Thursday 25th April 2024,

2016

Ξ Leave a comment

Beyləqan Rayon İcra Hakimiyyəti www.beyleqan-ih.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR.

posted by informadmin
Beyləqan Rayon İcra Hakimiyyəti www.beyleqan-ih.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR.

Məlumat baxımından Azərbaycan Respublikası Beyləqan Rayon İcra Hakimiyyəti  www.beyleqan-ih.gov.az domen adlı İnternet saytını zəngin hesab etmək olmaz. Saytda çatışmazlıqlar mövcuddur. Bu çatışmazlıqların aradan qaldırılmasına kömək məqsədilə  tövsiyələrimizi diqqətə çatdırırıq.

1.    Saytda rayon haqqındakı bilgiləri zənginləşdirmək, boş olan bölmələrdə (şura, bələdiyyələr, fəaliyyət, elektron xidmətlər) informasiyaların yerləşdirilməsi tövsiyə olunur. Bununla yanaşı qurumun özü haqqında, quruma daha öncə başçılıq etmiş şəxslər, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri və hakimiyyət qolunda yeri haqqında da bilgilərin əlavə edilməsi tövsiyə olunur.

2.     Ziyarətçilərin əks əlaqəsini daha da uyğun bir hala gətirmək baxımından qurumun yerləşdiyi ünvanın sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.

3.  Lazımlı hesab olunan məlumatlar sırasında İcra Hakimiyyətinin strukturu haqqında sxem və müavinlər adları ilə yanaşı, onlar haqqında məlumatlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları,  struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatlardır ki, bunların da saytda təqdimi tövsiyə olunur.

4 Yaxşı olardı ki, rəhbər, rəhbər işçilər və onlarla əks əlaqə imkanları da saytda yerləşdirilsin.   Qurumun  rəhbəri ilə yanaşı, rəhbər işçiləri və onlarla əks əlaqələr baxımından  bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin təqdim edilməsi, qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında təqdim edilmiş qısaca bilgilərin isə dolğunlaşdırılması tövsiyə olunur.

5.  Cari informasiyaların daim yenilənməsi, qurumdaxili əmr və qərarların, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə bilgilərin isə təqdim edilməsi tövsiyə olunur.

6.   Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında saytda bilgi verilsin.

7.   Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər  haqqında bilgilərin verilməsi tövsiyyə olunur.

8.    Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin də saytda öz əksini tapması tövsiyəyə olunur.

9.    Rəhbər, onun müavinlərinin və struktur bölmələri rəhbər işçilərinin əmək haqlarının da təqdim edilməsi tövsiyyə olunur.

10.   Vətəndaşların qəbul günləri və saatları ilə yanaşı qəbul şərtləri, vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları, həm də  qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.

11.   Tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsi tövsiyyələr sırasındadır.

12.   Saytın texniki imkanlarının yaxşılaşdırılması və abunə imkanının da daxil edilməsi tövsiyyə olunur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV