Thursday 28th March 2024,

2015

Ξ Leave a comment

Mərkəzi Seçki Komissiyasının www.msk.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Mərkəzi Seçki Komissiyasının www.msk.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının www.msk.gov.az ünvanlı İnternet saytı bir çox sahələr üzrə məlumat bolluğu ilə zəngindir. Qurumun strukturu, kollegiya və aparat, qurumun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza – əsasnamə və təlimatlar haqqında ətraflı məlumat təqdim edilmişdir. Saytda qurumun ünvanı, əlaqə vasitələri, struktur rəhbərləri haqda bioqrafik məlumatlar, onlayn əlaqə, ayrıca bütün respublika üzrə seçki məntəqələrinin ünvanları interaktiv xəritədə göstərilir. Saytda  ayrıca e-xidmətlər  təklif olunur. Bu da daha geniş məlumat əldə etmək üçün yetərli sayıla bilər. Bir sıra bölmələr üzrə bilgilər tam və dolğundur. Sayt özü bütövlükdə zəngindir. Saytda qaynar xəttin olması saytın operativliyini göstərən haldır. Qurumun tarixi, rəhbərlik, rəhbərliklə əks-əlaqə imkanları, telefon, faks, onlayn yazışma formaları mövcuddur. Həmçinin, qurumun marşrut sxemi və   sosial şəbəkələrdən fasebook, tvitter və youtube-də aktiv səhifələri mövcuddur ki, bu da təqdirəlayiq haldır.

Lakin quruma getmək üçün ictimai nəqliyyat, büdcə, büdcədənkənar daxilolmalar, işə qəbul qaydaları, boş iş yerləri haqqında elanlar, rəhbər işçilərin tarif stavkası, tender elanları, tender və yarışmaların nəticələri, abunə formasına saytda rast gəlinmir. Bundan başqa, saytda vətəndaşların qəbulu ilə bağlı da heç bir məlumat verilmir. Ayrıca MSK-nın İnformasiya Mərkəzinin www.infocenter.gov.az saytı da fəaliyyət göstərir ki, buradan da ziyarətçilər özlərinə lazım olan bilgiləri əldə edə bilərlər.

Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:

1. Qurumun tarixi, rəhbərləri haqda bioqrafik məlumatlar və kollegiya, qurumun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza – əsasnamə və təlimatlar haqqında ətraflı məlumat təqdim edilmişdir.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Burada yalnız quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır.

3. Qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər tam şəkildə təqdim olunur. Digər bilgilər (aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında da məlumat təqdim edilir. Lakin qurumun regional bölmələrinin əlaqə vasitələri verilmir.

4. Rəhbər işçilər və onlarla əks əlaqə,  qurumun rəhbərinin, onun müavinlərinin və aparat rəhbərinin bioqrafiyaları  təqdim edilir. Qurumun rəhbəri, onun müavinləri, həmçinin aparat rəhbəri ilə əks-əlaqə imkanları, dövlət qurumu ilə əks -əlaqə üçün ümumi imkanlar da var. Həmçinin, struktur rəhbərləri ilə də əlaqə vasitələri təqdim edilir.

5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Mətbuat üçün açıqlamalar və onların tezliyi intensivdir. Qurumdaxili əmr və qərarlar, həmçinin həyata keçirilən proqram və layihələrlə bağlı bilgilər də saytda yer almışdır.

6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında heç bir bilgi saytda əks etdirilmir.

7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır. Saytda qaynar xətt də mövcuddur.

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında elanlar, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə  heç bir bilgiyə saytda rast gəlinmir .

9. Rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə də heç bir məlumata rast gəlinmir.

10. Qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə də heç bir bilgi verilmir. Lakin dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər saytda əks etdirilir.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı (elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi), tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə də heç bir məlumat təqdim edilmir.

12. Qurumun cari norma- (qanun) yaratma fəaliyyəti barədə də məlumat verilmişdir. Bütün mümkün normativ aktların layihələri haqda bilgilər saytda vardır.

13. Saytın texniki imkanları yaxşı dəyərləndirlir. Domen rahatlığı, internet qaydalara uyğunluğu var. Lakin sayta  abunə imkanının olmaması diqqətdən qaçmır. Qurumun sosial şəbəkələrdən facebook, tvitter və youtube-da aktiv səhifələrinin olması təqdirəlayiq haldır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV