Friday 29th March 2024,

2016

Ξ Leave a comment

Binəqədi Rayon İcra Hakimiyyəti www.binegedi-ih.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR.

posted by informadmin
Binəqədi Rayon İcra Hakimiyyəti www.binegedi-ih.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR.

Azərbaycan Respublikası Binəqədi Rayon İcra Hakimiyyəti  www.binegedi-ih.gov.az domen adlı İnternet saytın zəngin məlumatlı olsa da çatışmazlıqlardan xali deyil. Bu çatışmazlıqların aradan qaldırılmasına kömək məqsədilə  tövsiyələrimizi diqqətə çatdırırıq.

1.    Tövsiyə olunur ki, qurumun özü haqqında, quruma daha öncə başçılıq etmiş şəxslər, qurumun səlahiyyət çərçivələri və hakimiyyət qolunda yeri haqqında bilgilər əlavə edilsin.

2.   Yaxşı olardı ki,  quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin təqdim edilsin. Bu ziyarətçilərin əks əlaqəsini daha da uyğun bir hala gətirərdi.

3.   İcra Hakimiyyətinin struktur bölmələrinin dəqiq (tam) ünvanları,  struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatların təqdim edilməsi də tövsiyə olunur.

4.   Qurumun  rəhbəri, onun müavinləri haqda olduğu kimi, digər rəhbər işçilər və onlarla əks əlaqələr baxımından  bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında da bioqrafik bilgilərin təqdim edilməsi yaxşı olardı.

5.  Qurumdaxili əmr və qərarların, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə bilgilərin də yenilənməsi tövsiyə olunur.

6. Büdcə ilə bağlı məsələlər haqqında saytda daha da ətraflı bilgi verilməsi də tövsiyələr sırasındadır.

7.  Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər  haqqında bilgilərin verilməsi tövsiyyə olunur.

8.  Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin saytda öz əksini tapması faydalı olardı.

9.  Rəhbər, onun müavinlərinin və struktur bölmələri rəhbər işçilərinin əmək haqlarının da təqdim edilməsi tövsiyyə olunur.

10.   Tövsiyələr sırasına vətəndaşların qəbul şərtləri haqqında həm vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları, həm də  qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilərin təqdim edilməsini də əlavə etmək olar.

11.   Tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsi də tövsiyə olunur.

12.   Saytın texniki imkanlarının da ha da yaxşılaşdırılması və abunə imkanının da daxil edilməsi tövsiyyə olunur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV