Tuesday 16th April 2024,

2016

Ξ Leave a comment

Səhiyyə Nazirliyinin www.sehiyye.gov.az və www.health.gov.az domen adlı internet saytının təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Səhiyyə Nazirliyinin www.sehiyye.gov.az və www.health.gov.az domen adlı internet saytının təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin www.sehiyye.gov.azwww.health.gov.az domen adlı İnternet saytının monitorinqində də qeyd etdiyimiz kimi, çox geniş və mükəmməl bilgilər yer alıb. Saytın texniki imkanları və funksionallığı da yüksək səviyyədədir. Bütün bölmələr üzrə dolğunluğu ilə seçilir. Burada diqqət çəkən məqamlardan biri də e-xidmətlərin olmasıdır. Lakin, saytda çox az sayda olsa da çatışmayan bilgilər də mövcuddur. Bu çatışmazlıqları aradan qaldırmaq istiqamətdə tövsiyələr təqdim etməyə zərurət var. Beləliklə, çatşmayan məqamlara birlikdə nəzər salaq.

Saytda dövlət qurumunun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgiyə və mümkün olan bütün e-poçt ünvanlarına rast gəlinmir. Struktur bölmələrinin rəhbərləri ilə əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgi də təqdim edilməyib. Dövlət qurumunun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərə də təəssüf ki, rast gəlmədik. Həmçinin, ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya da saytda öz əksini tapmayıb. Qurumun büdcəsinin dövlət büdcəsi tərəfindən maliyyələşdirilidiyi göstərilsə də, nə qədər vəsait ayrılması, rəhbər, struktur rəhbərləri və sahə işçilərinin tarif stavkası ilə bağlı heç bir məlumat verilmir. Habelə, onlayn formada təklif olunan xidmətlər, xidmətlərin statistikası və Çağrı Mərkəzinə də rast gəlmədik. Sahə işçilərinin əmək haqları bölümündə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə məlumatlar da təqdim edilməyib. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar bölümündə dövlət qurumu tərəfindən tenderlər, hərraclar və yarışmaların keçirilmə qaydaları, tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri, tender və yarışmaların nəticələri, elanların arxivi, habelə tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları da saytda öz əksini tapmayıb.

Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:

1. Dövlət qurumu ilə bağlı informasiya bölümündə qurumun tarixi, rəhbərləri və kollegiya haqqında məlumatlar, həmçinin dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə və təlimatalar barədə yetərli bilgilər mövcuddur olduğu üçün heç bir tövsiyəmiz yoxdur.

2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün imkanlar     qənaətbəxşdir. Dövlət qurumunun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, barədə də dolğun məlumatlar olsa da dövlət qurumunun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgiyə və mümkün olan bütün e-poçt ünvanlarına rast gəlmədik. Bu bilgilərin yer almasını tövsiyə edərdik.

3. Dövlət qurumunun strukturunun ümumi sxemi, aparat, qurumunun alt bölmələri, qurumun tabeliyindəki informasiya sistemləri və regional strukturu barədə bilgi təqdim edilsə də struktur bölmələrinin rəhbərləri ilə əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgi təqdim edilməyib. Odur ki, bu barədə tövsiyə edə bilərik.

4. Qurumun əsas rəhbərinin və onun müavin(lər)inin bioqrafiyaları və qurum ilə ümumi əlaqə istisna olmaqla digər bilgilər təqdim edilməyib. Xüsusulə də dövlət qurumunun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərə rast gəlmədik. Bu istiqamətdə bilgilərin də olmasını tövsiyə edərdik.

5. Dövlət qurumunun cari fəaliyyəti haqqında informasiya, mətbuat üçün açıqlamalar və onların  tezliyi, dövlət qurumuna aid olan informasiya, dövlət qurumuna aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlar ətraflı göstərildiyindən heç bir tövsiyəmiz yoxdur.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya saytda öz əksini tapmayıb. Qurumun büdcəsinin dövlət büdcəsi tərəfindən maliyyələşdirilidiyi göstərilsə də, nə qədər vəsait ayrılması, rəhbər, struktur rəhbərləri və sahə işçilərinin tarif stavkası ilə bağlı heç bir məlumat verilmir. Bu istiqamətdə bilgilərin də olmasını tövsiyə edərdik.

7. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiya bölümündə qurumunun təklif etməli olduğu mütləq xidmətlər, dövlət qurumu tərəfindən təklif edilən əlavə xidmətlər, onlayn müraciət imkanı, xidmətlərdən istifadə qaydaları və Qaynar xətt 9103(0) mövcuddur. Yalnız elektron formada təklif olunan xidmətlər və xidmətlərin statistikası, habelə Çağrı Mərkəzi barədə tövsiyə verə bilərik.

8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi qeyd edildiyindən bu istiqamətdə heç bir tövsiyəmiz yoxdur.

9. Sahə işçilərinin əmək haqları bölümündə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə məlumatlar təqdim edilməyib. Bu istiqamətdə bilgilərin də olmasını tövsiyə edərdik.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) bölümündə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi olmasa da, dövlət qurumunda vətəndaşların ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən qəbul günləri və saatları, digər qəbul formaları (video qəbul və s), həmçinin dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi də mövcud olduğundan heç bir tövsiyəmiz yoxdur.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar bölümündə dövlət qurumu tərəfindən tenderlər, hərraclar və yarışmaların keçirilmə qaydaları, tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri, tender və yarışmaların nəticələri            , elanların arxivi, habelə tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları öz əksini tapmayıb. Bu istiqamətdə bilgilərin də olmasını tövsiyə edərdik.

12. Dövlət qurumunun norma (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv barədə məlumatlar var. Odur ki, bu barədə heç bir tövsiyəmiz yoxdur.

13. Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanlar qənaətbəxşdir. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu, abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu, istifadə rahatlığı, domen rahatlığı, sayt daxilində axtarış, həmçinin sosial mediada www.facebook.com , www.twitter.com  aktiv səhifələri olduğundan heç bir tövsiyəmiz yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV