Friday 19th April 2024,

2007

Ξ Leave a comment

DÖVLƏT NEFT FONDUNUN WWW.OILFUND.AZ domen adlı rəsmi internet saytının monitorinqinin yekunu

posted by

DÖVLƏT NEFT FONDUNUN WWW.OILFUND.AZ  domen adlı rəsmi internet saytının monitorinqinin yekunu

26 sentyabr 2007

Dövlət Neft   Fondunun WWW.OILFUND.AZ  domen adlı rəsmi internet saytının monitorinqi aparılıb. Monitorinqin nəticələrinə görə demək olar ki, sayt zəruri menyulardan təşkil olunub və tərtibatca  normal hesab oluna  bilər. Menyular Neft fondunun fəaliyyətinin ayrı-ayrı sahələri haqqında geniş informasiyanı özündə cəmləyir. 

Sayt yaradılarkən iki dildə (Azərbaycan və İngilis ) nəzərdə tutulub. Saytda ilkin olaraq baş səhifə xəbərlər bölümü ilə və saytın yuxarı hissəsinin solunda eyni zamanda aşağı hissəsində Neft fondunun fəaliyətini əhatə edən menyuları ilə  açılır. Burada Fond haqqında,  Hüquqi sənədlər,  Hesabatlar və Statistika, Mətbuat güşəsi menyuda fondun fəaliyyəti haqqında bilgilərin verilməsi nəzərdə tutulub eləcə də bir çox lazımı məlumatlar üçün yer verilməsi məsələsi Sual cavab    Arxiv    Avto-Sorğu       Faydalı linklər  Vakansiya Əlaqələr kimi digər menyularda öz həllini tapıb.

Yuxarıda göstərilən Fond haqqında menyusunda Əlaqə Terminlər Vakansiya Sual-cavab Ümumi məlumat İdarəetmə strukturu altmenyuları verilib və burada fondun yaranma tarixi, fondun strukturu və struktur bölmələri haqqında əsasnamələr, təsisçisi olduğu mətbuat  vasitələri, vəzifəli şəxslərin adları, soyadları, təhsil və ixtisasları barədə məlumatlar yerləşdirilib.

İlkin olaraq qeyd edək ki, ana səhifədə verilmiş xəbərlərdə məlumatın müddəti çoxdan keçsə də həmin səhifədə dəyişiklik edilməyib. Ümumiyyətlə fondun gündəlik fəaliyyəti yaxşı işıqlandırılmayıb.

 İdarəetmə strukturu altmenyusunda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin toplanması və xərclənməsi sahəsindəki fəaliyyətinə nəzarət edən Müşahidə Şurası haqqında məlumatlar var. Verilmiş bu məlumatlar fondun strukturunu əhatə etsə də  ştat cədvəli haqqında məlumat, rəhbər işçilərin qəbul saatları barədə məlumatlar və vətəndaşların qəbul  qaydaları yoxdur.

Vakansiya bölməsində Azərbaycan Respublikası Dövlət Neft Fondu vəzifələrinə müsabiqəsində iştirak etmək üçün elan yerləşdirilib. Sual-cavab  bölməsində tez-tez verilən sualların icmalı və onların cavabları verilib.  Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yaradılması haqqında, Neft Fondunun tarixi, Fəlsəfəsi, İdarə olunması, Formalaşması mənbələri, Maliyyə göstəriciləri, Xərc istiqamətləri, Maliyyələşdirdiyi mühüm layihələr eyni zamanda Fəaliyyətində hesabatlılıq kimi ətraflı məlumatlar saytın Ümumi məlumat bölməsində göstərilib.

Qanunlar, Nazirlər Kabinetinin qərarları, sərancamları, Prezidentin sərəncamları və fərmanlarının verilməsi  Qanunlar, Fərmanlar,  və Sərəncəmlar bölməsində nəzərdə tutulub. Ancaq burada Dövlət Neft  Fondunun öz daxili əmr, sərəncam və qərarları haqqında  məlumatlara rast gəlinmir.

 Saytda sahəyə aid dövlət büdcəsi,  sahəyə aid dövlət büdcəsinin və icmal büdcənin icrası barədə geniş hesabatlar, dövlətin ictimai əhəmiyyətli konsepsiyaları, inkişaf planları, proqramlarının layihələri, onların müzakirəsi  və təkliflərin qəbulu imkanlarının verilməsini müsbət cəhət kimi qiymətləndirmək olar.

Yaxşı haldır ki, saytda illərə görə ümumiləşdirilmiş statistik hesabatlar, beynəlxalq müqavilələrlə və ya onların əsasında qəbul edilən normativ aktlarla müəyyənləşdirilən informasiya Hesabatlar və Statistika bölməsində özünün geniş əksini tapmışdır. Burada 2001-2006 –cı illərdəki Neft Fondunun hesabatı ilə eləcə də Dövlət Neft Fondunun müxtəlif illər ərzində büdcəsində edilən dəyişikliklər və  audit olunmuş hesabatlar haqqında məlumatlarla ətraflı tanış olmaq olar.

Bununla belə qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar, habelə əlavə haqların ödənilməsi qaydaları və xüsusi güzəştlər barədə məlumatlara  rast gəlinmir. Bundan başqa saytda şikayət, təklif və sorğuların qəbulu üçün forma verilsə də onların icmalı verilməyib.
Mətbuat güşəsi menyusunda Azərbaycan Respublikası Dövlət Neft Fondunun İnformasiya siyasəti, elanlar, müsabiqələr, xəbərləri arxivi və mətbuat xəbərləri yerləşdirilib. 

Ancaq burada verilən son məlumat 20.07.2007 il tarixə təsadüf edir.  Bundan başqa İnteraktiv online xidmərləri yoxdur.

Eyni zamanda xidmətlər, lisenziyalar, rüsumlar və onların doldurulmuş nümunələri verilməyib. Yekunlaşdıraraq demək olar ki, saytın mövcud tələblərə cavab verməyən məqamları var:

• Belə ki, tenderə çıxarılacaq sahələr haqqında məlumatlara yer ayrılmayıb.
• o cümlədən öz sahəsində dövlət sirri təşkil edən məlumatların siyahısı yoxdur.
• Alqı-satqı əməliyyatı barədə heç bir məlumat verilməyib.
• Eyni zamanda fondun öz balansında olan əmlak haqqında məlumata yer verilməyib.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV