Wednesday 24th April 2024,

2016

Ξ Leave a comment

Ağsu Rayon İcra Hakimiyyəti www.agsu-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Ağsu Rayon İcra Hakimiyyəti www.agsu-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Ağsu Rayon İcra Hakimiyyəti  www.agsu-ih.gov.az İnternet resursunun standart görünüşü var. Saytda ötən ildən bu yana yenilik hiss olunmur.  İqtisadiyyat bölməsində büdcə haqqında məlumatlar ötən il yenilik kimi görünürdüsə də, bu il hesabat ilinin yenilənməməsi diqqətdən qaçmır. Xəbərlər bölməsidəki informasiyalar bu ilə aid olsa da, onlar arasındakı vaxt məsafəsinin bəzən bir həftə olması da nəzərdən qaçmır. Yenə də bəzi bölmələr üzrə bilgilər kifayət qədər deyil, bəzi bölmələr (elektron xidmətlər, electron xidmətlər, əhali) isə boşdur.

Beləliklə, Ağsu Rayon İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi aşağıdakı kimidir:

1.  Saytda rayon haqqındakı bilgiləri qənaətbəxş hesab etmək olar. Qurum, qurumun rəhbəri haqqında verilmiş  məlumatlar kafidir. Rayonun təhsili və səhiyyəsi haqqındakı informasiya deyil. Sayta ötən il vakant iş yerləri haqda məlumat verilirdisə də, bu il bu informasiyaya rast gəlmədik. Rayon əhalisi haqqındakı məlumat aydın də dolğun deyil. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə isə heç bir məlumat verilmir.

2.   Qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları göstərilməsi ziyarətçilərin əks əlaqəsi üçün yararlı olsa da, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara rast gəlinmir.

3. Saytda olmayan informasiyalar sırasına  struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeli­yindəki informasiya sistemləri haqqında məlumatlar da var. Qurumun strukturu haqqında sxem və müavinlər haqqında mə­lumatlar isə olsa da, onlarla əlaqə nəmrələri kimi sadəcə şəhər telefonu göstərilir.

4.  Bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər də yoxdur. Lakin qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında qısaca da olsa bilgilər təqdim edilir.

5.  Ötən ilə nisbətən cari informasiyalar baxımından saytı qismən zəngin sayıla bilər, amma informasiyalar arasındakı vaxt məsafəsi yenə çoxdur. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.

6.   Yaxşı haldır ki, saytda qurumun büdcəsi, büdcənin  icrası haqqında,  büdcədənkənar daxil­olmalar və onların istiqamətləri barədə informasiyaları görmək olur.

7.  Burada yalnız onlayn müraciət imkanı təqdim edilsə də, qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər  haqqında isə heç bir bilgi yoxdur.

8.   Ötən il boş iş yerləri və işə qəbulla bağlı heç olmasa səhiyyə və təhsil sahəsində vakant yerlər haqda informasiyalara rast gəlinirdisə, bu il boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur böl­mələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları,  işə qəbulla bağlı komissiyalar haqqında, qurum  və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) heç bir məlumat təqdim edilmir.

9.   Qurumun işçilərinin əmək haqları ilə bağlı da məlumat yoxdur.

10.  Nə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları, nə qurumda vətəndaşların qəbul qaydaları, nə də onlarla əlaqə nömrələri haqqında bilgilər təqdim edilmir. Lakin vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vqəbul günləri və saatları barədə bilgilər var.

11.  Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.

12.  Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da,  abunə imkanı yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV