Saturday 20th April 2024,

2007_2008

Ξ Leave a comment

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məxsus az-customs.net ünvanındakı İnternet resursunun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr

posted by

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi İnternet saytı sahəyə birbaşa dəxli olan və ən çox tələbat duyula biləcək məlimatlarla zəngindir. Bununla belə saytdan istifadəni asanlaşdırmaq və lazım gəldiyi zaman DGK ilə birbaşa əlaqə yarada bilmək üçün bir sıra işlərin görülməsinə ehtiyac var. Həm də saytda təkmilləşdirmə aparıb daha məntiqi sistemləşdirməni də tətbiq etmək xeyli faydalı olardı. Burada onlayn xidmətlərin sayını ilkin mərhələdə heç olmasa müvafiq minimuma çatdırmaq və sonrakı mərhələdə bütün xidmətləri ziyarətçilərin istifadəsinə vermək səmərəli olardı. Məsələn, müraciət, ərizə və bu kimi gərəkli sənəd formalarının yerləşdirilməsi, həmçinin onların doldurulma qaydaları və doldurulmuş nümunələrinin yerləşdirilməsi bürokratiyanı azalda biləcək vacib amillərdəndir. Eyni zamanda aşağıdakı məqamlara da diqqət edilməsinə zərurət var:

1. DGK-nin İnformasiya strukturu haqqında və bu sahə ilə məşğul olan məsul şəxsləri haqqında məlumatların yerləşdirilməsi vacibdir.

2. Mətbuat xidməti ilə əlaqəni asanlaşdırmaq üçün bütün sahifələrdə ayrıca mətbuat xidməti keçidinin verilməsi və müvafiq səhifədə bu xidmətlə əlaqə üçün bütün imkanların göstərilməsi yerinə düşərdi.

3. “Gömrük Komitəsi” keçidindəki rəhbərlik səhifəsində yalnız komitə sədrinin və onun üç müavininin adları, telefon nömrələri və rütbələrinin yerləşdirilməsi yetərli deyil. Burada adı keçən şəxslərin biografiyaları da mütləq yerləşdirilməlidir.

4. Digər vəzifəli şəxslər barədə eyni biografiya və əlaqə bilgiləri verilməlidir.

5. Mərkəzi aparat səhifəsində verilən idarə, şöbə, xidmət və s. siyahısından sonra açılan səhifələrin hamısında sadəcə xidmətin adı və telefon nömrəsi verilib. Halbuki adi bir telefon nömrəsindən ötrü yeni səhifəyə heç bir ehtiyac yoxdur. Bütün bunların hamısını eyni səhifədə cədvəl qurub ziyarətçilərin ixtiyarına vermək düzgün olardı.

6. Eyni şeyi sistemə daxil olan gömrük organları və təşkilatları ilə bağlı da demək olar. Yəni nəzərə alsaq ki, bu qurumların sayı o qədər də çox deyil, o zaman onları da bir səhifədə bir cədvəldə yerləşdirmək olardı. Təbii ki, gələcəkdə ayrı-ayrı idarələr haqqında geniş məlumatlar yerləşdiriləcəyi təqdirdə onları ayırmaq olar.

7. Hüquq-mühafizə fəaliyyəti keçidində Əfqanıstanda tiryək və xaşxaşın istehsalı ilə bağlı hesabatların yerləşdirilməsi, yaxud da qeydə alınan narkomanların sayının bizcə gömrük qurumlarına birbaşa, yaxud da heç bir dəxli yoxdur. Yəni bu tip informasiyalar saytı sadəcə təyinatına uyğun olmayan məlumatlarla yükləyə bilər.

8. Faydalı istinadlar səhifəsində, bizcə, həm də Azərbaycanın digər nazirlik və dövlət komitələrinin saytlarına keçidlərin (tam olaraq) verilməsi məqsədə uyğun olardı.

9. Suallar və cavablar bölməsini də sahmana salıb qruplaşdırmağa ehtiyac var.

10. Ümumilikdə isə saytda yerləşdirilən qanun, sərəncam və s. bu cür sənədləri keçmişdən indiyə deyil, indidən keçmişə ardıcıllığı ilə yerləşdirmək məqsədəuyğun olardı.

11. "İnformasiya əldə etmək haqqında" qanunda qeyd olunan açıqlanması məcburi olan digər informasiyaların da mərhələ-mərhələ tam olaraq saytda yerləşdirilməsi vacibdir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV