AZƏRBAYCAN RESPUBLIKASININ INSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKILININ www.ombudsman.gov.az domen adlı rəsmi internet saytının monitorinqinin yekunu
20 avqust 2007
Azərbaycan Respublikasinin Insan Hüquqlari Üzrə Müvəkkilinin www.ombudsman.gov.az domen adlı rəsmi internet saytının monitorinqi aparılıb. Monitorinqin nəticələrinə görə belə qənaətə gəlmək olur ki, saytda müəyyən informasiyalar yerləşdirilsə də sayt ümumən mövcud qanunvericiliyin tələblərinə cavab vermir. Bundan başqa saytda verilmiş menyuların əksəriyyətində menyunun adının olmasına baxmayaraq heç bir informasiya yerləşdirilməyib. Nazirlər Kabinetinin dövlət saytlarına olan müvafiq tələbləri yerinə yetirilməyib və dizayn, tərtibat və informasiya həcmi baxımdan çox aşağı səviyyədə yaradılıb. Sayt yaradılarkən üç dildə (Azərbaycan, İngilis və Rus) nəzərdə tutulub. Burada digər dilli versiyalarda da səhifələrin çoxu boşdur. İlk olaraq Xəbərlər menyusu ilə açılır və saytın solunda və yuxarı hissəsində məlumatları özündə cəmləyən menyunu göstərir. Qeyd edək ki, menyu bir qədər nizamsız tərtib olunub və bir çox hallarda təkrarlanır.
• Müvəkkil
o Müvəkkil haqqında
o Müvəkkilin fəaliyyətinin hüquqi əsasları
«Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanunu
Digər qanunvericilik aktları
o Müvəkkilin fəaliyyətinin əsas istiqamətləri
• Təsisat
o Təsisatın yaradılması
o Müvəkkilin Aparatı
o Regional mərkəzlər
o Struktur
• Müvəkkilin fəaliyyəti
o Dövlət orqanları ilə əməkdaşlıq
o KİV-lə əməkdaşlıq
o İctimaiyyətlə əlaqələr
QHT-lərlə əməkdaşlıq
Müstəqil Ekspertlər Şurası
Hüquq Klinikaları Şəbəkəsi
o Hüquqi maarifləndirmə
o Elmi-analitik iş
o Beynəlxalq əməkdaşlıq
Beynəlxalq Ombudsmanlar İnstitutu
Avropa Ombudsmanlar İnstitutu
Asiya Ombudsmanlar Assosiasiyası
BMT
UNDP
UNDPİ
UNHCHR
UNHCR
UNİCEF
UNESCO
UNFPA
UNİFEM
Avropa Birliyi
Avropa Şurası
ATƏT
Digərləri
o Əhalinin müxtəlif kateqoriyaları ilə iş
Qaçqın və məcburi köçkünlər
Miqrantlar
Məhbuslar
Hərbi qulluqçular
Qadınlar
Gənclər
Uşaqlar
Ahıllar
• Şikayətlər
o Müvəkkilə şikayətlərin verilmə qaydası
o Şikayətlər üzrə iş
Şikayətə baxılma qaydası
Görülmüş tədbirlər
o Yerində araşdırmalar
o Statistik göstəricilər
• Sənədlər və nəşrlər
o İllik məruzələr
2003
2004
2005
2006
2007
2008
o Xüsusi məruzələr
o Çıxışlar
o Müraciət və məktublar
o Bəyanatlar
o İnformasiya bülleteni
Ombudsmanın fəaliyyəti
Ərizələrlə iş
Beynəlxalq əməkdaşlıq
Hüquqi maarifləndirmə
Ombudsman KİV-də
Qanunvericilik
o Nəşrlər
o Kitabxana
• Tədbirlər
o Konfranslar
o Seminar və treninqlər
o Dəyirmi masalar
• Qanunvericilik
o Azərbaycan Respublikasının Konstitusiyası
o Beynəlxalq sənədlər
o Milli qanunvericilik
• Fotoqalereya
• Səhifənin xəritəsi
• Əlaqələr
Yuxarıda göstərilən menyulardan ancaq bir neçəsi fəaliyyət göstərir. Saytda göstərilən digər menyularda adları olsa da heç bir məlumat hazırlanmayıb və informasiya yoxdur.
Azərbaycan Respublikasinin Insan Hüquqlari Üzrə Müvəkkilinin haqqında ümumi məlumatlar ayrı-ayrı altmenyularda nəzərdə tutulsa da verilən informasiya lazımı tələblərə tam cavab vermir. Belə ki, göstərilən bölmədə verilməsi tələb olunan bütün məsələlər nəzərdən qaçmış və həllini tapmayıb.
Xəbərlərdə verilmiş məlumatın müddəti çoxdan keçsə də həmin səhifədə dəyişiklik edilməyib. Bundan başqa burada ştat cədvəli haqqında məlumat yoxdur.
Eyni zamanda Azərbaycan Respublikasinin Insan Hüquqlari Üzrə Müvəkkilinin öz daxili əmr, sərəncam və qərarları haqqında, eləcə də öz sahəsində dövlət sirri təşkil edən məlumatların siyahısına rast gəlinmir.
Rəhbər işçilərin qəbul saatları barədə məlumatlar, vətəndaşların qəbul qaydaları ümumiyyətlə saytda nəzərdə tutulmayıb. Azərbaycan Respublikasinin Insan Hüquqlari Üzrə Müvəkkilinin fəaliyyəti barədə hesabatlar. Büdcə və büdcə proqnozları aid demək olar ki, qoyulan tələblər öz həllini tapmayıb. Burada Azərbaycan Respublikasinin Insan Hüquqlari Üzrə Müvəkkilinin büdcəsinin icrası, dövlət büdcəsinin gəlir proqnozunun icrası barədə məlumata rast gəlinmir.
Yekunlaşdıraraq demək olar ki, digər menyularda da yerləşdirilən informasiya qanunvericilik tərəfindən qarşıya qoyulmuş tələblərə cavab vermir. Belə ki, Azərbaycan Respublikasinin Insan Hüquqlari Üzrə Müvəkkilinin cari fəaliyyəti yaxşı işıqlandırılmayıb. Ona görə saytı ümumən natamam hesab etmək olar.