Friday 19th April 2024,

2007

Ξ Leave a comment

Daxili İşlər Nazirliyinin www.mia.gov.az domen adlı rəsmi internet saytının monitorinqinin yekunu

posted by

Daxili İşlər Nazirliyinin www.mia.gov.az domen adlı rəsmi internet saytının monitorinqinin yekunu

29 avqust 2007
Daxili İşlər Nazirliyinin  www.mia.gov.az  domen adlı rəsmi internet saytının monitorinqi aparılmış, texniki və dizayn baxımından analiz edilmişdir. Aparılmış analız nəticəsində məlum olub ki, saytın mövcud  tələblərə cavab verilməsinə diqqət  yetirilib.

Sytda Nazirliyin strukturu və fəaliyyəti, beynəlxalq əlaqələri, cinayətkarlığa qarşı mübarizə sahəsində Milli Məclis tərəfindən qəbul edilmiş qanunvericilik aktları və normativ-hüquqi sənədlər, dövlət orqanlarının internet ünvanları verilib.
 
Saytın üç dildə (Azərbaycan, İngilis və Rus) fəaliyyəti nəzərdə tutulub. İlk səhifədə xəbərlər bloku, saytın sol tərəfində Daxili İşlər Nazirliyi, Qanunvericilik, Mətbuat xidməti, Beynəlxalq əməkdaşlıq, Cinayətkarlıqla mübarizə, Insan alverinə qarşı mübarizə, Axtarışda olanlar, Vətəndaşların müraciətləri, Vətəndaşların qəbulu, Faydalı məlumatlar, Əlaqə vasitələri, Foto albom, Vətəndaşların nəzərinə menyuları, aktiv menyuların altmenyuları və  axtarış sətri  eyni zamanda əlaqə forması yerləşdirilib.

Daxili İşlər Nazirliyi menyusunda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qarşısında duran vəzifələrin, səlahiyyətlərinə aid edilmiş funksiyaların yerinə yetirilməsinin təmin edilməsi üçün nazirliyin mərkəzi aparatının Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş strukturu, onun yaranma tarixi, vəzifəli şəxslərin adları, soyadları, təhsil və ixtisasları eləcə də Təhsil müəssisələri haqqında məlumat verilib.
Qanunvericilik menyusunda cinayətkarlığa qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının qanunları Nazirliyinin və onun struktur bölmələrinin fəaliyyəti ilə bağlı hazırlanmış təlimatlar və normativ hüquqi aktlar eləcə də nazirliyin öz daxili əmr, sərancamlar və qərarlar öz əksini tapmışdır.
 
Mətbuat xidməti menyusunda Mətbuat xidmətinin məlumatları, Çıxışlar və müsahibələr, Kriminal xronika, Mətbuat orqanları haqqında bilgilər şərh edilib.
Beynəlxalq əməkdaşlıq menyusunda Azərbaycan Respublikası daxili işlər nazirliyinin beynəlxalq və regional təşkilatlarla, eləcə də  bir sıra xarici ölkələrin müvafiq hüquq-mühafizə orqanları ilə sıx əlaqələri haqqında məlumat və bir çox beynəlxalq sənədlər göstərilib. Cinayətkarlıqla mübarizə, Insan alverinə qarşı mübarizə, Axtarışda olanlar menyularında nazirliyin cinayətkarlığa qarşı mübarizəsindən, görülən iılərdən statistik məlumatlar verilib və təhlillər aparılıb. Saytın müsbət məqamlarından biri Vətəndaşların müraciətləri menyusunda yerləşdirilən nazirliyə müraciət üçün müraciət və təkliflərin və ya maraqlandıran sualların verilməsinin xüsusi formasıdır. Eyni zamanda burada Daxili İşlər Naziri və nazir müavinləri eləcə də Müvafiq baş idarə və idarə rəisləri tərəfindən vətəndaşların qəbulu qrafikinin verilməsidir.

 Faydalı məlumatlar menyusunda Daxili işlər orqanlarında xidmətə qəbul, Şəxsiyyəti təsdiq edən sənədlər, Vətəndaş və polis, Mülki silahın əldə edilməsi, Vətəndaşların müraciətlərinə baxılma qaydası, Müxtəlif növ möhürlərin və ştampların hazırlanmasına lisenziyanın verilməsi, Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınması barədə, Polisin xüsusi geyim forması, Şəxslərə məhkumluğun olması (olmaması) barədə arayışların verilməsinə dair Təlimat, Polisin xüsusi geyim forması haqqında istifadəçiləri maraqlandıran məlumatlar verilib. Saytın Nazirliyin fəaliyyətinin işıqlandırılması hissəsini müsbət qəbul etmək olar. Belə ki,  saytda orqanın cari fəaliyyəti normal əks olunub. Bundan başqa şikayət, təklif və sorğuların icmalı, informasiya infrastrukturu, informasiya sorğularının tərtib olunması, qəbulu  və göndərilməsi  qaydaları qoyulan tələblərə uyğun gəlir.

Bütün bunlarla yanaşı bəzi boşluqlara rast gəlinir.
1. Xəbərlərin yeniləşməsi  və həcmi  bir  qədər zəifdir
2. Özünə  aid olan informasiya  resursları haqqında məlumatlar yoxdur.
3. Nazirlik tərəfindən gerçəkləşdirilən  hər hansı alqı-satqı əməliyyatı və ya satınalmaların şərtləri haqqında xəbər verilmir.
4. Tenderə çıxarılacaq sahələr  haqqında məlumatlar saytda göstərilməyib və göstərilməsi nəzərdə tutulmayıb. 
5. Nazirliyə ayrılmış dövlət büdcəsinin və onun xərci barədə hesabat yoxdur.

Sayta olan texniki tələbatlar
1. Saytın müxtəlif brauzerlərdə açılması və məlumatların düzgün oxunuşu təmin olunub.
2. Sayt üzrə və saytda yerləşdirilmiş məlumat  bazaları üzrə axtarış sistemi və  xəbərlərə abunəçilik sistemi yaradılıb.
3. Digər dövlət orqanları, habelə aidiyyatı üzrə beynəlxalq təşkilatların saytlarına keçidlər təşkil edilib.
4. Saytın xarici görünüşü, naviqasiya sistemi və istifadə rahatlığını qənaətbəxş hesab etmək olar.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV