Sunday 21st July 2019,

2007

Ξ Leave a comment

Hesablama Palatasinin www.ach.gov.az domen adlı rəsmi internet saytının monitorinqinin yekunu

posted by

Hesablama Palatasinin www.ach.gov.az domen adlı rəsmi internet saytının monitorinqinin yekunu
23 iyul 2007
Hesablama Palatasinin www.ach.gov.az domen adlı rəsmi internet saytının   monitorinqi      aparılıb və saytda yerləşdirilmiş informasiyanın müvafiq  qanunvericiliyin cavab verməsi yoxlanılıb. Monitorinqin nəticələrinə görə analizin yekunları aşağıda göstərilmışdır: 

İlk baxışdan göründüyü kimi saytın  informasiya təminatı həm kəmiyyət və həm də keyfiyyət baxımından zəif təşkil edilib. Belə ki, Nazirlər Kabinetinin dövlət saytlarına olan  müvafiq tələblərinin çoxu saytda öz əksini tapmayıb. Saytın ümumi görünüşü Əsas səhifə, Yeniliklər, Hesablama Palatası haqqında ümumi məlumat, Hesablama Palatasının fəaliyyətinin hüquqi əsasları, Nəzarət fəaliyyəti, Ekspert-analitik fəaliyyəti, Normativ, hüquqi və metodiki təminat, Beynəlxalq fəaliyyət, Rəy, məlumat və hesabatların arxivi, Hesablama Palatasının rekvizitləri, Saytın xəritəsi kimi menyulardan ibarətdir.

 Hesablama Palatası haqqında ümumi məlumatlarSaytın əsas səhifəsi Hesablama Palatasında vakant vəzifələrin tutulması üçün
müsabiqə haqqında elanla açılır. Ancaq elanda verilmiş müddət çoxdan keçsə də həmin səhifədə dəyişiklik edilməyib. Menyunun Yeniliklər bölümündə xəbərlər nəzərdə tutulub. Ancaq 29.05.2007 –ci il tarixdən sonra səhifədə xəbərlərdə yeniliklər edilməyib. Azərbaycan Respublikasının Hesablama Palatası haqqında ümumi məlumat eyni adlı xüsusi menyuda nəzərdə tutulsa da orada yerləşdirilən informasiya kəmiyyət baxımından çox azdır. Yəni Hesablama Palatası haqqında tam məlumatı əks etdirmir. Audit üzvləri digər şöbələrin vəzifəli şəxslərin adları və şəkilləri verilsə də onlar haqqında dolğun informasiya yoxdur. Belə ki, vəzifəli şəxslərin adları, soyadları, təhsil və ixtisasları barədə məlumatlar tam verilməyib. Bundan başqa göstərilən bölmədə verilməsi tələb olunan bəzi məsələlər nəzərdən qaçmış və bir çoxu həllini tapmayıb. Burada ştat cədvəli haqqında məlumat yoxdur. Eyni zamanda Hesablama Palatasının öz daxili əmr, sərəncam və qərarları haqqında, eləcə də öz sahəsində dövlət sirri təşkil edən məlumatların siyahısına rast gəlinmir. Rəhbər işçilərin qəbul saatları barədə məlumatlar, vətəndaşların qəbul  qaydaları ümumiyyətlə saytda nəzərdə tutulmayıb.

Hesablama Palatasının fəaliyyəti barədə hesabatlar. Büdcə və büdcə proqnozlarıBu bölümə aid  Hesablama Palatasının fəaliyyətinin hüquqi əsasları menyusu  Hesablama Palatasının öz fəaliyyətini həyata keçirmək üçün hazırlanmış normativ-metodiki sənədləri, Azərbaycan Respublikasının Konstitusiyasını, "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının qanununu, Azərbaycan Respublikası Hesablama Palatasının daxili nizamnaməsini və "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının qanununu özündə cəmləyir. Digər Nəzarət fəaliyyəti menyusu isə Azərbaycan Respublikası Hesablama Palatasının funksiyalarına əsasən həyata keçirilən dövlət maliyyə-büdcə nəzarətinin əsas istiqamətlərinə uyğun olaraq aparılan auditin  növləri haqqında məlumatları əks etdirir.  Bundan başqa növbəti menyularda da Hesablama Palatasının fəaliyyətinin normativ, hüquqi və metodiki təminatı haqqında məlumatlar yerləşdirilib. Yekunlaşdıraraq demək olar ki, bu bölümdə də yerləşdirilən informasiya həcmi qanunvericilik tərəfindən qarşıya qoyulmuş bir çox tələblərə cavab vermir. Belə ki, Hesablama Palatasının cari fəaliyyəti yaxşı işıqlandırılmayıb. Şikayət, təklif və sorğuların icmalı, informasiya sorğularının tərtib olunması, qəbulu  və göndərilməsi  qaydaları haqqında məlumatlar yerləşdirilməyib. Saytda zəif cəhətlərdən biri də büdcə və onun icrası məsələlərinin ümumiyyətlə nəzərə alınmamasıdır.  Burada Hesablama Palatasının büdcəsinin icrası, dövlət büdcəsinin gəlir proqnozunun icrası barədə məlumata rast gəlinmir.

Bunlarla yanaşı  saytda digər zəif məqamlar aşağıdakılardır:

• Tenderə çıxarılacaq sahələr haqqında məlumatların olmaması; 
• Özünə  aid olan informasiya  resurslarının yoxluğu;
• Öz səlahiyyəti  daxilində  həyata keçirdiyi  yoxlamalar haqqında  məlumatların olmaması
• Hesablama Palatasının balansında olan əmlak haqqında məlumata yer verilməməsi;
• Hər hası alqı-satqı əməliyyatı barədə heç bir məlumatın verilməməsi;
• Qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar barədə məlumatların olmaması;
 
Göstərilən xidmətlərə dair məlumatlar.
Demək olar ki, bu bölümdə qanunda nəzərdə tutulan tələblər nəzərə alınmayıb. Belə ki, heç bir qarşılıqlı əlaqə xidmətləri saytda normal təşkil olunmayıb. İnteraktiv, online xidmərləri yoxdur. Eyni zamanda xidmətlər, lisenziyalar, rüsumlar və onların doldurulmuş nümunələri verilməyib.

Sayt olan texniki tələbatlar
1. Digər dövlət orqanları, habelə aidiyyatı üzrə beynəlxalq təşkilatların saytlarına keçidlər qoyulmayıb.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

    arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

    ARXİV