Friday 29th March 2024,

2016

Ξ Leave a comment

Hacıqabul Rayon İcra Hakimiyyəti www.haciqabul-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Hacıqabul Rayon İcra Hakimiyyəti www.haciqabul-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Hacıqabul Rayon İcra Hakimiyyəti  www.haciqabul-ih.gov.az ünvanlı İnternet resursunun texniki imkanları və funksionallığı qaydasındadır.

Sayt kifayət  qədər dolğun məlumata malikdir. Mövcud bölmələr və alt bölmələr işlək vəziyyətdədir və informasiyalılıdır. Amma saytın bəzi bölmələrindəki informasiyaları qənaətbəxş hesab etmək olmaz. Xəbərlər bölməsi normaldır, informasiyaların daim olmasa da, ara-sıra yenilənməsi diqqət çəkir. Bəzi bölmələr üzrə bilgilərin az olması gözdən qaçmır.

Beləliklə, Hacıqabul Rayon İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi aşağıdakı kimidir:

1.  Rayonun tarixi, əhalisi, iqtisadiyyatı, təhsili, səhiyyəsi, mədəniyyəti, idmanı haqqındakı bilgilər kifayət qədərdir. Amma saytdakı coğrafi mövqeyi, qurumun rəhbəri haqqında verilmiş məlumatı dolğun hesab etmək olmaz. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə də, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə də saytda məlumat verilmir.

2.  Saytda əhalinin qəbulu üçün qurumun ünvanı, telefon və faks nömrəsi, e-poçt ünvanı olsa da, birbaşa əhalini qəbul edəcək rəhbər işçilərin adları, telefon nömrələri (sabit telefon), vətəndaşların qəbul saatları saytda öz əksini tapıb. Amma quruma başqa yerlərdən getmək üçün marşurut və ictimai nəqliyyat haqqında məlumatlara rast gəlinmir.

3.  Saytda qurumun strukturu haqqında sxem və müavinlər haqqında mə­lumatlar, onlarla əlaqə nəmrələri (həm sabit, həm də mobil telefon) var. Şura bölməsindəki bilgiləri isə qənaətbəxş hesab etmək olmaz. Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeli­yindəki informasiya sistemləri haqqında məlumatlar da saytda öz əksini tapmayıb.

4.  Saytda qurumun rəhbəri haqqında xronoloji qaydada informasiya verilir, bioqrafik informasiya isə mövcud deyil. Struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında da bilgilər təqdim edilmir. Bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər də yoxdur.

5.  Xəbərlər bölməsi nisbətən zəngin sayıla bilər. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.

6.   Saytda subsidiya alanlar haqda informasiyalar var. Amma qurumun büdcəsi, büdcənin  icrası haqqında,  büdcədənkənar daxil­olmalar və onların istiqamətləri barədə isə məlumat yoxdur.

7.  Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər  haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.

8.   Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur böl­mələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları,  işə qəbulla bağlı komissiyalar haqqında, qurum  və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.

9.   Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.

10.  Vətəndaşların qəbulu ilə bağlı rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər var. Lakin həmin vəzifəli şəxslərin özləri ilə birbaşa əlaqə nömrələri yoxdur. Onlar  tərəfindən vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilərə də saytda rast gəlmək olmur.

11.  Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.

12.  Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da,  abunə imkanı yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV