Friday 19th April 2024,

2007_2008

Ξ Leave a comment

Azərbaycan Respublikasının prezidentinə məxsus www.president.gov.az ünvanındakı RƏSMİ İnternet resursun monitoringinin NƏTİCƏLƏRİ

posted by

Azərbaycan Respublikasının prezidentinə məxsus www.president.gov.az ünvanındakı İnternet saytı ilk baxışdan zəngin resurs təsiri bağışlayır. Onu da qeyd edək ki, sayt son zamanlar əsaslı şəkildə(məzmun, dizayn və struktur cəhətdən) yeniləşdirilib. Sayt haqqında ilkin təəssüratı müsbət hesab etmək olar. İndi isə saytın məzmunu ilə bağlı ilkin müşahidələrimizə diqqət edək.

Sayt yuxarı üfqi menyu, onun altında sol tərəfdə prezidentin fotosu və ondan sağda prezidentdən iqtibas, həmçinin bir-birinin altında yerləşən xəbərlər (ən son xəbərlər), sənədlər, məktublar (prezidentə məktub yazmaq, prezidentə yazırlar və bölməyə keçid ) və anons (KİV nümayəndələrinin diqqətinə və digər anonslara keçid) blokları ilə açılır. Lap aşağıda isə “anons (cəmi bir elan), yeniliklər, məktəblilər üçün (boşdur), rəqəmlər və faktlar (çətin açılır), FAQ, yükləmələr (prezidentin şəkilləri), sayt haqqında, linklər, xəritə, abunə olmaq” tərkibli menyu yerləşib.

İlkin ümumi qənaət saytın peşəkarcasına hazırlanmasından xəbər verir. Bununla belə qeyd etmək lazımdır ki, saytın istehsalçısı və müəllif hüquqları haqqında bilgi verilməyib.

Saytın üst üfqi menyusunda nələr var?

Xəbərlər: xəbərlər (ən son xəbərlər), iş grafiki (?), yeniliklər (qarmaqarışıqdır), KİV üçün (mətbuat xidmətinin məlumatı), fotomateriallar (prezidentin fotoları), mətbuat konfransları (boşdur), əlaqə (prezidentin mətbuat katibinin telefon və faks nömrəsi), məktub göndər (prezidentin mətbuat xidmətinə onlayn məktub göndərmək üçün forma)
Azərbaycan: tarix (siyasi tarix), ərazi (bilgilər köhnədir – 2002), əhali (bilgilər köhnədir – 2004 və 1999), konstitusiya (tam mətni), dövlət rəmzləri (bayraq, gerb və himnin sözləri və mp3 formatında yükləmə imkanı), bayramlar (“Əmək məcəlləsi”ndən çıxarış, bayramların adları və haqqında qısa məlumat), diaspora (Azərbaycan diasporası və müvafiq dövlət qurumunun saytına keçid), Qarabağ (nəyə görəsə rusca), qanlı yaddaş (Qarabağ, Xocalı və 31 mart), “Əsrin müqaviləsi”, “Böyük İpək Yolu”, fotoalbom
Prezident: prezident hakimiyyəti, tərcümeyi-hal, birinci xanım (biografiyası və saytına keçid), prezidentin protokolu, fotoalbom
Fəaliyyət: görüşlər, səfərlər (rəsmi, işgüzar, daxili), qəbullar, çıxışlar, imzalanma, mətbuat konfransları, müsahibələr, mərasimlər, video galereya, audio galereya
Sənədlər: məktublar, fərmanlar, sərəncamlar, müraciətlər, bəyanatlar, qanunlar, kodekslər (boş), konsepsiyalar (boş)
Prioritetlər: daxili siyasət, xarici siyasət, Qarabağ münaqişəsi, hüquq və azadlıqların müdafiəsi, ordu, qaçqınlar, iqtisadiyyat, vətəndaş cəmiyyəti, sosial siyasət, təhsil, səhiyyə, mədəniyyət, idman, neft strategiyası, regionların inkişafı, informasiya texnologiyaları. Bütün bölmələr üzrə prezidentin çıxışları və müsahibələri.

Təəssüf ki, konkret məsələ ilə bağlı prioreteti anlamaq üçün prezidentin hansısa tədbirdəki çıxışı tam oxumaq lazım gəlir. Tutaq ki, hardasa prezident müəyyən müddət çıxış edib və bu çıxışda tədbirin həsr olunduğu məsələ ilə  bağlı konkret bir  fikir  bildiribsə, həmin çıxış saytda tam olaraq verilir və konkret fikri oradan tapmaq üçün ziyarətçi xeyli vaxt sərf etməli olur.
İcra Aparatı: aparatın rəhbəri (biografiyası), struktur (şöbə, xidmət və katibliyin adları, rəhbərlərinin adları və biografiyalarına keçid), Təhlükəsizlik Şurası (haqqında qısaca və tərkibinə daxil olanların yalnız vəzifələri), prezidentin yanında komissiyalar (yalnız adları, qurulma tarixləri və sədrlərinin adları), qəbul otağı (telefonlar və qəbul günləri), prezident sarayı (bina haqqında bilgi)
Məktublar: prezidentə məktub yazmaq (onlayn forma), prezidentə yazırlar (sadəcə bir neçə təşəkkür xarakterli məktub)
Axtarış: yalnız 2007-ci il üçün axtarış imkanları

Göründüyü kimi ilk baxışdan zəngin təsir bağışlayan prezident saytı eyni zamanda “İnformasiya əldə etmək haqqında” qanunun bir sıra tələblərinə yetərincə cavab vermir.

Beləliklə saytın üzərində bir  sıra işlərin  görülməsinə, onun təkmilləşdirilməsinə  ehtiyac var və ümid etmək olar ki, yaxın vaxtlarda bütün çatışmazlıqlar aradan qaldırılacaq.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV