Tuesday 16th April 2024,

2015

Ξ Leave a comment

Azərbaycan Respublikasının Prezidentinin www.president.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Azərbaycan Respublikasının Prezidentinin www.president.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikasının  Prezidentinin www.president.gov.az ünvanlı İnternet saytı yuxarıda da qeyd etdiyimiz kimi, əvvəlki illərlə müqayisədə xeyli irəli gedib. Saytın daha dolğun və daha təkmil olması dərhal diqqəti cəlb edir. Üstəlik, e-xidmətlərin verilməsi də onun üstünlüklərindən biridir. Saytda bir çox bölmələr üzrə dolğun bilgilər verilir. Saytda qurumun tarixi, keçmiş rəhbərləri və indiki rəhbəri haqda ətraflı məlumat yer alıb. Qurumun aparatı, kollegiya üzvləri haqda da bilgi verilir. Prezident Administrasiyasının fəaliyyətini həyata keçirmək üçün qanunverici baza – əsasnamə və təlimatlar da təqdim edilir. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün qurumun ünvanı, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri var. E-poçt ünvanları da göstərilib. Dövlət qurumunun strukturu, aparat, alt bölümləri, struktur rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar təqdim edilib. Əsas rəhbərin və onun müavinlərinin bioqrafiyaları ətraflı göstərilib. Mətbuat üçün açıqlamalar və onların tezliyi də qənaətbəxşdir. Dövlət qurumuna aid informasiyalar, qurumdaxili əmrlər və qərarlar, həyata keçirilən proqram və layihələrlə bağlı yetərli məlumatlar mövcuddur. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron xidmətlər, onlayn müraciət imkanı, xidmətlərdən istifadə qaydaları da göstərilir.

Bununla belə, saytda bəzi çatışmazlıqlar da müşahidə edilməkdədir. Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:

1. Qurumun tarixi, rəhbərləri və kollegiya haqqında ətraflı məlumat təqdim edilmişdir. Həmçinin, dövlət qurumunun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza – əsanamə və təlimatlar haqda informasiyalar yetərli sayıla bilər. Bu üzdən əlavə tövsiyəyə ehtiyac yoxdur.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Burada yalnız qurumun ünvanının marşrut sxemi və gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır. Yaxşı olar  ki, çatışmayan bilgilər də göstərilsin.

3. Qurumun strukturunun ümumi sxemi və qurumun alt bölümləri haqqında bilgilər tam şəkildə təqdim olunur. Digər bilgilər (aparat, qurumun alt bölmələri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında da kifayət qədər məlumat təqdim edilir. Bu sahədə əlavə tövsiyə verilmir.

4. Rəhbər işçilər, onlarla əks əlaqə, qurumun rəhbərinin bioqrafiyası, əks əlaqə imkanları təqdim edilir. Həmçinin, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, dövlət qurumu ilə əks-əlaqə üçün ümumi imkanlar barədə bilgilər də mövcuddur.  Bu sahə üzrə də heç bir tövsiyə yoxdur.

5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Bundan başqa, mətbuat üçün açıqlamalar və onların tezliyi də intensivliyi ilə diqqəti çəkir. Qurumdaxili əmrlər və qərarlar haqqında da məlumatlar mövcuddur. Bu bölmədə də əlavə tövsiyə verilmir.

6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında  bilgilər saytda əks etdirilmir. Büdcədənkənar daxilolmalar haqda da bunu demək olar. Yaxşı olardı ki, burada çatışmayan bilgilər qoyulsun.

7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır. Qaynar xəttə rast gəlmirik. Burada qaynar xətt xidməti olarsa, sahə zəngin olar.

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilər təqdim edilmir.  İşə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər saytda əks olunmur. Bu bilgilərin də təqdim edilməsi lazımlıdır.

9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgilərə rast gəlinmədiyini söyləmək olar.  Burada da məlumatların mövcudluğuna gərək var.

10. Dövlət qurumu tərəfindən vətəndaşların qəbul şərtləri, qəbul günləri və qəbul qaydaları (saatları) barədə ətraflı məlumatlar təqdim olunmuşdur.  Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər əks etdirilir. Bu sahədə əlavə tövsiyə verilmir.

11. Tender və yarışmaların keçirilməsi elanları, tender və yarışmaların keçirilmə qaydaları, tender və yarışmaların nəticələri, elanların arxivi də təqdim olunmayan məlumatlardandır.  Bu sahənin də dolğunlaşdırılmasına ciddi ehtiyac var.

12. Növbəti təqdim edilən bilgilər isə qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır. Bütün mümkün normativ aktların layihələri saytda öz əksini tapır. Dövlət qurumunun norma yaratma faəliyyəti ilə bağlı arxiv də təqdim edilir. Bu üzdən də əlavə tövsiyə yoxdur.

13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Domen rahatlığı, istifadə rahatlığı var. İnternet qaydalarına uyğundur. Axtarış sistemi işləyir. Sayta abunə imkanı, əks əlaqə üçün onlayn forma və  sosial şəbəkələrdə (tvitter, fasebook, google+, apple, youtube və s.) aktiv səhifələrinin olması qurumun vətəndaş cəmiyyətinə açıqlığının göstəricidir.  Bu sahədə də heç bir tövsiyə yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV