Thursday 25th April 2024,

2007_2008

Ξ Leave a comment

İqtisadi İnkişaf Nazirliyinə məxsus www.economy.gov.az ünvanındakı rəsmi İnternet resursunun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr

posted by

İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az ünvanındakı İnternet resursunun işinin təkmilləşdirilməsi ilə bağlı ayrıntılı tövsiyələrə keçməzdən öncə onu demək istərdik ki, “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 33 adda informasiyadan yalnız 8-nin yer aldığı saytda ciddi təkmilləşdirmə işlərinin aparılması  vacibdir.

Sayt, qeyd etdiyimiz kimi ümumilikdə xeyli informasiya yükünə sahib olsa da onlardan istifadə, eyni zamanda onların sistemləşdirilməsində müəyyən problemlər var. Xüsusən də sənədlərin böyük hissəsinin yalnız qeyri-İnternet formatlarında (.doc, .pdf və s. kimi) yerləşdirilməsi, üstəlik həmin sənədlərə giriş üçün bir neçə mərhələdən keçmənin zəruriliyi ziyarətçiləri sadəcə bu saytdan istifadədən çəkindirməyə sövq edir.

Hələlik isə ilkin tövsiyələrimizi aşağıdakı ardıcıllıqla təqdim etmək istərdik:

1. Üst (üfqi) menyunun tərkibində olan dörd keçidlə bağlı demək istərdik ki, onlara daha ciddi yanaşmağa ehtiyac var. Nazirlik keçidində olan boşluqları doldurub ən azından qurumun özü, onun fəaliyyətinin hüquqi əsasları, nazir də daxil olmaqla vəzifəli şəxslər, qurumun struktur tərkibi haqqında bilgiləri sayta yerləşdirmək lazımdır. Eyni zamanda burada əks əlaqə imkanları daha cəlbedici və praktik şəkildə təklif edilməlidir. Yəni ən azından onlayn müraciət və s. formalarının yerləşdirilməsi də işə yarayardı.

2. Saytda nazirliyin ayrı-ayrı vəzifəli şəxslərinin qəbul vaxtları və qəbul qaydaları haqqında bilgi yerləşdirilməli, qəbula yazılmaq üçün onlayn forma verilməlidir.

3. Ştat cədvəllərinin və işə qəbul qaydalarının  ayrıca keçidlə ziyarətçilərin ixtiyarına verilməsi faydalı olardı.

4. Əmək haqqı dərəcələri və əməyin qiymətləndirilməsi qaydaları saytda yerləşdirilməlidir.

5. Tenderlər, nazirliyin keçirdiyi müsabiqə və s. yarışmalar haqqında bilgiləri də ayrıca yerləşdirmək  zəruridir.

6. Hər şeydən öncə isə Nazirliyin informasiya  strukturu və mətbuat xidməti, yaxud da ictimai əlaqələrə məsul olan vəzifəli şəxs və onunla əlaqə imkanları saytın ana səhifəsində yerləşdirilsə məqsədəuyğun olardı. Xüsusən də nəzərə alsaq ki, ziyarətçilər saytda istədikləri informasiyanı hələ tam olaraq tapa bilmirlər.

7. Nazirliyin öz fəaliyyətinə birbaşa dəxli olan qanunvericilik aktları ayrıca, nazirliyin aid olduğu sahəyə dair qanunvericilik aktları isə ümumi qanunvericilik keçidində iki yerə bölünməklə yerləşdirilməli, birinciyə “Nazirlik” keçidindən bağlantı təmin edilməlidir.

8. Əlaqə keçidinin adı dəyişdirilərək tərkibinə uyğun “Bağlantılar” (linklər) olsa  daha  məntiqli görünərdi.

9. Əlaqə adı altında ana səhifədə ayrıca keçid yerləşdirilməli və oraya nazirlik və onun istənilən xidmət və struktur bölmələri ilə bütün mümkün əlaqə vasitələri verilməlidir.

10. Bir sıra səhifələrdə bürokratik uzunçuluğu “bir pəncərə” ilə əvəz etməyə ehtiyac var. Yəni demək olar ki, əksər səhifələrdə təsnifat lazımsız keçidlərlə müşaiyət olunur ki, onu aradan qaldırmaqla ziyarətçilərin vaxtına və əsəblərinə toxunmamaq mümkün olardı. Məsələn, sol (şaquli) menyuda “Müsahibələr və çıxışlar” keçidinə basmaqla yeni səhifəyə keçilir. Orada isə daha yeni bir səhifəyə – “Məqalələr” səhifəsinə keçid verilir. Buraya da tıqlamaqla cəmi üç məqalənin başlığı olan yeni səhifəyə getmək olar. Halbuki həmin başlıqları da elə eyni səhifədə yerləşdirməklə ziyarətçilərin vaxtına qənaət etmək olardı.

11. 8-ci bənddə deyilənləri demək olar ki, bütün keçidlərə aid etmək olar. Bura onu da əlavə edək ki, eyni qaydada üç, və hətta dörd keçiddən sonra ofis programlarında hazırlanmış sənədlərə gedib çıxmaq olur.

12. Ofis programlarında yığılmış bütün sənədlərin həmdə .html, yaxud da digər uyğun formatlarda verilməsi faydalı olardı.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV