Thursday 25th April 2024,

2015

Ξ Leave a comment

Təhsil Nazirliyinin www.edu.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Təhsil Nazirliyinin www.edu.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Təhsil Nazirliyinin www.edu.gov.az  ünvanlı İnternet saytı əvvəlki illərdən fərqli olaraq hazırda daha dolğun və daha funksional şəkildə təqdim edilməkdədir. Qurumun tarixi, rəhbərləri haqda məlumatlar və kollegiya haqda bilgi verilir. Dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza- əsasnamə və təlimatlar haqda da məlumat vardır. Ziyarətçilərin qurumla əlaqə saxlaması üçün imkanlar göstərilir. Dövlət qurumunun yerləşdiyi ünvan, ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri mövcuddur.  Saytın alt qurum və strukturlarının da ayrıca saytları mövcuddur və qurumun saytından bu saytlara asanlıqla keçmək mümkündür. Qurumun saytında respublikadakı ali və otra ixtisas təhsil müəssisələri  haqda ətraflı bilgilər təqdim edilir. Qurumun strukturunun ümumi sxemi hazırlıq ərəfəsindədir. Ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əlaqə saxlamaq üçün imkanlar təqdim edilib. Qurumdaxili əmrlər və qərarlar, mətbuat üçün açıqlamalar və onların tezliyi saytda əks olunur. Qurumun qaynar xətti, məlumat mərkəzi, elektron xidmərlər, xidmətlərdən istifadə qaydaları, işə qəbul qaydaları və boş iş yerlərinin elanları haqda məlumatlar təqdim edilir. Vətəndaşların qəbul günləri üçün ayrıca elektron xidmətlər və qəbul mərkəzi fəaliyyət göstərir. Qurumun büdcəsi haqqında məlumatlar verilib. Tender və yarışmaların elanları, tender və yarışmaların keçirilmə qaydaları, elanların arxivi, dövlət qurumunun norma yaratma fəaliyyəti, bütün normativ aktların layihələri, qurumun saytının internet qaydalarına uyğunluğu, domen və istifadə rahatlığı var. Saytın axtarış sistemi işləyir. Sosial şəbəkələrdən bir neçəsində aktiv səhifəsi mövcuddur.

Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:

1. Qurumun tarixi, rəhbərləri haqda mılumatlar və kollegiya haqqında məlumatlar təqdim edilir. Dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza- əsasnamə və təlimatlar haqda da məlumat vardır.

2.  Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir.  Qurumun marşrut sxemi və təqdim edilir, yalnız quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır.

3. Qurumun strukturunun ümumi sxemi təqdim olinmur. Səhifə hazırlıq ərəfəsindədir. Qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər tam şəkildə təqdim olunur. Digər bilgilər (aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında isə ətraflı məlumat təqdim edilir.

4. Rəhbər işçilər, onlarla əks əlaqə, qurumun rəhbərinin bioqrafiyası, əks əlaqə imkanları (onlayn formanın olmamasını nəzərə almasaq) təqdim edilir. Həmçinin struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər və onlarla əks-əlaqə vasitələri də mövcuddur.  Dövlət qurumu ilə əks-əlaqə üçün ümumi imkan da təqdim edilir.

5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Mətbuat üçün açıqlamalar və onların tezliyi, qurumdaxili əmrlər və qərarlar, dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlar təqdim edilir.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında  bilgilər saytda əks etdirilir. Büdcədənkənar daxilolmalar haqda isə heç bir məlumata rast gəlinmir.

 

7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır. Bundan başqa məlumat mərkəzi də fəaliyyət göstərir.

8. Dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər saytda əks olunur.

9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgilərə rast gəlinmədiyini söyləmək olar.

10. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul qaydaları və şərtləri, həmçinin qəbul günləri (saatları) barədə ümumi bigi ətraflı məlumatlar təqdim olunmuşdur. Qəbula yazılmaq üçün elektron müraciət də təqdim edilir. Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər əks etdirilir.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar Tender və yarışmaların nəticələri, elanların arxivi təqdim edilir. Burada göstərilməyən bilgi yalnız tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları  barədədir.

12. Növbəti təqdim edilən bilgilər isə qurumun cari norma- (qanun) yaratma fəaliyyəti haqqındadır. Bütün mümkün normativ aktların layihələri təqdim edilir. Həmçinin, dövlət qurumunun norma (qanun) yaratma fəaliyyəri ilə bağlı arxiv də saytda əks olunur.

13. Saytın texniki imkanları çox yaxşı dəyərləndirlir. Domen rahatlığı və istifadə rahatlığı var. Saytın axtarış sistemi işləkdir. Lakin abunə imkanı yoxdur. Əks əlaqə üçün onlayn forması və  sosial şəbəkələrdə aktiv səhifəsinin olması qurumun vətəndaş cəmiyyətinə açıqlığının göstəricidir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV