Friday 19th April 2024,

2007_2008

Ξ Leave a comment

Gənclər və İdman Nazirliyinə məxsus www.mys.gov.az ünvanındakı İnternet resursunun monitoringinin nəticələri

posted by

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin www.mys.gov.az domen adlı İnternet saytı gözlənildiyinin əksinə olaraq həddən artıq zəif və minimal standarta belə uyğun gəlməyəcək formada ziyarətçilərin istifadəsinə təqdim edilir.

Saytda ən adi bilgiləri belə görmək mümkün deyildir. Yalnız bir neçə xəbər və bəzi tədbirlərin keçirilməsi, və ya keçiriləcəyi barədə elan xarakterli bilgiləri çıxsaq, saytın demək olar ki, durğun bir resurs olduğunu deyə bilərik. Əlbəttə ki, əslində biz monitoringin sonucu olaraq ilkin nəticələri ortaya çıxararaq onların təhlilinə diqqət ayırmalıyıq. Ancaq saytda istifadəçi üçün ələ gələsi ciddi bir şey olmadığına görə əslində təhlil olunacaq bir şey də yoxdur.

Onu da qeyd edək ki, bu vaxta kimi həyata keçirdiyimiz ilk iki monitoring zamanı da Gənclər və İdman Nazirliyinin İnternet saytı bir sıra başqa dövlət qurumlarının saytları ilə bərabər ciddi tənqidlərə məruz qalmışdı. Ancaq təəssüflər olsun ki, digər qurumlardan fərqli olaraq GİN bu tənqidlərdən nəticə çıxarmamış və aşağıda da görəcəyiniz kimi demək olar ki, bu yöndə heç bir iş görməmişdir.

Beləliklə, GİN-in İnternet saytında rast gəldiklərimizi diqqətinizə təqdim edirik.

Sayt ana səhifə ilə açılır. Əsas menyu yuxarıda üfqi istiqamətdə yerləşdirilib və cəmi beş keçiddən ibarətdir. Hansı ki, onlardan da ikisi ümumiyyətlə boşdur. Əsas menyudan aşağıda iki fotoşəkil, onların sağ tərəfində isə 2004-2007-ci illəri aylar üzrə əhatə edən axtarış qutusu yerləşdirilib. Təbii ki, forma cəhətdən praktik sayıla bilməyəcək bir qutu. Bunların altında sol əsas blokda “Ümumi xəbərlər” adı altında cəmi üç xəbər – sonuncusu 19 noyabr 2007-ci il tarixlidir – yerləşdirilib. Sağ yardımçı blokda isə axtarış qutusunun altında “Keçirilən tədbirlər” (sonuncu 10 dekabr 2007-ci il tarixlidir) və “Planlaşdırılan tədbirlər” (15, 18, 20 dekabr 2007-ci il tarixləri üçün elanlar) adı altında elan xarakterli bilgilər yerləşdirilib.

Saytın daban hissəsində isə düz xəttin altında “© 1995-2006 Azerbaijan Republic Ministry of Youth & Sport” sözləri yazılıb. Ondan sağda isə sayğac qoyulub ki, ordan da monitoringin keçirildiyi gün ərzində saat 15.00-a kimi cəmi 16 ziyarətçinin bu resursa baş çəkdiyi aydın olur. Ümumiyyətlə isə saytı 84871 nəfərin ziyarət etdiyi haqda sayğac göstəricisi var. Onu da əlavə edək ki, saytın Eng və Rus versiyaları da mövcuddur. Ancaq onlar çeviklik baxımından Az versiyasından xeyli geri qalır.

İndi isə saytın əsas menyusunda gördüklərimiz haqqında:

Nazirlik: bu bölmə boşdur; tıqladıqda sadəcə ana səhifə açılır

Xəbərlər: buraya tıqladıqda əslində ana səhifədən heç nə ilə fərqlənməyən səhifə açılır; yalnız şəkillər fərqlidir

Tədbirlər: bu bölmə də boşdur; tıqladıqda sadəcə ana səhifə açılır

Sənədlər: burada adları ziyarətçiyə demək olar ki, heç nə deməyən keçidlər yer alıb: Azərbaycan Respublikasının qanunu; Azərbaycan Respublikası Prezidentinin qanunu(!!!); Azərbaycan Respublikası Prezidentinin fərmanı; Azərbaycan Respublikası Prezidentinin sərəncamı; Azərbaycan Respublikası Milli Məclisinin qanunu; Azərbaycan Respublikası Milli Məclisinin qərarı; Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı; Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı; Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi kollegiyasının qərarı; Əsasnamələr (3 əsasnamə); Bəyanatlar; Bizim loqotiplər; Ərizə, digər sənədlərin nümunə və qaydaları (yalnız “Turizm fəaliyyəti üçün lisenziya almaq qaydası və ərizə forması” verilib).

Mətbuat: "İDMAN" qəzeti – Azərbaycan Respublikasi Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin orqanı (15 mart 2005-ci ildən 03 aprel 2007-ci il tarixinədək olan nömrələr; Word formatında); Qəzetlər bizdən nə yazır (cəmi 51 vahid: ilki 29 mart 2005, sonuncusu isə 21 dekabr 2007-ci il tarixlidir); Press-relizlәr (cəmi 12 vahid: ilki 19 may 2005, sonuncusu isə 27 noyabr 2006-cı il tarixlidir).

Göründüyü kimi sayt zəngin olmamaqla bərabər həm də qeyri-praktikdir. Xüsusən də “Sənədlər” bölməsindəki qeyri-müəyyən adlandırmalar ziyarətçini çaş-baş salır. Baxmayaraq ki, onların üzərinə tıqladıqda ən azı bir neçə müvafiq sənədə gedib çıxmaq olur.

Saytda əks əlaqə və interaktiv xidmətlər ümumiyyətlə yoxdur.
Təbii ki, bir çox başqa zəruri informasiyalar da yoxdur ki, onları sadalamağa lüzum görmürük.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV