Thursday 28th March 2024,

2007_2008

Ξ Leave a comment

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinə məxsus www.economy.gov.az ünvanındakı rəsmi İnternet resursunun monitoringi

posted by

Azərbaycan Respublikasının vacib dövlət qurumlarından biri olan İqtisadi İnkişaf Nazirliyinin (İİN) www.economy.gov.az ünvanındakı rəsmi İnternet resursu ilk baxışdan özünün adiliyi, yaxud da qeyri-adiliyi ilə seçilməsə də saytı ziyarət etdikcə bu işin mürəkkəbliyi bəzən adamı az qala fikrindən daşındırır. Yəni saytdakı materialların xeyli hissəsinin, xüsusən də vacib olanlarının yalnız .doc, .pdf, .xls, və hətta sadəcə .jpg formatında yerləşdirilməsi ziyarətçilər üçün əlavə problem yaradır. Üstəlik həmin materiallara gedib çıxmağın özü də elə asan məsələ deyil. Ən azı üç dəfə tıqlamaqla onların hansısa başqa formatda olan yükləmələrinə gedib çıxmaq olar…

İİN-in saytı ana səhifə ilə açılır. Səhifənin yuxarı hissəsində üfqi ardıcıllıqla Azərbaycan Respublikasının dövlət bayrağı, “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi” sözləri və qurumun binasının şəkli verilib. Təəssüflər olsun ki, diqqətsizlik ucbatından Azərbaycanın gerbi bayraq səthinin üzərində yerləşdirilib və bununla da bayrağın forması təhrif olunub.

Bunların altında isə yenə də üfqi şəkildə kiçik bir menyu verilib: ana səhifə, nazirlik, əlaqələr, axtarış (işləmir) və Eng versiyası (hələlik hazır deyil). Daha aşağıda isə sənədlər, xəbərlər və iqtisadi xəbərlər adlı üç şaquli blok yerləşdirilib.

Soldakı sənədlər bloku əslində saytın ana menyusudur. Bu menyunun altında bir sıra saytlara keçid üçün düyməciklər yerləşdirilib.

Ortada yerləşən xəbərlər blokunda isə ən yenisi 24 dekabr 2007-ci il tarixli olan elan və ondan aşağıda ən yenisi 13 dekabr 2007-ci il tarixli olan 6 xəbər yerləşdirilib. İqtisadi xəbərlər adlı sağ blok isə Azərbaycanda və dünyada olmaqla iki hissəyə bölünüb. Azərbaycana aid xəbərlərdə sadəcə Milli Bankın ən son valyuta məzənnələri verilib.

Dünya xəbərlərindən aşağıda “Sahibkarlara əməkdaşlıq təklifləri” (.doc formatında), ondan aşağıda isə “Azərbaycan iqtisadiyyatının inkişaf meyilləri” adı altında “Analitik icmal-bülleten, 2006-cı il”, Analitik icmal-bülleten, 2007-ci il (I rüb) (hər ikisi .pdf formatında) və “Azərbaycan Respublikasının 2008-ci il üçün iqtisadi-sosial inkişaf konsepsiyası” (.doc formatında) sənədləri yerləşdirilib.

Saytın ən aşağısında “2007 © Copyright: Ministry of Economic Development” sözləri verilib. Göründüyü kimi saytın ana səhifəsində nazirliklə, yaxud da onun hər hansı struktur bölməsi ilə birbaşa əlaqə üçün nə telefon nömrəsi, nə də ki, digər vasitələr göstərilməyib.

Beləliklə, İİN-in İnternet saytının iki menyu üzrə tərkibinə nəzər salaq.

Üst (üfqi) menyu:

Ana səhifə: yuxarıda deyilənləri ehtiva edir;

Nazirlik: rəhbərlik (nazir (biografiyası), üç müavin (boş), aparatın rəhbəri (biografiya)), nazirlik haqqında (nazirliyin əsasnaməsi (.doc), nazirliyin kollegiyası, 2006-cı ildə nazirliyin fəaliyyəti barədə hesabat (.doc), nazirliyin qurumları (sadəcə siyahı), əlaqə (e-poçt və adi ünvanlar, telefon və faks));

Əlaqələr: İqtisadi İnkişaf Nazirliyinin tabeliyində olan qurumlar, dövlət qurumları və beynəlxalq təşkilatlar olmaqla bir sıra qurumların İnternet resurslarına keçidlər;

Axtarış: işləmir.

Sol (şaquli) menyu:

İqtisadi inkişaf siyasəti: sənədlər və programlar, əsas iqtisadi göstəricilər, prognozlar (boş), ticarət;

Dövlət investisiyaları: 2008-2011-ci illərin dövlət investisiya siyasəti, illər üzrə dövlət əsaslı vəsait qoyuluşuna ayrılmış vəsait, dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşuna ayrılmış vəsaitin xüsusi çəkisi, 2007-ci ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşuna ayrılmış vəsaitin əsas istiqamətlər üzrə xüsusi çəkisi, hesabat formaları;

Xarici ticarət: xarici ticarətə dair dövri arayışlar, ölkə qrupları üzrə xarici ticarətə dair dövri arayışlar, ölkələr üzrə xarici ticarətə dair dövri arayışlar, beynəlxalq hesabatlar;

İqtisadi əlaqələr: dövlətlərarası iqtisadi əməkdaşlıq, beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlıq, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq;

Xarici investisiyalar: grafiklər, qeyri-neft sektorunda müxtəlif sahələrin inkişafı haqqında məlumatlar, investisiya fəaliyyətini tənzimləyən qanunlar, Cədvəl İnv. 1995-2006 (.xls) və Azərbaycanda investisiya mühiti (.doc) adlı iki sənəd;

Texniki yardım: layihələr;

Davamlı inkişaf: ölkənin davamlı inkişafı istiqamətində imzalanmış dövlət programları, davamlı inkişaf haqqında;

Regional siyasət: regionların sosial-iqtisadi inkişafı dövlət programı (2004-2008)-ci illər, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncamlar, regionlarda inkişaf naminə yaradılan müəssisələr (yalnız şəkilləri), dövlət programının icrasının gedişi barədə 2006-cı il üzrə hesabat, Azərbaycan Respublikası prezidentinin regionlara səfərləri, iqtisadi regionları əhatə edən xəritə (.jpg) və regionların sosial-iqtisadi inkişafının 3 illiyinə həsr olunmuş kitab (.pdf, 47,0 MB həcmində – !);

Sahibkarlığın inkişafı: haqqımızda, sahibkarlığa dəstək, biznesin təşkili, əməkdaşlıq təklifləri və Azərbaycanda milli sahibkarlığın inkişaf tarixi (.doc);

Korporativ idarəetmə: “Bakıelektrikşəbəkə” ASC Müşahidə Şurasının iclası barədə İİN-in məlumatı, korporativ idarəetmə sahəsində normativ-hüquqi aktların təkmilləşdirilməsi üzrə yaradılmış işçi qrupunun ilk iclası barədə məlumat, 20 iyun 2007-ci il tarixində “Sumqayıtelektrikşəbəkə” səhmdar cəmiyyəti Müşahidə Şurasının iclasına dair məlumat, “Bakıelektrikşəbəkə” və “Sumqayıtelektrikşəbəkə” səhmdar cəmiyyətləri müşahidə şuralarının üzvlərinin təyin edilməsi barədə, 11 aprel 2007-ci il tarixində “Bakıelektrikşəbəkə” səhmdar cəmiyyəti Müşahidə Şurasının iclasına dair məlumat (hamısı .doc formatında);

Qanunvericilik: qanunlar, fərmanlar, əsasnamələr, qərarlar, digər;

Müsahibələr və çıxışlar: məqalələr, iqtisadi inkişaf naziri cənab Heydər Babayevin Yeni Azərbaycan Partiyası qərargahında keçirilmiş mətbuat konfransında çıxışı (.doc), iqtisadi inkişaf naziri cənab Heydər Babayevin “Yodlaşdırılmamış duz: problemlər, perspektivlər” mövzusunda keçirilən konfransda çıxışının mətni (.doc);

Mətbuat xidməti: sadəcə .doc formatında xəbərlər.

Beləliklə monitorinqin yekunu olaraq bu qənaətə gəlmək olur ki, saytda “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 33 adda informasiyadan yalnız 8-i tam olaraq yerləşdirilib. Odur ki, adı çəkilən Qanunun tələblərinə uyğun olaraq saytın fəaliyyətinin təkmilləşdirilməsinə ciddi ehtiyac vardır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV