Thursday 19th July 2018,

2016

Ξ Leave a comment

Səhiyyə Nazirliyinin www.sehiyye.gov.az və www.health.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Səhiyyə Nazirliyinin www.sehiyye.gov.az  və www.health.gov.az  domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Mərkəzi icra orqanlarının rəsmi internet resurslarının informasiya açıqlığının müəyyən edilməsi üçün nəzərdə tutulan parametrlərə uyğun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin www.sehiyye.gov.az və www.health.gov.az rəsmi saytında aparılan monitorinqin nəticəsi olaraq öncə qeyd etməliyik ki, Nazirliyin rəsmi internet saytının monitorinqi 13 parametr və 59 qiymətləndirici meyarlar üzrə onlayn şəffaflıq vəziyyəti analiz edilərək aparılmışdır. Metodikada dövlət qurumlarının rəsmi İnternet resurslarında yerləşdirilən informasiyaların, xidmətlərin kəmiyyət və keyfiyyət cəhətdən analiz edilməsi və qiymətləndirilməsi ilə tanış ola bilərsiniz.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin www.sehiyye.gov.az və www.health.gov.az domen adlı İnternet saytı çox əla qiymətləndirilir və istifadəçi üçün çatımlıdır. Saytın istifadəsi rahatdır, bəzi parametrlər üzrə səthi məlumatlar olmasa da əsas və lazımi bilgilər geniş təqdim edilir. Xüsusilə də Virtual Qarabağ, Ermənistan Respublikasının hərbi təcavüzünün nəticələri çox geniş və dolğun əks olunması diqqətə layiqdir. Həmçinin saytda WHO (World Health Organization) – (Dünya Sağlamlıq Təşkilatı), WHO Regional Office for Europe, Azərbaycan Dövlət Respublika Elmi Tibb Kitabxanası, Medportal.az, Milli Net, NETTY Milli Internet Mukafati saytlarına keçidlər nəzərdə tutulub.

Nazirliyin Saytında təqdim olunan Elektron Səhiyyə bölümü olduqca zəngindir və ziyarətçi üçün xeyli gərəkli məlumatları özündə ifadə edir. Vətəndaşların elektron sağlamlıq kartı üzrə məlumatlar, obliqat qruplara aid vətəndaşlara müayinələrdən keçmələri barədə məlumat, müəssisə rəhbərlərinə obliqat qrupuna daxil olan işçiləri barədə məlumat, dövlət tərəfindən dərman vasitələri ilə təmin olunan xəstələrə şəxsi məlumatları, onların qeydiyyatı və aldığı dərmanlar barədə məlumatların verilməsi, habelə dərman vasitələri haqqında məlumat, immunoprofilaktika üzrə məlumatlar, tibb müəssisələri barədə məlumatlar olduqca diqqət çəkir. Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciətlərinin və sənədlərinin qəbulu, tibbi müayinə kartlarının onlayn sifarişi, profilaktik peyvəndlərin vaxtı barədə SMS vasitəsilə xəbərdarlıq verilməsi, Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində işə qəbulla bağlı keçiriləcək müsabiqələrdə iştirak etmək üçün müraciətlərin və sənədlərin qəbulu, tibbi kadrların vahid registrindən məlumatlar, daxili istehsal məhsullarına və idxal edilən məhsullara gigiyenik sertifikatın verilməsi, Səhiyyə Nazirliyinə göndərilmiş sorğuların və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənilməsi kimi məsələlər təqdirə layiqdir.

Dərman vasitəsinin və dərman maddəsinin dövlət qeydiyyatı şəhadətnaməsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu, qida məhsullarının daşınmasına icazə verən sanitariya pasportunun verilməsi üçün müraciətin və sənədlərin qəbulu, beş ildən çox işləməyən tibb mütəxəssislərinin hazırlığa göndərilməsi üçün müraciətin və sənədlərin qəbulu, tibb işçilərinin sertifikasiyadan keçməsi üçün müraciətin və sənədlərin qəbulu, tibb işçilərinin ixtisas dərəcələrinin artırılması ilə əlaqədar müraciətin və sənədlərin qəbulu, habelə Xəstəliklərin Beynəlxalq Təsnifatından məlumatların əldə edilməsi, ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna e-qeydiyyat, tibbi arayışların elektron registrindən məlumatların verilməsi, özəl tibb müəssisəsində narkotik və psixotrop maddələrin istifadəsinə razılıq məktubunun verilməsi, dərman vasitələrinin idxalına icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu çox əhatəli bilgilər təqdim edir. Saytda həmçinin, Dərman vasitələri və əczaçılıq, Elektron səhiyyə, İctimai səhiyyə və islahatlar, Səhiyyədə özəl sektor, Sanitariya-epidemioloji xidmət, Səhiyyə orqanlarında etik davranış qaydaları, Tibb qəzeti, Səhiyyə Sektorunda İslahatlar Layihəsi, Uşaqların icbari dispanserizasiyası kimi maraqlı bölümlər var.

Qurumun tarixi, rəhbərləri və kollegiya haqqında məlumatlar, həmçinin dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə və təlimatalar barədə yetərli bilgilər mövcuddur. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün imkanlar qənaətbəxşdir. Dövlət qurumunun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, barədə də dolğun məlumatlar var. Dövlət qurumunun strukturunun ümumi sxemi, aparat, qurumunun alt bölmələri, qurumun tabeliyindəki informasiya sistemləri və regional strukturu barədə bilgi təqdim edilmişdir. Qurumun əsas rəhbərinin və onun müavin(lər)inin bioqrafiyaları və qurum ilə ümumi əlaqə barədə bilgilər təqdim edilib. Dövlət qurumunun cari fəaliyyəti haqqında informasiya, mətbuat üçün açıqlamalar və onların tezliyi, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri, dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlar ətraflı göstərilib. Qurum tərəfindən təklif edilən xidmətlər, onlayn müraciət imkanı, xidmətlərdən istifadə qaydaları və Qaynar xətt 9103(0) mövcuddur. İşə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi də qeyd edilmişdir. Qurumda vətəndaşların ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən qəbul günləri və saatları, digər qəbul formaları (video qəbul və s), həmçinin dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi də mövcuddur. Qurumun norma (qanun) yaratma fəaliyyəti və onun arxiv barədə məlumatlar da var. Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanlar qənaətbəxşdir. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu, abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu, istifadə rahatlığı, domen rahatlığı, sayt daxilində axtarış, həmçinin sosial mediada www.facebook.com , www.twitter.com aktiv səhifələri var. Həmçinin, Dövlət Xidmətləri Portalında da www.dxr.az məlumat bazası var.

Parametrlər üzrə saytın ümumi mənzərəsi:

1. Dövlət qurumu ilə bağlı informasiya bölümündə qurumun tarixi, rəhbərləri və kollegiya haqqında məlumatlar, həmçinin dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə və təlimatalar barədə yetərli bilgilər mövcuddur.

2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün imkanlar qənaətbəxşdir. Dövlət qurumunun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, barədə də dolğun məlumatlar var. Yalnız dövlət qurumunun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgiyə və mümkün olan bütün e-poçt ünvanlarına rast gəlmədik.

3. Dövlət qurumunun strukturunun ümumi sxemi, aparat, qurumunun alt bölmələri, qurumun tabeliyindəki informasiya sistemləri və regional strukturu barədə bilgi təqdim edilmişdir. Lakin, struktur bölmələrinin rəhbərləri ilə əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgi təqdim edilməyib.

4. Qurumun əsas rəhbərinin və onun müavin(lər)inin bioqrafiyaları və qurum ilə ümumi əlaqə istisna olmaqla digər bilgilər təqdim edilməyib. Dövlət qurumunun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərə rast gəlmədik.

5. Dövlət qurumunun cari fəaliyyəti haqqında informasiya, mətbuat üçün açıqlamalar və onların tezliyi, dövlət qurumuna aid olan informasiya, dövlət qurumuna aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlar ətraflı göstərilib.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya saytda öz əksini tapmayıb. Qurumun büdcəsinin dövlət büdcəsi tərəfindən maliyyələşdirilidiyi göstərilsə də, nə qədər vəsait ayrılması, rəhbər, struktur rəhbərləri və sahə işçilərinin tarif stavkası ilə bağlı heç bir məlumat verilmir.

7. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiya bölümündə qurumunun təklif etməli olduğu mütləq xidmətlər, dövlət qurumu tərəfindən təklif edilən əlavə xidmətlər, onlayn müraciət imkanı, xidmətlərdən istifadə qaydaları və Qaynar xətt 9103(0) mövcuddur. Yalnız elektron formada təklif olunan xidmətlər və xidmətlərin statistikası, habelə Çağrı Mərkəzinə rast gəlmədik.

8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi qeyd edilmişdir.

9. Sahə işçilərinin əmək haqları bölümündə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə məlumatlar təqdim edilməyib.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) bölümündə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi olmasa da, dövlət qurumunda vətəndaşların ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən qəbul günləri və saatları, digər qəbul formaları (video qəbul və s), həmçinin dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi də mövcuddur.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar bölümündə dövlət qurumu tərəfindən tenderlər, hərraclar və yarışmaların keçirilmə qaydaları, tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri, tender və yarışmaların nəticələri , elanların arxivi, habelə tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları öz əksini tapmayıb.

12. Dövlət qurumunun norma (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv barədə məlumatlar var.

13. Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanlar qənaətbəxşdir. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu, abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu, istifadə rahatlığı, domen rahatlığı, sayt daxilində axtarış, həmçinin sosial mediada www.facebook.com , www.twitter.com aktiv səhifələri var.

 

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

    arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

    ARXİV