Friday 19th April 2024,

2015

Ξ Leave a comment

Hava Yolları (QSC) –nin www.azal.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Hava Yolları (QSC) –nin www.azal.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikası  Hava Yolları (QSC) –nin www.azal.az domen ünvanlı İnternet saytı, elektron xidmətlərin daha dolğun və daha təkmil olması diqqəti cəlb edir. Saytda sərnişinlər özlərinə lazım olan bilgiləri əldə edə bilərlər. Buradan qurumun tarixi, abunə imkanı, onlayn müraciət imkanları, qəbul günləri , satış ofisləri, müştəri xidmətləri, onlayn bilet sifarişi, mile-balların toplanması haqqında, onlayn tablonun verilməsi, uçuş xəritəsi, elektron xidmətlər, daşınmaların xüsusi halları, bizim hava gəmilərimiz, Azərbaycanın hava limanları, ofis və nümayəndəliklər, hava gəmisində daşınmasına icazə verilməyən əşyalar, hava gəmisində qida təminatı, baqaj haqqında məlumat, uçuş zamanı əyləncə, sərnişinlər üçün davranış qaydaları, biznes-sinif, ekonom –sinif, təhlükəli əşyalar, sərnişinlər üçün davranış qaydaları – bir sözlə, lazım olan bütün məlumatları əldə etmək mümkündür. Bununla belə, saytda bir çox çatışmazlıqlar da müşahidə edilməkdədir. Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:

1. Qurumun tarixi haqda geniş bilgi təqdim edilir. Qurumun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza – əsasnamə və təlimatlar da mövcuddur. Lakin qurumun rəhbərliyi və kollegiya haqda heç bir bilgi göstərilməyib.  Bu bilginin də saytda yer alamsı tövsiyə olunur .

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər sırasına quruma gəlmək üçün ictimai nəqliyyat haqqında da bilgilərin daxil edilməsi tövsiyə olunur .

3. Qurumun strukturunun ümumi sxemi aparat işçilərindən QSC-nin prezidenti və digər rəhbər işçilər haqda, alt qurumların rəhbərləri haqda bilgilərin saytda təqdimedilməsi tövsiyə olunur.

4. Rəhbər işçilər, onlarla əks əlaqə vasitələri barədə təqdim edilmiş bilgilər sırasına qurumun rəhbərinin bioqrafiyası və struktur bölmələrinin rəhbərləri haqqında bilgilərin də əlavə edilməsi tövsiyə olunur.

5. Qurumun cari fəaliyyəti haqqında, mətbuat üçün açıqlamalar və onların tezliyi, qurumdaxili əmr və qərarlar haqda  təqdim edilən informasiyalar yetərli olduğundan əlavə bir tövsiyəyə gərək yoxdur.

6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər də saytda əks etdirilsin. Həmçinin, büdcədənkənar daxilolmalar haqqında da məlumatların göstərilməsi gərəkdir.

7. Qurum tərəfindən təklif edilən xidmətlər sırasına  qaynar Xətt nömrəsinin əlavə edilməsi tövsiyə olunur.

8. Quruma işə qəbul norma və qaydaları, boş iş yerləri haqqında  elanlar, elanların arxivi, işə qəbulla bağlı komissiya  barədə bilgilər təqdim edilməyən məlumatlardır. Bu sahənin dolğunlaşdırılması üçün bu bilgilərin saytda əks etdirilməsi tövsiyə olunur.

9. Sahə işçilərinin əmək haqları barədə məlumatlar da təqdim edilməyən bilgilərdəndir. Bu barədə məlumatların  göstərilməsi də tövsiyələr sırasındadır.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgilər sırasına dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilərin əlavə edilməsi tövsiyə olunur.

11. Tender və yarışmaların keçirilmə qaydaları, tender və yarışmaların keçirilməsinin nəticələri, tender elanlarının arxivi,  tender və yarışmaların mübahisəli həlli qaydaları ilə bağlı heç bir məlumat saytda əksini tapmayıb.  Bu sahədə məlumatların saytda yer alması tövsiyə olunur.

12.  Növbəti təqdim edilən bilgilər qurumun norma- (qanun) yaratma fəaliyyəti haqqındadır. Bütün mümkün normativ aktların layihələri haqda saytda bilgi verilib. Bu üzdən də əlavə tövsiyəyə ehtiyac yoxdur.

13. Saytın texniki imkanları sırasında abunə imkanının və sosial şəbəkədə səhifəsinin mövcud olması səbəbindən əlavə tövsiyəyə ehtiyac yoxdur. Onu da qeyd edək ki, “Azal” QSC-nin fasebook sosial şəbəkəsindəki səhifəsi kifayət qədər aktiv görünür.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV