiv xidmət göstərilməsi faydalı olardı.

 Eyni zamanda yaxşı olardı ki, müxtəlif  xidmətlər, lisenziyalar, rüsumlar və onların doldurulmuş nümunələri saytda yerləşdirilsin.

Sayt olan texniki tələbatlar

 Digər dövlət orqanları, habelə aidiyyatı üzrə beynəlxalq təşkilatların saytlarına keçidlər qoyulması yaxşı olardı.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV