Tuesday 16th April 2024,

2007_2008

Ξ Leave a comment

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına məxsus www.ntrc.gov.az ünvanındakı İnternet resursunun monitoringi

posted by

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına məxsus www.ntrc.gov.az ünvanındakı İnternet resursu uzun müddətdən bəri yenilənmir. Çünki daha öncəki monitoringlər zamanı olduğu kimi bu dəfə də saytda son yeniləmənin 2005-ci ilin martına təsadüf etməsi bəlli olur. Bu isə o, deməkdir ki, qurum özünə aid olan və .gov.az sonluqlu domendə yerləşən İnternet resursunu tamailə unudub. Halbuki ölkədə TV və radio sahəsində baş verən və daim ictimaiyyətin diqqətinə səbəb olan məsələlər, eləcə də son hadisələr olduqca ciddi maraq doğurduğundan belə bir sayta müraciətlər bir sıra informasiya istəklərinə cavab vermiş olardı…

Milli Televiziya və Radio Şurasının İnternet saytı ibtidai səviyyədə və olduqca zəif hazırlanmış bir resursdur. Sayt yuxarı üfqi hissədə qurumun emblemi, onun sağ tərəfində adı və ən sonda da Azərbaycan Respublikası herbinin təsviri ilə açılır. Herbin altında isə Az və Eng keçidləri verilib və Eng sadəcə boş səhifəyə açılır.

Bir az aşağıda üç blokda əsas menyu, elan və press-relizlər verilib. Orta blokda sadəcə bir elan və onun aşağı hissəsində bu qurum haqqında qısa bilgi yerləşdirilib. Press-relizlər blokunda isə cəmi on açıqlamaya keçid verilib. Saytın dabanında heç nə verilməyib.

Beləliklə, əsas menyunu nəzərdən keçirək:

Ana səhifə: yuxarıda qeyd edilənlər;

Şura haqqında: şura üzvləri (altı üzv barədə qısa biografik bilgi və şəkilləri), şura aparatı (boş), maliyyə hesabatları (boş), əlaqə (sxem-xəritə, adi yer və e-poçt ünvanı, telefon və faks nömrələri);

Qanunlar: “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunu, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının qanunu, “Reklam haqqında” Azərbaycan Respublikasının qanunu (boş), “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının qanunu, “İctimai yayım haqqında” Azərbaycan Respublikasının qanunu (boş);

Sənədlər və normativ aktlar: “Milli Televiziya və Radio Şurası haqqında” əsasnamə, şuranın qərarları (boş), xüsusi qaydalar (Teleradio yayımçıları tərəfindən program (veriliş) materiallarının saxlanılması və onların nəzarət fonogramlarının surətlərinin Milli Televiziya və Radio Şurasına təqdim edilməsi qaydaları, Azərbaycan Respublikası ərazisində teleradio yayımı sahəsində dövlət dilindən istifadənin təmin edilməsi ilə bağlı xüsusi qaydalar);

Lisenziya qaydaları: lisenziyaların verilməsi qaydaları (boş), müsabiqə (boş), tezliklərin siyahısı (boş);

Mətbuat üçün: press-relizlər (yuxarıda qeyd olunduğu kimi on açıqlama), elan (adi boş səhifədə cəmi bir elan);

Yayımçılar haqqında məlumat: efir TV-si (boş), kabel TV-si (boş), radio kanalları (boş), peyk yayımı (boş), xarici yayımçılar (boş).

Nəticə bundan ibarətdir ki, saytda “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 33 adda bilgidən yalnız 5-i bu və ya digər dərəcədə yer alıb. Qanunlar bölməsindəki qanunların bir çoxu isə hazırda qüvvədən düşmüş variantdadır. Yəni bu qanunlara ya dəyişikliklər edilmiş, ya da ki, tamamilə qüvvədən düşərək yerinə yenisi qəbul edilmişdir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV