Saturday 20th April 2024,

2007

Ξ Leave a comment

“Dövlət orqanlarının rəsmi internet resurslarının monitorinqinin yekunları: problemlər və perspektivlər” mövzusunda Dəyirmi Masada keçiriləcək.

posted by

18.09.2007

“İnformasiya  Azadlığının İnkişafı” Koalisiyasının
Məlumatı
 

     “İnformasiya  Azadlığının İnkişafı” Koalisiyası  tərəfindən aparılan dövlət orqanlarının internet resurslarının Monitorinqinin 1-ci  mərhələsi  başa çatmaq üzrədir.

     Məlum olduğu kimi  cari ilin  may  ayından etibarən  Koalisiya  tərəfindən  “Vətəndaşların informasiya  azadlığının  gerçəkləşməsinə  dəstək“ Layihəsi  çərçivəsində   dövlət  qurumlarının informasiya açıqlığı vəziyyəti  Monitorinq olunur. (www.informasiya.org  )

     Monitorinqin nəticələri yaxın vaxtlarda  “İnformasiya  Azadlığının İnkişafı” Koalisiyası  və onun aparıcı qurumu olan Multimedia İnformasiya Sistemləri  və Texnologiyaları Mərkəzi tərəfindən  keçirilməsi nəzərdə tutulan

“Dövlət orqanlarının rəsmi internet resurslarının monitorinqinin yekunları: problemlər  və perspektivlər” mövzusunda Dəyirmi Masada müzakirə ediləcək.

     Dəyirmi  Masada  dövlət  qurumlarının informasiya  açıqlığında onların internet  resurslarının rolu, İnformasiya əldə  etmək haqqında  Qanunun  icrası üzərində vətəndaş  cəmiyyətinin səylərinin birləşdirilməsi yolları ətrafında  müzakirələr  aparılacaq. Monitorinqin dörd aylıq nəticələri  əsasında hazırlanan dövlət orqanlarının informasiya açıqlığı üzrə Reytinq Cədvəli  təqdim olunacaq.

     Pilot  Bələdiyyələrin İnternet  resurslarının hazırlanması və informasiya münasibətlərinin effektiv qurulması  istiqamətində mövcud  vəziyyət  haqqında  məlumat  veriləcək.

      Dəyirmi Masada müvafiq hökumət qurumlarının və Bələdiyyələrin, müstəqil ekspertlərin, özəl və ictimai sektorun təmsilçilərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.

      Layihə  Counterpart İnternasional təşkilatı  tərəfindən  dəstəklənib.                                                                   

Multimedia Mərkəzi
Tel: 492 44 44
www.informasiya.org
info@informasiya.org

 

 

 

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV