Tuesday 16th April 2024,

2015

Ξ Leave a comment

Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının www.cssn.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının www.cssn.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikası Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının www.cssn.gov.az  ünvanlı İnternet saytı daxilindəki iki qht.xeber.aze-qht.az saytlarının zənginliyi ilə dərhal diqqəti cəlb edir. Üstəlik, e-xidmətlər üçün ayrıca- e-qht.az saytının fəaliyyət göstərməsi də onun üstünlüklərindən biridir. Yuxarıda qeyd etdiyimiz kimi, saytda qurumun tarixi, rəhbərləri və kollegiya haqqında məlumat təqdim edilir. Qurumun strukturu, əsas rəhbərin və struktur rəhbərlərinin bioqrafik məlumatları, onlarla əlaqə saxlamaq üçün vasitələr mövcuddur. Qurumun mətbuat üçün açıqlamaları və onların tezliyi, həmçinin, qurumdaxili əmr və qərarlar, dövlət qurumunun həyata keçirdiyi layihələr haqda yetərli məlumatlar verilir. Dövlət qurumunun təklif etməli olduğu xidmətlər, xidmətlərdən istifadə qaydaları barədə də bilgiyə rast gəlmək mümkündür. Ümumilikdə yaxşı təsir bağışlasa da, saytda bəzi bölmələr üzrə heç bir bilginin olmaması diqqətdən yayınmır. Məsələn, saytda əlaqə bölməsi olmadığından, qurumun ünvanı qəbul günləri bölməsində yerləşdirilib ki, bu da internet qaydalarına uyğun deyil. Quruma işə qəbul haqda elanlara, işə qəbul qaydalarına rast gəlinmir. Tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların keçirilmə qaydaları da təqdim edilmir. Qurumun büdcəsi haqqında verilən məlumatda QHT-lərə ayrılan vəsait göstərilsə də, qurumun rəhbərliyinin və sahə işçilərinin əmək haqqı barədə heç bir bilgi verilmir.

Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:

1. Qurum barədə gərəkli bilgilər saytda yer almışdır ki, bu da əlavə tövsiyəyə gərək olmadığını göstərir.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanların (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilməsiylə yanaşı qurumun ünvanı ya ayrıca bölmədə, ya da əlaqə bölməsində yerləşdirilməsi tövsiyə olunur. Həmçinin qurumun marşrut sxemi və quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilərin  də təqdim edilməsi tövsiyə olunur.

3. Qurumun strukturu barədə saytda yer almış bilgilər kifayət qədər olduğundan əlavə tövsiyə verilmir.

4. Rəhbər işçilər, onlarla əks əlaqə, qurumun rəhbərinin bioqrafiyası, əks əlaqə imkanları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər və onlarla əks əlaqə imkanları barədə bilgilər mövcud olduğundan əlavə tövsiyə söylənilmir.

5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Qurumdaxili əmr və qərarlar, həmçinin dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı məlumatlar təqdim edilir. Mətbuat üçün açıqlamalar və onların tezliyi də diqqət çəkir. Bu sahədə də əlavə tövsiyə verilmir.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında verilən məlumatların dolğunlaşdırılması, sahə işçilərinin əmək haqqı barədə və büdcədənkənar daxilolmalar haqqında məlumatrın təqdim edilməsi tövsiyələr sırasındadır.

7. Qurum tərəfindən təklif edilən xidmətlər barədə bilgilərlə yanaşı saytda qaynar xəttin  fəaliyyət göstərməsi də tövsiyə olunur.

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə məlumatların da saytda yerləşdirilməsi tövsiyə olunur.

9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgilərə rast gəlinmədiyini söyləmək olar. Yaxşı olardı ki, çatışmayan bilgilər təqdim edilsin.

10. Qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları),  dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər əks etdirildiyini nəzərə alaraq əlavə tövsiyəyə ehtiyac duyulmur.

11.  Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar barədə, tender və hərracların  keçirilməsi ilə bağlı elanlar, nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları  barədə də məlumatların saytda yerləşdirilməsi tövsiyələr sırasındadır.

12. Qurumun norma- (qanun) yaratma fəaliyyəti barədə də heç bir tövsiyə söylənilmir.

13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Bu bölmə üzrə ancaq qurumun saytına abunə imkanının da yaradılması tövsiyə olunur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV