Tuesday 25th September 2018,

2007_2008

Ξ Leave a comment

Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına məxsus www.tqdk.gov.az ünvanındakı İnternet resursunun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr

posted by

Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının İnternet saytı monitoringin nəticələrində də qeyd etdiyimiz kimi ən çox ziyarətçi qəbul edən resurslardandır. Bu baxımdan onun işinin daha da təkmilləşdirilməsi, xüsusən də sadə və asan olması vacib məsələdir. Xüsusən də saytdakı sənəd və materiallara girişin asanlaşdırılması zəruri və vacibdir.

Nəzərə alaraq ki, saytda “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 33 adda informasiyadan yalnız onu yer alıb, elə tövsiyələrimizi də onlarla bağlı verməli olacayıq. Əlbəttə ki, məqsəd bu resursun işinin təkmilləşdirilməsinə yardımçı ilmaqdır. Beləliklə, ilkin tövsiyələrimiz:

1. Komissiya haqqında keçiddəki TQDK-nın strukturu (rəhbərlik və şöbələr) alt bölməsinin tərkibi dolğun deyil. Bu baxımdan çatışmayan bilgilərin yerləşdirilməsi zəruridir.

2. Yenə də eyni keçiddə qurumun ştat cədvəlləri barədə bilgi yerləşdirmək zəruridir.

3. İnkişaf tarixində qurumun nə vaxt və hansı şəraitdə meydana çıxması, ona əvvəllər kimlərin başçılıq etməsi barədə daha dolğun məlumatların olması vacibdir.

4. Xəbərlər və elanlar səhifəsinin işinin tezliklə bərpa edilməsi məqsədəuyğundur.

5. Ali məktəblərə qəbul barədə statistik bilgilərin yalnız 2007-ci illə məhdudlaşdırılması da başa düşülən deyil. Yəqin ki, daha öncəki illər barədə də bilgilər olmamış deyil və onları da sayta yerləşdirmək lazımdır.

6. Magistratura pilləsinə qəbul keçidində ərizə doldurma qaydaları ilə yanaşı ərizə formalarının da yerləşdirilməsi faydalı olardı. Həm də bu ərizələri saytdan bilgisayara yükləmə imkanının təmin edilməsi məqsədəuyğun olardı.

7. Xarici ölkələrin ali məktəblərinə qəbul keçidinin yalnız Türkiyə və Rusiya ilə məhdudlaşdırılması da başa düşülən deyil. Digər ölkələrdə də Azərbaycanlı tələbələrin təhsil alması faktdır və bu imkanlar haqqında da sayta bilgi yerləşdirmək lazımdır.

8. Dövlət qulluğuna işə qəbul bölməsinin fəaliyyəti təmin (yaxud da bərpa) edilməlidir.

9. “Abituriyent” və “Hazırlıq kursları” saytlarına keçidlərin birbaşa verilməsi də məqsədəuyğun deyil. Bu baxımdan TQDK-nın öz saytında həmin saytlar haqqında qısa bilgi yerləşdirib həmin bilgidən sonra saytlara keçid vermək məqsədəuyğun olardı.

10. Hələlik boş olan məlumat xidməti səhifəsini də tezliklə ziyarətçilərin öhdəsinə vermək zəruridir. Xüsusən də burada onlayn xidmətlərin təklif edilməsi şərtilə.

11. Elmi araşdırmalar keçidinin tərkibini də zanginləşdirmək, bizcə, TQDK üçün problem olmamalıdır.

12. Son olaraq onu tövsiyə edərdik ki, sayta yerləşdirilən materialların həcmini də nəzərə almaq zəruridir. Xüsusən ona görə ki, Azərbaycanda İnternetin keyfiyyəti hələ də dünya standartlarından ciddi şəkildə geri qalır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

    arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

    ARXİV