Thursday 25th April 2024,

2016

Ξ Leave a comment

Qusar Rayon İcra Hakimiyyəti www.qusar-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Qusar Rayon İcra Hakimiyyəti www.qusar-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

 

Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti  www.qusar-ih.gov.az İnternet resursunun normal görünüşlü, istifadəsi rahat olan bir saytdır. Rayonun tarixi, əhalisi, iqtisadiyyat, mədəniyyəti, idmanı bölmələrindəki informasiyalar dolğundur. Hətta əhali və iqtisadiyyat bölmələrində məlumatlar infoqrammalar şəklində illər üzrə artan və azlan şkalalar vasitəsilə təqdim olunmuşdur. Cografi mövqe, təhsil və səhiyyə bölmələrindəki məlumatlar isə azdır.  Xəbərlər bölməsindəki vəziyyət ürəkaçan deyil. Sonuncu informasiya cari ilin fevralına aiddir. Saytın social şəbəkələrə çıxışı yoxdur.

Beləliklə, Qusar Rayon İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi aşağıdakı kimidir:

1.  Digər alt bölmələrə nisbətən Rayonun coğrafi mövqeyi, iqtisadiyyatı, səhiyyəsi haqqındakı bilgilər kifayət qədər deyil. Qurum, qurumun rəhbəri haqqında verilmiş  məlumatlar da qənaətbəxş hesab oluna bilməz. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə də saytda məlumat verilmir.

2.  Əhalinin qəbulu üçün qurumun ünvanı, telefon və faks nömrəsi, e-poçt ünvanı təqdim olunub. Əhalini qəbul edəcək rəhbər işçilərin telefon nömrələri (sabit telefon), vətəndaşların qəbul saatları da saytda öz əksini tapıb. Amma quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara da rast gəlinmir.

3.  Qurumun strukturu haqqında sxem və müavinlər haqqında mə­lumatlar var, amma onlarla əlaqə nömrələri yoxdur. Şura bölməsi isə boşdur.  Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeli­yindəki informasiya sistemləri haqqında da məlumatlar saytda öz əksini tapmır.

4.  Qurumun rəhbəri, struktur bölmələrinin rəhbərləri haqqında da informasiya azdır. Onlarla əks əlaqə imkanları haqqında adda-budda bilgilər təqdim edilir. Bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər yoxdur.

5.  Cari informasiyalar baxımından sayt elə də zəngin sayıla bilməz. Monitorinq apardığımız zaman saytdakı sonuncu informasiya fevralın 18-ə aiddir. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.

6.  Qurumun büdcəsi, büdcənin  icrası,  büdcədənkənar daxil­olmalar və onların istiqamətləri, subsidiya alanlar haqda informasiyalara da rast gəlmək olmur.

7.  Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər  haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.

8.   Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur böl­mələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları,  işə qəbulla bağlı komissiyalar, qurum  və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.

9.   Işçilərinin əmək haqları ilə bağlı da saytda heç bir məlumat verilmir.

10.  Əhalinin qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların sadəcə qəbul günləri, əlaqə nömrələri, qəbul saatları barədə bilgilər var. Amma onlar tərəfindən vətəndaşların qəbul norma və qaydaları haqqında bilgilər təqdim edilmir.

11.  Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.

12.  Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da,  abunə imkanı yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV