Tuesday 23rd April 2024,

2016

Ξ Leave a comment

Maliyyə Nazirliyinin www.maliyye.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Maliyyə  Nazirliyinin www.maliyye.gov.az  domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikasının Maliyyə  Nazirliyinin www.maliyye.gov.az   ünvanlı İnternet saytının monitorinqində gəldiyimiz qənaət budur ki, saytın texniki imkanları və funksionallığı qaydasındadır və e-xidmətlər də var. Lakin, saytda çatışmayan bilgilər də mövcuddur.  Bu çatışmazlıqları aradan qaldırmaq istiqamətində bəzi tövsiyələr təqdim etməyə zərurət var.

Belə ki, qurumun tarixi haqqında saytda ümumi bilgi yer alsa da çox qısa qeyd edilib.  Qurumun rəhbərliyin tefefon nömrələri, elektron poçtu, dövlət qurumunun ünvanının marşrut və sxemi, o cümlədən dövlət qurumuna getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə məlumatlar yoxdur.  Həmçinin, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri barədə bilgilər təqdim edilsə də dolğun və yetərli deyil. Struktur rəhbərləri ilə əlaqə imkanlarında da çatişmazlıq var və struktur bölmələrinin dəqiq ünvanı, səlahiyyət çərçivələri yoxdur. Rəhbər və rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin və onun müavin(lər)inin bioqrafiyalarına da rast gəlmədik. Bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, dövlət qurumunun rəhbəri ilə əks əlaqə imkanları, dövlət qurumu ilə əks əlaqə üçün ümumi imkanlar saytda öz əksini qismən tapsa da nazir və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları yetərli deyil. Dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı da bilgi yoxdur. Qaynar Xətt və Çağrı Mərkəzi mövcud deyil. Sahə işçilərinin əmək haqları bölümündə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə məlumat təqdim edilməmişdir. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) bölümündə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları öz əksini tapmayıb. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar bölümündə dövlət qurumu tərəfindən tenderlər, hərraclar və yarışmaların keçirilmə qaydaları, tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri, tender və yarışmaların nəticələri, mübahisələrin həlli qaydaları və elanların arxivi qeyd edilməmişdir. Ümumiyyətlə saytın axtarış sistemi olduqca zəifdir və asan axtarışa imkan vermir. Dövlət qurumunun norma (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni) olsa da, dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv barədə məlumatlar və bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri də göstərilmir. Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanlarda bəzi çatışmazlıqlar olsa da ümumən qənaətbəxşdir. Lakin, dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu və abunə imkanları aşağı səviyyədədir. Əks əlaqə üçün onlayn formaların mövcudluğu öz əksini tapsa da istifadə və domen rahatlığı normal deyil. Sayt daxilində axtarış sistemi öz əksini tapsa da axtardığın məlumatlara çatmaq olmur. Müasir dünya standartlarına nəzər salsaq, axtarış sisteminin olduqca önəmli olduğunu görərik.

             Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik: 

1.Dövlət qurumu ilə bağlı informasiya bölümündə qurumun tarixi haqqında qısa bilgi, rəhbərləri və kollegiya haqqında məlumatlar, həmçinin dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə və təlimatalar barədə yetərli bilgilər mövcud olduğuna görə əlavə tövsiyə verilmir.

 2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün imkanlar     qənaətbəxşdir. Dövlət qurumunun yerləşdiyi ünvan, telefon nömrələri, e-poçt ünvanı haqqında bilgi verilir. Lakin, rəhbərliyin tefefon nömrələri, elektron poçtu, dövlət qurumunun ünvanının marşrut və sxemi, o cümlədən dövlət qurumuna getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə məlumatlar olmadığı üçün bu barədə bilgilərin olması yaxşı olardı.

3. Dövlət qurumunun strukturunun ümumi sxemi, aparat, qurumunun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri barədə bilgilər təqdim edilsə də dolğun və yetərli deyil. Həmçinin, struktur rəhbərləri ilə əlaqə imkanlarında da çatişmazlıq var və struktur bölmələrinin dəqiq ünvanı, səlahiyyət çərçivələri yoxdu. Bu halların aradan qaldırılması tövsiyyə edilir.

 4. Rəhbər və rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin və onun müavin(lər)inin bioqrafiyaları yoxdur. Bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, dövlət qurumunun rəhbəri ilə əks əlaqə imkanları, dövlət qurumu ilə əks əlaqə üçün ümumi imkanlar saytda öz əksini qismən tapsa da nazir və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları yetərli deyil. Bu məlumatları olmasını tövsiyə edə bilərik.

5. Dövlət qurumunun cari fəaliyyəti haqqında informasiya, mətbuat üçün açıqlamalar və onların  tezliyi, dövlət qurumuna aid olan informasiya, dövlət qurumuna aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), yetərli məlumatlar var və bu sahədə əlavə tövsiyəyə gərək duyulmur. Lakin, dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bilgilər olmadığı üçün bunun nəzərə alınmasını tövsiyyə edərdik.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya öz əksini tapmadığı üçün onun yer alması tövsiyyə edilir.

7. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiya bölümündə qurumunun təklif etməli olduğu mütləq xidmətlər, dövlət qurumu tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin statistikası, onlayn müraciət imkanı mövcuddur. Bu istiqamətdə hər hansı əlavə tövsiyəyə ehtiyac duyulmur. Lakin, Qaynar Xətt və Çağrı Mərkəzi mövcud deyil.

8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları tam əks edilsə də, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi əhatəli və aydın qeyd edilməmişdir. Bunun nəzərə alınması yaxşı olardı.

9. Sahə işçilərinin əmək haqları bölümündə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə məlumat təqdim edilməmişdir. Bu bilgilərin təqdim edilməsi tövsiyə olunur.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) bölümündə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları öz əksini tapmadığı üçün onun nəzərə alınmasını tövsiyyə edərdik.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar bölümündə dövlət qurumu tərəfindən tenderlər, hərraclar və yarışmaların keçirilmə qaydaları, tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri, tender və yarışmaların nəticələri, mübahisələrin həlli qaydaları və elanların arxivi qeyd edilməmişdir. Ümumiyyətlə saytın axtarış sistemi olduqca zəifdir və asan axtarışa imkan vermir. Bu halların aradan qaldırılması tövsiyyə edilir.

12. Dövlət qurumunun norma (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni) olsa da, dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv barədə məlumatlar və bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri göstərilmədiyini nəzərə almağı tövsiyə edərdik.

13.Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanlarda bəzi çatışmazlıqlar olsa da ümumən qənaətbəxşdir. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu və abunə imkanları aşağı səviyyədədir. Əks əlaqə üçün onlayn formaların mövcudluğu öz əksini tapsa da istifadə və domen rahatlığı normal deyil. Sayt daxilində axtarış sistemi öz əksini tapsa da axtardığın məlumatlara çatmaq olmur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV