Friday 29th March 2024,

2016

Ξ Leave a comment

Abşeron Rayon İcra Hakimiyyəti www.absheron.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Abşeron Rayon İcra Hakimiyyəti www.absheron.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Monitorinqin nəticəsi olaraq qeyd edə bilərik ki, Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti  www.absheron.gov.az domen adlı İnternet saytında məlumat baxımından bir sıra çatışmazlıqlar var. Bu səbəbdən də çatışmazlıqların aradan qaldırılmasına kömək məqsədilə  tövsiyələrimizi diqqətə çatdırırıq.

1.   Rayon haqqındakı bilgilərlə yanaşı ayrıca qurumun özü haqqında, ona daha öncə başçılıq etmiş şəxslər, onun fəaliyyətini təmin edən qanunverici baza haqqında, qurumun səlahiyyət çərçivələri və hakimiyyət qolunda yeri bilgilərin əlavə edilməsi tövsiyə olunur.

2.    Tövsiyə olunur ki, ziyarətçilərin əks əlaqəsi daha da uyğun bir hala gətirilsin və qurumun yerləşdiyi ünvanın sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında da bilgilər təqdim olunmuş bilgilərə əlavə olunsun.

3.   İcra Hakimiyyətinin strukturu haqqında sxem və müavinlər haqqında məlumatlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları,  struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatların təqdim edilməsi də tövsiyə olunur.

4.   Yaxşı olardı ki, qurumun  rəhbəri, rəhbər işçiləri və onlarla əks əlaqələr baxımından  bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin təqdim edilsin. Rəhbər, rəhbər işçilər və onlarla əks əlaqələrin də saytda yerləşdirilməsi yaxşı olardı. Qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında təqdim edilmiş qısaca bilgilərin də dolğunlaşdırılması tövsiyə olunur.

5.  Cari informasiyaların nisbətən yenilənməsi ilə yanaşı, qurumdaxili əmr və qərarların, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə bilgilərin isə təqdim edilməsi tövsiyə olunur.

6. Büdcə ilə bağlı məsələlər haqqında da saytda bilgi verilməsi yaxşi olardı.

7.   Tövsiyyə olunur ki, qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər  haqqında saytda bilgilər verilsin.

8.    Növbəti tövsiyyə boş iş yerləri və işə qəbulla bağlı bilgilərin də saytda öz əksini tapması haqqındadır.

9.    Rəhbər, onun müavinlərinin və struktur bölmələri rəhbər işçilərinin əmək haqlarının da təqdim edilməsi tövsiyyə olunur.

10.   Həmçinin vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında həm vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları, həm də  qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilərin saytda yerləşdirilməsi tövsiyyələr sırasındadır.

11.   Yenə də tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsi tövsiyyələr sırasındadır.

12.   Saytın texniki imkanlarının yaxşılaşdırılması və sayta abunə imkanının da daxil edilməsi gərəklidir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV