Friday 29th March 2024,

2007_2008

Ξ Leave a comment

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məxsus az-customs.net ünvanındakı İnternet resursunun monitoringi

posted by

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məxsus az-customs.net ünvanındakı İnternet resursunun monitoringi

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) az-customs.net ünvanındakı rəsmi İnternet resursu bir sıra göstəricilərinə görə yetərincə tutarlı təsir bağışlasa da İnformasiya əldə edilməısi haqqında Qanunun tələblərinə əsasən təkmilləşdirilməyə və xüsusən sistemləşdirilməyə ehtiyac var. Ciddi diqqət yetirilən məqamlardan biri də saytın domen adı ilə bağlıdır. Dövlət organı olması səbəbindən .gov.az zonasında domenə sahib olmalıykən saytın hələ də .net zonasında saxlanılması başa düşülən deyil. Ümid edək ki, sayt ən qısa bir müddətdə www.gomruk.gov.azwww.customs.gov.az ünvanlarına keçiriləcək.

DGK-nın saytı ana səhifə ilə açılır. Üst tərəfdə komitənin öz emblemi, onun qarşısında isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sözləri yazılıb. Səhifədə Azərbaycanın heç bir dövlət rəmzi yer almayıb. Bundan aşağıda üfqi şəkildə solda Az, Eng və Ru dillərinə keçid (hər üçü işləkdir), sağ tərəfdə isə axtarış qutusu yerləşdirilib. Bunların da aşağısında sol blokda əsas menyu, orta blokda xəbərlər, sağ blokda isə arxiv və rəsmi məlumatlar yer alıb. Əsas menyunun altında eyni blokda Heydər Əliyevin İnternet saytına keçid, gömrük organlarının elektron xəritəsi (açılan səhifədə həm də bütün gömrük idarələrinin ünvanı və telefon nömrələri), poçt göndərmə (e-poçt vasitəsilə abunə imkanı), informasiya-sorğu mərkəzi (ünvan, e-poçt, telefon nömrələri və iş rejimi) səhifələrinə keçid, onların altında isə valyuta məzənnələri verilib. Saytın dabanında “© 2006-2007, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi. Supported by “Marco Computer Technologies”. Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb” ifadələri yerləşdirilib.

Əsas menyu:

Baş səhifə: yuxarıda qeyd olunanlar verilib; sağ blokdakı rəsmi xəbərlərin DGK-ya birbaşa aidiyyatı yoxdur;

Gömrük Komitəsi: rəhbərlik (komitənin sədri və onun üç müavininin adları, telefon nömrələri və rütbələri), mərkəzi aparat (katiblik, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsi (telefon nömrəsi), Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsi (telefon nömrəsi), Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsi (telefon nömrəsi), Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi, Kadrlar İdarəsi (telefon nömrəsi), Daxili Təhlükəsizlik İdarəsi (telefon nömrəsi), İstintaq İdarəsi, Xarici Əlaqələr İdarəsi, İşlər İdarəsi (telefon nömrəsi), Əsaslı Tikinti və Maddi-Texniki Təchizat İdarəsi, Hüquq şöbəsi, Analitik şöbə, Mühasibat və uçot şöbəsi, Mətbuat xidməti, Gömrük mühafizə xidməti, Növbətçi hissə), sistemə daxil olan gömrük organları və təşkilatları;

Qanunvericilik: Azərbaycan Respublikasının qanunları, prezidentin fərmanları, prezidentin sərəncamları, Milli Məclisin qərarları, Nazirlər Kabinetinin qərarları, Nazirlər Kabinetinin sərəncamları, Dövlət Gömrük Komitəsinin sənədləri, Maliyyə Nazirliyinin normativ sənədləri, beynəlxalq müqavilələr, MDB çərçivəsində müqavilələr və sazişlər, məcəllələr, müxtəlif nazirlik və idarələrin sənədləri, Konstitusiya Məhkəməsinin qərarları (Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 409-cu maddəsinin şərh edilməsinə dair), Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sənədləri, Ali Məhkəmənin qərarları (qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında);

Gömrük prosedurları: fiziki şəxslər üçün informasiya, hüquqi şəxslər üçün informasiya, gömrük rejimləri (sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal, tranzit, gömrük anbarı, rüsumsuz ticarət mağazası, gömrük ərazisində emal, gömrük nəzarəti altında emal, müvəqqəti idxal (ixrac), sərbəst gömrük zonası, sərbəst anbar, gömrük ərazisindən kənarda emal, ixrac, təkrar ixrac, məhv etmə, dövlətin xeyrinə maldan imtina);

Gömrük tarifləri: gömrük rüsumları, tariflər, ƏDV, aksizlər, yol vergiləri;

Hüquq mühafizə fəaliyyəti: narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə (Azərbaycan Respublikası haqqında ümumi məlumat, struktur, texniki vasitələr, müsadirə faktları, kinoloji mərkəz, əsas normativ-hüquqi baza, avtomatlaşdırılmış informasiya sistemi, Cənubi Qafqazda narkotiklərə nəzarət programı (SCAD), əməkdaşlıq, beynəlxalq konfrans, Ümumdünya Gömrük Təşkilatının Regional Tədris Mərkəzi, statistika, Əfqanistanda xaş–xaş əkini (1986-2005), Əfqanistanda tiryəkin istehsalı (1980-2005), saxlanılan narkotik tərkibli dərman preparatlarının təsnifi, 2000-2005-ci illər ərzində Respublikada qeydə alınmış narkomanların sayı, narkodaşıyıcıların cinslər üzrə qruplaşdırılması, 1999-2005-ci illər ərzində Azərbaycan Respublikası gömrük organları tərəfindən saxlanılmış narkotik daşıyıcılarının vətəndaşlığı, narkotiklərin daşınma üsulları, narkotiklərin aşkar edilmə metodları);

Beynəlxalq əlaqələr: 2005, 2006 və 2007-ci illərin qısa xronikası;

Statistika: Azərbaycan Respublikasının xarici ticarətinin vəziyyəti (2001-2007-ci illəri əhatə edən ayrıntılı hesabatlar);

Gömrük xəbərləri: eyni adlı qəzetin eyni adlı domendəki saytına keçid;

Video materiallar: səhifə boşdur;

Faydalı istinadlar: gömrük təşkilatları, beynəlxalq təşkilatlar, Azərbaycan Respublikası;

Suallar və cavablar: məktub yazmaq üçün onlayn forma, daha çox verilən suallar və onların cavabları.

Göründüyü kimi saytda xeyli faydalı informasiyalar yerləşdirilsə də "İnformasiya əldə etmək haqqında" qanunun tələblərinə görə onun təkmilləşdirilməsinə ehtiyac var.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV