Thursday 25th April 2024,

2016

Ξ Leave a comment

Ailə, Qadin və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin www.scfwca.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Ailə, Qadin və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin www.scfwca.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Mərkəzi icra orqanlarının rəsmi internet resurslarının informasiya açıqlığının müəyyən edilməsi üçün nəzərdə tutulan parametrlərə uyğun olaraq Azərbaycan Respublikası Ailə, Qadin və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin www.scfwca.gov.az  rəsmi saytında aparılan monitorinqin nəticəsi olaraq öncə qeyd etməliyik ki, Komitənin rəsmi internet saytının monitorinqi 13 parametr və 59 qiymətləndirici meyarlar üzrə onlayn şəffaflıq vəziyyəti analiz edilərək aparılmışdır. Metodikada dövlət  qurumlarının rəsmi İnternet  resurslarında yerləşdirilən informasiyaların, xidmətlərin  kəmiyyət  və keyfiyyət cəhətdən  analiz edilməsi və qiymətləndirilməsi ilə tanış ola bilərsiniz.

Komitənin internet resursu əsasən normal qiymətləndirilir və istifadəçi üçün əsasən çatımlıdır. Saytın istifadəsi rahatdır, bir çox parametrlər üzrə məlumatlar olmasa da, əsasən lazımi bilgi təqdim edilir. Xüsusilə də, saytda təqdim olunan sosial çarxlar əhəmiyyətli maarifləndirici funksiya daşıyır. “Sahibkar qadınlar”, “Övladlarımızı internetin təhlükəsindən qoruyaq”, “Alimentləri ödəyin” kimi sosial çarxlar daha çox diqqət çəkir. Ailə Qadın Uşaq Jurnalı və digər maraqlı nəşrlər ziyarətçi üçün çox geniş bilgi təqdim edir. Həmçinin, saytda statistika bölməsi, ailə siyasəti, qadın siyasəti, uşaq siyasəti, məişət zorakılığı bölmələri, regionlarda fəaliyyət göstərən uşaq və ailələrə dəstək mərkəzləri kimi maraqlı bölmələr də mövcuddur. Bunu bilməlisiniz bölmələrində isə aliment haqqında, məhkəməyə müraciət qaydası, sosial müavinətlər, əmək pensiyası və d. bilgilər təqdim edilir.

Azərbaycan Respublikası Ailə, Qadin və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin www.scfwca.gov.az  ünvanlı saytında qurumun tarixi, rəhbərləri və kollegiya haqqında məlumatlar, həmçinin dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə və təlimatalar barədə yetərli bilgilər mövcuddur. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün imkanlar qənaətbəxşdir. Dövlət qurumunun yerləşdiyi ünvan, marşrut və sxemi, telefon nömrələri, e-poçt ünvanı haqqında bilgi verilir. Qurumun alt bölmələri və struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri barədə yetərli bilgi təqdim edilmişdir. Rəhbər və onun müavin(lər)inin bioqrafiyaları, dövlət qurumu ilə əks əlaqə üçün ümumi imkanlar saytda öz əksini tapıb. Dövlət qurumunun cari fəaliyyəti haqqında informasiya, mətbuat üçün açıqlamalar və onların  tezliyi, dövlət qurumuna aid olan informasiya, dövlət qurumuna aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlar ətraflı göstərilib. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiya bölümündə qurumunun təklif etməli olduğu mütləq xidmətlər, dövlət qurumu tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, onlayn müraciət imkanı, xidmətlərdən istifadə qaydaları öz əksini tapıb. Dövlət qurumunda vətəndaşların qəbul qaydaları, digər qəbul formaları (video qəbul və s), həmçinin dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi mövcuddur. Tender və yarışmaların keçirilmə qaydaları, elanların arxivi qeyd edilib. Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanlar qənaətbəxşdir. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu, abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu, istifadə rahatlığı, domen rahatlığı, sayt daxilində axtarış öz əksini tapıb. Sosial şəbəkələrdə www.facebook.com  , www.twitter.com  , www.youtube.com  səhifəsi aktivdir. Qurum haqqında Dövlət Xidmətləri Portalında www.dxr.az məlumat bazası da mövcuddur.

Parametrlər üzrə saytın ümumi mənzərəsi:

1. Dövlət qurumu ilə bağlı informasiya bölümündə qurumun tarixi, rəhbərləri və kollegiya haqqında məlumatlar, həmçinin dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə və təlimatalar barədə yetərli bilgilər mövcuddur.

2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün imkanlar     qənaətbəxşdir. Dövlət qurumunun yerləşdiyi ünvan, marşrut və sxemi, telefon nömrələri, e-poçt ünvanı haqqında bilgi verilir. Lakin, dövlət qurumuna getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə məlumatlar yoxdur.

3. Dövlət qurumunun strukturunun ümumi sxemi aydın təqdim edilməyib. Sadəcə rəhbər şəxslərdən sədr, müavin və aparat rəhbərlərinin adları var. Qurumun alt bölmələri və struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri barədə yetərli bilgi təqdim edilmişdir. Lakin, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanlarına rast gəlinmir.

4. Rəhbər və onun müavin(lər)inin bioqrafiyaları, dövlət qurumu ilə əks əlaqə üçün ümumi imkanlar saytda öz əksini tapıb. Lakin, rəhbər işçilərlə əks əlaqə, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, dövlət qurumunun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları yoxdur.

5. Dövlət qurumunun cari fəaliyyəti haqqında informasiya, mətbuat üçün açıqlamalar və onların  tezliyi, dövlət qurumuna aid olan informasiya, dövlət qurumuna aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlar ətraflı göstərilib.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya öz əksini tapmayıb.

7. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiya bölümündə qurumunun təklif etməli olduğu mütləq xidmətlər, dövlət qurumu tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, onlayn müraciət imkanı, xidmətlərdən istifadə qaydaları öz əksini tapıb. Lakin, xidmətlərin statistikası, Qaynar Xətt və Çağrı Mərkəzinə rast gəlmədik.

8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları tam əks edilsə də, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi qeyd edilməmişdir.

9. Sahə işçilərinin əmək haqları bölümündə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə məlumat təqdim edilməmişdir.

10. Dövlət qurumunda vətəndaşların qəbul qaydaları, digər qəbul formaları (video qəbul və s), həmçinin dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi mövcuddur. Qəbullarla bağlı belə bir norma sədr tərəfindən müəyyən edilib ki, hər ilin hər bir ayında bəzi rayonlar üzrə vətəndaşların qəbulu keçirilsin. Lakin, vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi çox səthidir və dövlət qurumunun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatlarına rast gəlinmir.

11. Tender və yarışmaların keçirilmə qaydaları, elanların arxivi qeyd edilib. Lakin, hərraclar və dövlət qurumu tərəfindən tenderlərin keçirilməsi ilə bağlı elanlar və nəticələri, tender və yarışmaların nəticələri, mübahisələrin həlli qaydaları qeyd edilməmişdir.

12. Dövlət qurumunun norma (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv barədə məlumatlar və bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri göstərilmir.

13. Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanlar qənaətbəxşdir. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu, abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu, istifadə rahatlığı, domen rahatlığı, sayt daxilində axtarış öz əksini tapıb. Sosial şəbəkələrdə www.facebook.com , www.twitter.com , www.youtube.com səhifəsi aktivdir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV