Thursday 25th April 2024,

2016

Ξ Leave a comment

Təhsil Nazirliyinin www.edu.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Təhsil Nazirliyinin www.edu.gov.az  domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Mərkəzi icra orqanlarının rəsmi internet resurslarının informasiya açıqlığının müəyyən edilməsi üçün nəzərdə tutulan parametrlərə uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin www.edu.gov.az  rəsmi saytında aparılan monitorinqin nəticəsi olaraq öncə qeyd etməliyik ki, TN-nin rəsmi internet saytının monitorinqi 13 parametr və 59 qiymətləndirici meyarlar üzrə onlayn şəffaflıq vəziyyətini analiz edərək aparılmışdır. Metodikada dövlət  qurumlarının rəsmi İnternet  resurslarında yerləşdirilən informasiyaların, xidmətlərin  kəmiyyət  və keyfiyyət  cəhətdən  analiz  edilməsi  və qiymətləndirilməsi ilə tanış ola bilərsiniz.

Təhsil Nazirliyinin internet resursu yaxşı qiymətləndirilir və istifadəçi üçün əsasən çatımlıdır. Saytın istifadəsi rahatdır, bəzi parametrlər üzrə səthi məlumatlar olmasa da əsasən lazımi bilgi təqdim edilir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin www.edu.gov.az  ünvanlı İnternet saytı bir çox rəsmi dövlət saytlarından üstün hesab edilə bilər. Məlumatlar dolğun və daha funksional şəkildə təqdim edilibdir. Xaricdə Təhsil, Nostrifikasiya, Sabahın Alimləri, Sağlam Təhsil, Elektron Dərslik, Apellyasiya Şurası, “Maarifçi” Tələbə Kredit Fondu, Azərbaycan Müəllimi qəzeti, PSDS peşə seçiminə dəstək sistemi, Təhsil Portalı, Yerli strukturlara və hər rayonun saytına keçid, hətta Virtual Qarabağ və erməni təcavüzü kimi vətənpərvər keçidlər də var.

Dövlət qurumunun tarixi, rəhbərləri və kollegiya haqqında məlumatlar, həmçinin dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə və təlimatalar barədə yetərli bilgilər mövcuddur. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün imkanlar da qənaətbəxşdir. Dövlət qurumunun yerləşdiyi ünvan, telefon nömrələri, e-poçt ünvanı,  marşrut və sxemi haqqında bilgi verilir. Dövlət qurumunun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər tam şəkildə təqdim olunur. Digər bilgilər (aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri ilə əlaqə saxlamaq üçün imkanlar və struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında ətraflı məlumat təqdim edilir. Rəhbər və rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin və onun müavin(lər)inin bioqrafiyaları, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları da qeyd edilib. Dövlət qurumunun cari fəaliyyəti haqqında informasiya, mətbuat üçün açıqlamalar və onların  tezliyi, dövlət qurumuna aid olan informasiya, dövlət qurumuna aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlar ətraflı göstərilib. Həmçinin, dövlət büdcəsinin tərkibində təhsil xərcləri və onun xərclənməsi də qeyd edilib.  Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiya bölümündə qurumunun təklif etməli olduğu mütləq xidmətlər, dövlət qurumu tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, onlayn müraciət imkanı yaxşı qiymətləndirilir. Qaynar Xətt (146) , bir neçə telefon nömrələri və Çağrı Mərkəzi mövcuddur. Dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər saytda əks olunur. Digər dövlət qrumlarından fərqli olaraq təhsil işçilərinin orta aylıq nominal əməkhaqlarının artım tempi də göstərilib. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul günləri (saatları) barədə ətraflı məlumatlar təqdim olunmuşdur.  Həmçinin, qəbula yazılmaq üçün elektron müraciət də təqdim edilir. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar bölümündə dövlət qurumu tərəfindən tenderlər, hərraclar və yarışmaların keçirilmə qaydaları, tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri, elanların arxivi qeyd edilmişdir. Dövlət qurumunun norma (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv barədə məlumatlar da var. Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanlar qənaətbəxşdir. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu, abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu, istifadə rahatlığı, domen rahatlığı, sayt daxilində axtarış öz əksini tapıb. Sosial şəbəkələrdə səhifəsi aktivdir. Qurum haqqında Dövlət Xidmətləri Portalında www.dxr.az  məlumat bazası mövcuddur.

Beləliklə parametrlər üzrə saytın ümumi mənzərəsi aşağıdaqkı kimidir: 

1. Dövlət qurumu ilə bağlı informasiya bölümündə qurumun tarixi, rəhbərləri və kollegiya haqqında məlumatlar, həmçinin dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə və təlimatalar barədə yetərli bilgilər mövcuddur.

2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün imkanlar     qənaətbəxşdir. Dövlət qurumunun yerləşdiyi ünvan, telefon nömrələri, e-poçt ünvanı,  marşrut və sxemi haqqında bilgi verilir. Lakin, dövlət qurumuna getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə və ayrı-ayrı vəzifəli şəxslərlə əlaqə üçün məlumatlar yoxdur.

3. Dövlət qurumunun strukturunun ümumi sxemi göstərilməyib. Qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər tam şəkildə təqdim olunur. Digər bilgilər (aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri ilə əlaqə saxlamaq üçün imkanlar və struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında ətraflı məlumat təqdim edilir. Lakin, struktur bölmələrinin rəhbərləri ilə birbaşa əlaqə imkanı yoxdur.

4. Rəhbər və rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin və onun müavin(lər)inin bioqrafiyaları, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları qeyd edilib. Dövlət qurumu ilə əks əlaqə üçün ümumi imkanlar saytda öz əksini tapsa da dövlət qurumunun rəhbəri ilə əks əlaqə imkanları yoxdur.

5. Dövlət qurumunun cari fəaliyyəti haqqında informasiya, mətbuat üçün açıqlamalar və onların  tezliyi, dövlət qurumuna aid olan informasiya, dövlət qurumuna aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlar ətraflı göstərilib.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə ayrıca informasiya öz əksini tapmasa da  “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” adlı sərəncamda bu barədə məlumatlar var. Həmçinin, dövlət büdcəsinin tərkibində təhsil xərcləri və onun xərclənməsi də qeyd edilib. Lakin, büdcədənkənar daxilolmalar haqda isə heç bir məlumata rast gəlinmir.

7. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiya bölümündə qurumunun təklif etməli olduğu mütləq xidmətlər, dövlət qurumu tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, onlayn müraciət imkanı yaxşı qiymətləndirilir. Xidmətlərin statistikası və xidmətlərdən istifadə qaydalarına rast gəlmədik.  Qaynar Xətt (146) , bir neçə telefon nömrələri və Çağrı Mərkəzi mövcuddur.

8. Dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər saytda əks olunur.

9. Sahə işçilərinin əmək haqları bölümündə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə məlumat təqdim edilməsə də digər dövlət qrumlarından fərqli olaraq təhsil işçilərinin orta aylıq nominal əməkhaqlarının artım tempi göstərilib.

10. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul günləri (saatları) barədə ətraflı məlumatlar təqdim olunmuşdur.  Həmçinin, qəbula yazılmaq üçün elektron müraciət də təqdim edilir. Lakin, qəbul qaydaları və şərtləri, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilərə rast gəlmədik.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar bölümündə dövlət qurumu tərəfindən tenderlər, hərraclar və yarışmaların keçirilmə qaydaları, tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri, elanların arxivi qeyd edilmişdir. Burada göstərilməyən bilgi yalnız tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları  barədədir.

12. Dövlət qurumunun norma (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv barədə məlumatlar var. Lakin, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri göstərilmir.

13. Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanlar qənaətbəxşdir. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu, abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu, istifadə rahatlığı, domen rahatlığı, sayt daxilində axtarış öz əksini tapıb. Sosial şəbəkələrdə www.facebook.com , www.twitter.com , www.youtube.com  səhifəsi aktivdir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV