Friday 29th March 2024,

2007_2008

Ξ Leave a comment

Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına məxsus www.tqdk.gov.az ünvanındakı rəsmi İnternet resursunun monitoringi

posted by

Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ən vacib dövlət qurumlarından biri olması səbəbindən onun www.tqdk.gov.az domen ünvanındakı İnternet resursu da ən çox müraciət edilən saytlar arasında bəlkə də birincidir. Xüsusən də tələbə qəbulu kampaniyası dövründə bu saytın ziyarətçiləri kəskin şəkildə artır. Təbii ki, buna görə də saytın işi daim təkmilləşdirilməli və onun istifadəsi asanlaşdırılaraq ortaya çıxması ehtimal edilən əlavə sualların qarşısı alınmalıdır. Bu baxımdan hesab etmək olar ki, sayt üzərinə düşən vəzifənin öhdəsindən yaxşı gələ bilir.

Saytda gördüklərimiz:

TQDK-nın saytı bir qayda olaraq ana səhifə ilə açılır. Burada yuxarı hissədə üfqi şəkildə sol tərəfdə qurumun emblemi, ondan sağda “Abituriyent jurnalı”, “Mənim məktəbim”, “Poliglot” və “Hazırlıq kursları” başlığı altında başqa saytlara keçidlər yerləşdirilən zolaq verilib. Bu zolağın sonunda Azərbaycan bayrağı yerləşdirilib. Ancaq təəssüflər olsun ki, zolaq dövlət rəmzinin üzərindən keçirilib. Tövsiyə edərdik ki, həmin zolaq oradan götürülsün.

Saytın Eng və Rus variantları da fəaliyyət göstərir.

Bunlardan aşağıda üç blokda əsas menyu, xəbərlər və elanlar (məlumatlar) verilib. Onların altında isə axtarış qutusu, əlaqə üçün informasiya (işləyir) və bir sıra sənədlərə keçidlər yerləşdirilib. Ancaq təəssüflər olsun ki, xüsusi əhəmiyyət kəsb edəcək “Statistik məlumatlar” adlı sənəd .pdf formatında, özü də 13.5 Mb ağırlığında yerləşdirilib. Təbii ki, İnternetin hələ də zəif sürətini nəzərə alsaq bu sənədi kiminsə yükləyib oxuması mümkün deyil. Yəni istifadəsiz sənədin burda olması onun olmaması kimi bir şeydir.

Saytın dabanında “Copyright © 2001-2006 TQDK” sözləri və sayğac verilib. Bir də arzu edənlərin Adobe Reader yükləməsi üçün keçid düyməsi var.

Beləliklə, əsas menyu:

Komissiya haqqında: TQDK haqqında əsasnamə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri (biografiya), TQDK-nın strukturu (rəhbərlik və şöbələr), “Abituriyent” Program-Texniki Kompleksi (haqqında bilgi, 2002-ci ilə qədər), inkişaf tarixi (Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 1992-2004-cü illərdə), beynəlxalq əlaqələr, əlaqə üçün informasiya (sxem-xəritə, ünvanlar və telefonlar tam olaraq, qəbul günləri və ayrı-ayrı struktur bölmələrinin birbaşa telefon nömrələri);

Xəbərlər və elanlar: işləmir (SQL Server does not exist or access denied);

Ali məktəblərə qəbul: qəbul qaydaları, qəbul haqqında elan (qəbul haqqında elan, ixtisas qrupları və altqruplar, müsabiqə şərtləri), ixtisas qrupları və altqruplar, statistik materiallar (yalnız ali məktəblərə qəbul kampaniyası – 2007), Azərbaycan dili fənnindən imtahanın nəticələri;

Magistratura pilləsinə qəbul: qəbul qaydaları, qəbul haqqında elan, ərizə verən bakalavr üçün təlimat, müsabiqə şərtləri, \’Bakalavrın elektron ərizəsi\’nin doldurulma qaydası;

Xarici ölkələrin ali məktəblərinə qəbul: dövlət proqramı çərçivəsində xaricdə təhsil alacaq gənclərin siyahısı, Rusiya Federasiyasının ali məktəblərinə qəbul (qəbul haqqında elan, qəbul planı), Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna qəbul, Türkiyə Respublikasının universitetləri (qəbul haqqında elan, qəbul planı), Türkiyə Respublikası universitetlərinin magistratura pilləsinə tələbə qəbulu;

Dövlət qulluğuna işə qəbul: işləmir (SQL Server does not exist or access denied);

Abituriyent: www.abiturient.az saytına keçid;

Hazırlıq kursları: www.elachi.edu.az saytına keçid;

Məlumat xidməti: boşdur (Hal hazırda məlumat xidməti aktiv deyil. Öz sualarınızı bu ünvana info@tqdk.gov.az göndərə bilərsiniz);

Elmi araşdırmalar: cəmi iki sənəd (Formativ qiymətləndirmə və onun planlaşdırılması – PDF 610Kb, Beynəlxalq verilənlər bazası analizatoru – PDF 950Kb).

Nəticə bundan ibarətdir ki, “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 33 adda informasiyadan yalnız 10-u saytda yer alıb.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV