Friday 19th April 2024,

2007

Ξ Leave a comment

Azərbaycan Respublikasının Prezidentinin www. president.az domen adlı rəsmi internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikasının Prezidentinin  www. president.az domen adlı rəsmi internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı
TÖVSİYƏLƏR
27 avqust 2007

Azərbaycan Respublikasının Prezidentinin  www.president.az  domen adlı rəsmi internet saytının monitorinqin nəticələrinə görə saytı  dizayn və tərtibat  baxımından ümumən normal hesab etmək olar, xeyli informasiya yerləşdirilməsinə səy  göstərilib.  Bununla belə saytda mövcud qanunvericiliyin bir  sıra tələbləri yerinə yetirilməyib.  Odur ki, saytın  informasiya əldə edilməsi  sahəsində mövcud  qanunvericiliyə uyğun qurulması üçün monitorinq qrupu aşağıdakı qeydləri nəzərə almağı tövsiyə edir:

• Saytın daha asan və anlaşıqlı olması üçün menyuların düzülüşünə yenidən baxılmalı eyni adlı menyular dəyişilməlidir.

• İstifadəçinin saytdan daha səmərəli və asan istifadəsi üçün müəyyən addımların atılması  faydalı olardı.  Prezident hakimiyyəti menyusunda verilmiş qanundan seçilmiş maddələr Qanunlar menyusunda verilsə və  Prezident hakimiyyəti menyusunda Azərbaycan Respublikası Prezidentinin iş qrafiki göstərilsə istifadəçilər üçün müvafiq informasiya  axtarıb tapmaq daha rahat və asan ola bilərdi.

• Siyasi portret menyusunda prezident İlham Əliyevə verilmiş adlar və mükafatlarla yanaşı onun bütün siyasi fəaliyyəti  işıqlandırılması məqsədəuyğun olardı.

• Sənədlər menyusunun Qanunlar bölümündə prezidentin imzaladığı bütün qanunlar deyil, əslində prezident fəaliyyətini tənzimləyən və ya ona hər hansı formada dəxli olan qanunlar daxil edilməsi faydalı olardı. Və yaxud da bu bölmədə Qanunvericilik bazasının yaradılması, ya  ölkədəki bu tip rəsmi informasiya sistemlərinə  keçid qoyulması  faydalı  və  səmərəli olardı.

• Prioritetlər – burada sadəcə bu və ya digər məsələyə bağlı bir çox hallarda köhnə xəbərlər yer alıb. Yaxşı olardı ki,  Prioritetlər menyusunun adı orada cəmlənən məlumata uyğun olardı və həmin bölmələrdə xəbərlər yox, Azərbaycan Respublikası Prezidentinin həmin sahələr üzrə həyata keçirdiyi və ya qeyd olunan istiqamətlərlə bağlı siyasətinin mahiyyəti öz əksini tapaydı.

• İnteraktiv xidmətlərin azlığı nəzərə alınaraq texniki yeniləşmə edilməlidir. 

• Struktur menyusunda sadəcə tərkibi və haqqında bilgi verilsə də qəbul gün və saatları, əlaqə vasitələri haqqında bilgi yoxdur. Azərbaycan Respublikasının Prezidentinin İcra Aparatının strukturu, ayrı-ayrı struktur bölmələri haqqında dolğun məlumat ilə yanaşı əlaqə vasitələri tam olaraq göstərilməlidir. Qəbul günləri, saatları və qəbul qaydaları haqqında məlumatlar saytda öz əksini tapmalıdır.

• Şikayət, təklif və sorğuların icmalı haqqında məlumatlar yerləşdirilməlidir.

• Prezidentin İcra Aparatına aid dövlət büdcəsinin   icmalı və icrası haqqında bilgilər yer almalıdır.

• Mətbuat xidməti – sadəcə “prezidentin mətbuat xidmətinin məlumatı” altında xəbərlər verilib. Ən yeni xəbər isə ötən ilin dekabrına aiddir. Mətbuat xidməti və ya ictimaiyyətlə əlaqələr bölməsi xüsusi diqqəti cəlb edəcək şəkildə qurulmalı və bu xidmətlə əlaqə vasitələri verilməlidir və xəbərlər vaxtaşırı yeniləşməlidir. Yaxşı olardı ki, burada mətbuat xidməti haqqında bilgi veriləydi və onunla əlaqə vasitələri göstəriləydi.

• Nazirlər Kabineti – bu qurum haqda çox qısa bilgi verilib. Yaxşı olardı ki, Nazirlər Kabinetinin rəsmi internet saytına keçid qoyulaydı.

• Ayrı-ayrı məsələlərlə bağlı qaynar xətt telefon nömrələri verilməlidir

• Qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar barədə məlumatlar olmalıdır.

• Ali baş komandan menyusunda  Azərbaycan Respublikasının Prezidentinin Milli Ordunun quruculuğu istiqamətində gördüyü işlər və apardığı siyasətin mahiyyətinin göstərilməsi istifadəçi üçün daha əhəmiyyətli ola  bilərdi

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV