Thursday 28th March 2024,

2016

Ξ Leave a comment

Balakən Rayon İcra Hakimiyyəti www.balaken.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Balakən Rayon İcra Hakimiyyəti www.balaken.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyəti  www.balaken.gov.az İnternet resursu ilkin görünüş olaraq normal görünsə malikdir. Saytda nisbətən informasiya bolluğu gözə çarpır. Amma ötən ildə olduğu kimi, yenə Eleкtron müraciət bölməsi təqdim edilmir. Saytda Qaynar xətt, Kənd təsərrüfatı bölmələri olsa da, işlək deyil. Etik davranişlar bölməsi boşdur.  Ötən il rastlaşdığımız Açıq hökumətin təşviqinə dair milli fəaliyyət planı, Korrupsiyaya dair mübarizə bölmələrinə bu il təsadüf etmədik. saytın sosial şəbəkələrə çıxışı yoxdur.

Beləliklə, Balakən Rayon İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi aşağıdakı kimidir:

1.  Rayonun özü haqqında və bu bölmənin bütün alt bölmələrindəki informasiyalar boldur. Qurumun rəhbəri haqqında verilmiş məlumatlar da qənaətbəxşdir. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri və hakimiyyət qolunda yeri barədə də isə heç bir məlumat verilmir;

2.  Əhalinin qurumla əks əlaqəsi üçün  telefon və faks nömrələri, e-poçt ünvanları verilsə də qurumun ünvanı,  quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara rast gəlinmir;

3.  Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeli­yindəki informasiya sistemləri haqqında məlumatlar saytda öz əksini tapmır. Qurumun strukturu haqqında sxem və müavinlər haqqında mə­lumatlar olsa da, onlarla əlaqə nəmrələri göstərilmir,

4.  Qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında qısaca da olsa bilgilər (yalniz şəhər nömrələri) təqdim edilir. Lakin bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər yoxdur.

5. Cari informasiyalara gec-gec diqqət yetirilir.  Xəbərlər arasındakı vaxt intervalı çoxdur. Qurumdaxili əmr və qərarlar haqda məlumat olsa da, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə isə heç bir bilgi təqdim edilmir.

6.    Qurumun büdcəsi, büdcənin  icrası haqqında,  büdcədənkənar daxil­olmalar və onların istiqamətləri barədə də informasiyalar yoxdur.

7.   Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər  haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.

8. Təqdim edilməyən bilgilər sırasında  boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur böl­mələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları,  işə qəbulla bağlı komissiyalar haqqında, qurum  və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da vardır.

9.   Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.

10.  Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər var. Saytda QAYNAR XƏTT 222 bölməsi olsa da işlək deyil. Burada həm də vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları, qurumda vətəndaşların qəbul qaydaları haqqında da bilgilər təqdim edilmir.

11.  Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.

12.  Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da,  abunə imkanı yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV