Saturday 20th April 2024,

2007_2008

Ξ Leave a comment

Milli Məclisə məxsus www.meclis.gov.az ünvanındakı rəsmi İnternet resursunun monitoringinin nəticələri

posted by

16 dekabr 2007

Azərbaycan Respublikası Milli Məclisinə məxsus www.meclis.gov.az ünvanındakı rəsmi İnternet resursunun monitoringi

Azərbaycan Respublikası Milli Məclisinə məxsus www.meclis.gov.az domen adlı ünvanda yerləşən İnternet saytı daha öncə həyata keçirdiyimiz monitoring zamanı aşkar etdiyimizdən fərqli olaraq bu dəfə xeyli zəngin və praktik resurs təsiri bağışlayır. Elə ana səhifədən saytın zəngin informasiya resursu olması nəzərə çarpır. Bununla belə ana səhifə və eləcə də digər səhifələr bir qədər ziyarətçi üçün çaşqınlıq yarada biləcək durumdadır.

Beləliklə MM-in yenilənmiş saytının monitoringi zamanı nələri aşkar etdiyimizi diqqətə çatdırmaq istərdik.

Saytın ana səhifəsi daha çox menyularla zəngindir. Özü də ki, bu menyular həm yuxarıda, həm ortada, həm də aşağıda və bəzən də təkrar olaraq verildiyi üçün ziyarətçidə çaşqınlıq yaradır. Lap yuxarıda MM-in fotosu və onun yuxarı sağ tərəfində “Azərbaycan Respublikasının Milli Məclisi” yazılıb. Onun qarşısında isə mərhum prezident Heydər Əliyevə məxsus “Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır” sözləri yer alıb. Bunların altında isə üfqi vəziyyətdə ən üst menyu yerləşdirilib. Bu menyunun altında daha bir üfqi menyu verilib. Hər iki menyunun düz altında isə axtarış qutusu, abunə qutusu və ondan sağ tərəfdə də saytın dilləri Az, Rus və Eng verilib.

Dillərə keçidlərin heç biri işləmir və sayt yalnız Azərbaycan dilindədir. Daha aşağıda və yenə də üfqi şəkildə “Vətəndaşlar üçün” və “Cari fəaliyyət” adı altında iki menyu yer alıb. Bunlardan da aşağıda üfqi istiqamətdə “Anonslar” bloku verilib ki, o da boşdur. “Anonslar”ın altında isə üç sütunda əsas blok yerləşir: xəbərlər (son üç xəbər və arxivə keçid), qanun layihələri (iki layihə və arxivə keçid, ziyarətçilər üçün müzakirələrdə onlayn iştirak imkanı) və Ermənistan-Azərbaycan münaqişəsi və bəyanatlar (üç bəyanat və arxivə keçid). Saytın dabanında ən yuxarıdakı iki menyunun təkrarı verilib. Onlardan aşağıda isə “© Azərbaycan Respublikasının Milli Məclisi, 2007” sözləri və ən alt menyu yerləşir. Bunlardan sağ tərəfdə saytın istehsalçısı MEQA şirkətinin adı verilib.

Beləliklə MM-in İnternet saytının ayrı-ayrı keçidlərini tıqlayıb önümüzə çıxan nəticələrə diqqət yetirmək istərdik.

Ən üst menyu:

Konstitusiya: Azərbaycan Respublikasının Konstitusiyası, Naxcıvan MR Konstitusiyası, Konstitusiya qanunları (Ombudsman haqqında, Beynəlxalq cinayətlərə görə məsuliyyət, İnsan hüquq və azadlıqlarının həyata keçirilməsi, Nazirlər Kabinetinə etimad), Konstitusiya qanunlarına dəyişikliklər (Konstitusiyanin 95-ci maddəsinin i hissəsinə əlavələr edilməsi haqqinda, "Ombudsman haqqında" qanuna dəyişiklik edilməsi haqqında, Naxçıvan MR Konstitusiyasına dəyişikliyin və əlavənin təsdiq edilməsi haqqında, Ombudsman haqqında qanuna dəyişiklik edilməsi haqqında)
Dövlət rəmzləri: Dövlət gerbi, Dövlət bayrağı, Dövlət himni
Qanunvericilik: (tarix, ad, nömrə və mətnə görə axtarış)
Heydər Əliyev xatirə zalı: H.Əliyev xatirə zalı, sənədlər
Kitabxana: elektron kitabxana (boşdur)
Foto arxivi: (bir neçə şəkil)

Üst menyu:

Milli Məclisin sədri: salamlama, tərcümeyi-hal, çıxışlar (hələlik boşdur), müsahibələr (hələlik boşdur), görüşlər, səfərlər, fotoalbom
Prosedur qaydaları: deputatın statusu haqqında, daxili nizamnamə, daimi komissiyalar haqqında
Milli Məclisin strukturu: üzərinə tıqlamaqla böyütmə imkanı olan sadəcə sxem-şəkil
Milli Məclisin tərkibi: rəhbərlik (sədr, sədrin I müavini, sədr müavini, sədr müavini), deputatlar (dairə üzrə, yaxud da adlar siyahısı üzrə; ancaq bir deputatın haqqında məlumata keçəndə siyahılara giriş yox olur), daimi komissiyalar, intizam komissiyası, hesablayıcı komissiyası, Seçki 2005 (?)
Aparat: aparatın rəhbəri, şöbə müdirləri və müavinlər, işlər idarəsi (sadəcə vəzifəli şəxslərin adları, vəzifələri, ixtisas dərəcələri, doğum tarixləri və baza təhsili üzrə ixtisasları verilib)
Milli Məclisin orqanları: Azərbaycan qəzeti, hesablama palatası (hər ikisinin İnternet saytına keçid)
Beynəlxalq fəaliyyət: beynəlxalq əməkdaşlıq, parlamentlərarası əlaqələr üzrə işçi qruplar, anlaşma memorandumları və digər sənədlər (boşdur)
Milli Məclisin tarixi: Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 1918-1920-ci illərdə, Azərbaycan SSR Ali Soveti 1920-1991-ci illərdə (boş), Azərbaycan Respublikası Milli Məclisinin tarixi. Müstəqillik dövrü (boş), I çağırış (siyahı-cədvəl), II çağırış (siyahı-cədvəl)
Məlumat mərkəzi: arxiv (boş), xəbərlər, sayt yenilikləri (boş), press-relizlər (boş), bəyanatlar, anonslar (boş)
İnformasiya üzrə səlahiyyətli şəxs: sadəcə telefon nömrəsi və e-poçt ünvanı

“Vətəndaşlar üçün” menyu:

Qəbul günləri: MM rəhbərlərinin və komissiya sədrlərinin qəbul günləri
Qəbula yazıl: MM rəhbərlərinin və komissiya sədrlərinin qəbuluna yazılmaq üçün onlayn forma
Sorğu və müraciətlər:
informasiya sorğusu üçün onlayn forma
MVS: sual vermək üçün onlayn forma
On-line müzakirə: sadəcə onlayn müraciət forması
Dövlət sirri haqqında: “Dövlət sirri haqqında” qanunun 5-ci maddəsi (dövlət sirri təşkil edən məlumatların siyahısı)

“Cari fəaliyyət” menyusu:

İş planı: cədvəl-syahı
Gündəlik: cəmi üç sənəd
Hesabatlar: boş
Stenoqram: 02 dekabr 2005-ci ildən 16 iyun 2007 il trixinədək olan iclasların stenogramları
Qanun layihələri: cəmi bir neçə layihə

Ən alt menyu:

İstifadə qaydaları: hələlik boşdur
Ünvan: hələlik boşdur
Linklər: hələlik boşdur
Saytın xəritəsi: tam şəkildə işləyir; üstəlik orta blokda yerləşən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı saytda olan materiallara keçid də burda ayrıca yer alıb (münaqişələrin tarixi, münaqişənin hüquqi aspektləri, münaqişənin həlli prosesi, (ATƏT-in Nazirlər Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Bəyanatı (Brüssel, 05 dekabr 2006-cı il), Avropa Şurası Parlament Assambleyasının 1416 nömrəli qətnaməsi, 2005-ci il, Avropa Şurası Parlament Assambleyasının 1690 nömrəli tövsiyəsi, 2005-ci il), qəbul edilmiş sənədlər (BMT, AŞPA, İslam Konfransı Təşkilatı, Avropa İttifaqı, ATƏT, NATO)

Göründüyü kimi MM-in saytı çox zəngindir. Ancaq hələlik üzərində işləniləsi çox məsələlər var ki, bunlara da tövsiyələrimizdə yer ayırmışıq.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV