Thursday 28th March 2024,

2015

Ξ Leave a comment

Energetika Nazirliyinin www.minenergy.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Energetika Nazirliyinin www.minenergy.gov.az  domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikasının Energetika Nazirliyinin www.minenergy.gov.az ünvanlı İnternet saytı, icman hissədə də qeyd etdiyimiz kimi, demək olar ki, yetərli və dolğun bilgi təqdim edir. Saytda bu sahəyə aid xidmət haqqında kifayət qədər bilgilər yer alıb. Qurumun tarixi, ünvanı, rəhbərlik və kollegiya haqqında məlumatlar və dövlət qurumunun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza-əsasnamə və təlimatlar yer alıb. Dövlət qurumunun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri təqdim edilir. Mümkün olan bütün e-poçt ünvanları göstəilir. Lakin qurumun ünvanına gəlmək üçün marşrut sxemi və ictimai nəqliyyat göstərilməyib. Qurumun strukturu, aparat, alt bölümləri və tabe qurumları, struktur rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar göstərilib. Əsas rəhbər və onun müavinlərinin bioqrafiyaları, rəhbərlə əks-əlaqə imkanları, dövlət qurumu ilə əks-əlaqə üçün ümumi imkanlar təqdim edilir. Mətbuat üçün açıqlamalar və onların tezliyi də diqqətəlayiqdir. Qurumdaxili əmrlər və qərarlar təqdim edilir. Dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr haqda məlumatlar verilir. Nazirliyin büdcəsi və büdcədənkənar daxiolmalarla bağlı bilgiyə rast gəlmədik. Dövlət qurumunun təklif etməli olduğu mütləq xidmətlər, elektron formada təqklif olunan xidmətlər, xidmətlərdən istifadə qaydaları, onlayn müraciət imkanı təqdim edilir. Lakin qaynar xətt yoxdur. Qurumun vakansiyalar bölməsi olsa da, lakin içi boşdur. İşə qəbulla bağlı elanlar, işə qəbulun norma və qaydaları göstərilməyən bilgilərdir. Sahə işçilərinin əmək haqları barədə ayrıntılı bilgi var. Vətəndaşların qəbul günləri və qaydaları, dövlət qulluqçusunun etik davranış qaydaları göstərilir. Qurumun sosial şəbəkələrdə səhifələrinə rast gəlmədik. Saytda boş olan bölmələrə də məlumatlar qoyulsa, saytı tam dolğun hesab etmək olar. Bu da tender elanları, tender və yarışmaların nəticələri, qurumun büdcəsi, büdcədənkənar daxilolmalar və onların istiqamətləri, rəhbər işçilərin tarif stavkası barədə informasiyalarla bağlıdır. Onu da qeyd edək ki, qurumun internet  resursunda Azərbaycan haqqında, İstiqlal Bəyannaməsi, Konstitusiya, Dövlət rəmzləri, Müstəqillik Aktı, Qanlı Yaddaş kimi bölmələrdə kifayət qədər məlumat yer alır ki, bu da çox müsbət haldır.  Saytın istifadəsi rahatdır. Burada sahə ilə bağlı bütün məlumatlara rast gəlmək mümkündür.

Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:

1. Qurumun tarixi, qurumun fəaliyyətini təmin edən qanunverici baza  -əsasnamə və təlimatlar haqqında bilgilər yetərli səviyyədədir. Qurumun rəhbərliyi haqda kifayət qədər dolğun bilgi verilir. Kollegiya haqqında da eyni sözləri demək mümkündür. Bu üzdən də əlavə tövsiyə verilməsinə ehtiyac duyulmur.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları göstərilir. Burada  qurumun ünvanının marşrut və sxemi və yalnız quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə də məlumatlar yoxdur. Yaxşı olardı ki, bu məlumatlar da göstəriləydi.

3.Qurumun strukturunun ümumi sxemi, aparat, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri  haqqında bilgilər təqdim edilmişdir. Bu baxımdan əlavə tövsiyəyə gərək duyulmur.

4. Rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin bioqrafiyası, qurumun rəhbəri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Rəhbərin müavinlərinin bioqrafiyaları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları da təqdim edilən bilgilərdəndir. Həmçinin, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər də göstərilib.  Bütün bunları nəzərə alıb bu sahədə də əlavə  heç bir tövsiyə verilmir.

5. Qurumun cari fəaliyyəti haqqında məlumatlar, mətbuat üçün açıqlamalar və onların tezliyi intensivdir. Quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya yetərli səviyyədədir. Bundan başqa, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), qurumun həyata keçirdiyi proqram və layihələr barədə də kifayət qədər bilgi göstərilir. Bu sahədə də əlavə tövsiyəyə gərək yoxdur.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə saytda məlumat yer tutmur.  Həmçinin büdcədənkənar daxilolmalar barədə məlumata da rast gəlmədik. Amma  yaxşı olardı ki, həm qurumun büdcəsi, həm də büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar da saytda yer alsın.

7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgi geniş əks etdirilir. Həmçinin, qurum tərəfindən təklif edilən əlavə xidmətlər də mövcuddur.  Lakin qaynar xətt yoxdur. Burada tövsiyə olunur ki, qaynar xətt də fəaliyyət göstərsin.

8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər geniş şəkildə təqdim edilmir. Yaxşı olardı ki, bu sahə dolğunlaşdırılaydı.

9. Sahə işçilərinin əmək haqları barədə bilgilər bütün ayrıntıları ilə təqdim edilir. Bu üzdən də burada əlavə tövsiyəyə ehtiyac yoxdur.

10. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə ümumi bilgi, dövlət qulluqçusunun etika qaydaları haqqında məlumatlar da təqdim olunan bilgilər sırasındadır. Bu üzdən də əlavə tövsiyəyə ehtiyac duyulmur.

11. Daha bir əks etdirilməyən bilgi tender və yarışmaların keçirilməsi ilə bağlıdır. Qurum tərəfindən tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların keçirilmə qaydaları, tender və yarışmaların nəticələri, elanların arxivi saytda öz əksini tapmır. Bu bilgilərin də əlavə edilməsinə gərək var.

12. Qurumun norma- (qanun) yaratma fəaliyyəti haqda bunu demək olar ki, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv öz əksini tapmışdır.  Bu üzdən də əlavə tövsiyəyə lüzum görülmür.

13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Domen və istifadə rahartlığı mövcuddur. Axtarış sistemi işləyir. Sayta abunə imkanları mövcuddur. Lakin sosial şəbəkələrdə səhifələri yoxdur.  Çatışmayan bilgilərin də təqdim edilməsinə ehtiyac var.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV