Friday 29th March 2024,

2016

Ξ Leave a comment

Dövlət Mülki Aviasiya Administrasiyasının www.caa.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Dövlət Mülki Aviasiya Administrasiyasının www.caa.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Mərkəzi icra orqanlarının rəsmi internet resurslarının informasiya açıqlığının müəyyən edilməsi üçün nəzərdə tutulan parametrlərə uyğun olaraq Dövlət Mülki Aviasiya Administrasiyasının www.caa.gov.az  rəsmi saytında aparılan monitorinqin nəticəsi olaraq öncə qeyd etməliyik ki, Administrasiyanın rəsmi internet saytının monitorinqi 13 parametr və 59 qiymətləndirici meyarlar üzrə onlayn şəffaflıq vəziyyəti analiz edilərək aparılmışdır. Metodikada dövlət  qurumlarının rəsmi İnternet  resurslarında yerləşdirilən informasiyaların, xidmətlərin  kəmiyyət  və keyfiyyət  cəhətdən  analiz  edilməsi  və qiymətləndirilməsi ilə tanış ola bilərsiniz.

Mülki Aviasiya Administrasiyasının internet resursu yaxşı qiymətləndirilir və istifadəçi üçün əsasən çatımlıdır. Saytın istifadəsi rahatdır, bəzi parametrlər üzrə məlumatlar olmasa da, əsasən lazımi bilgi təqdim edilir. Xüsusilə də saytda bir sıra bölmələr üzrə yetərli bilgilər təqdim edir. Dövlət qurumunun tarixi, fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə və təlimatalar barədə bilgilər mövcuddur. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün imkanlar       qənaətbəxşdir. Dövlət qurumunun yerləşdiyi ünvan, dövlət qurumunun ünvanının marşrut və sxemi, telefon nömrələri, e-poçt ünvanı haqqında bilgi verilir. Dövlət qurumunun strukturunun ümumi sxemi, aparat və qurumun tabeliyindəki informasiya sistemləri barədə çox səthi olsa da bilgilər var. Dövlət qurumu ilə əks əlaqə üçün ümumi imkanlar saytda öz əksini tapıb. Dövlət qurumunun cari fəaliyyəti haqqında informasiya, mətbuat üçün açıqlamalar və onların  tezliyi, dövlət qurumuna aid olan informasiya, dövlət qurumuna aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlar ətraflı göstərilib. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya çox səthi şəkildə olsa da öz əksini tapıb. Habelə, qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiya bölümündə qurumunun təklif etməli olduğu mütləq xidmətlər, dövlət qurumu tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərdən istifadə qaydaları, onlayn müraciət imkanı mövcuddur. Dövlət qulluqçusunun etika qaydaları olsa da digər bilgilər yetərsizdir. Ayrı-ayrı vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul günləri və saatları bölümündə yalnız direktorun müavini Hacıağa Əliyevin çərşənbə günü, saat 16:00-dan 18:00-dək qəbul keçirdiyi qeyd edilib. Dövlət qurumunun norma (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv barədə məlumatlar var. Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanlar mükəmməl olmasa da öz əksini tapıb. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu, abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu, istifadə rahatlığı, domen rahatlığı, sayt daxilində axtarış sistemi qənaətbəxşdir. Qurum haqqında Dövlət Xidmətləri Portalında www.dxr.az məlumat bazası mövcuddur.

Parametrlər üzrə saytın ümumi mənzərəsi:

1. Dövlət qurumu ilə bağlı informasiya bölümündə qurumun tarixi, dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə və təlimatalar barədə bilgilər mövcuddur. Lakin, rəhbərlərin və kollegiyanın haqqında məlumatlara rast gəlinmir.

2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün imkanlar     qənaətbəxşdir. Dövlət qurumunun yerləşdiyi ünvan, dövlət qurumunun ünvanının marşrut və sxemi, telefon nömrələri, e-poçt ünvanı haqqında bilgi verilir. Lakin, dövlət qurumuna getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə məlumatlar yoxdur.

3. Dövlət qurumunun strukturunun ümumi sxemi, aparat və qurumun tabeliyindəki informasiya sistemləri barədə çox səthi bilgilər var. Lakin, qurumunun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri barədə yetərli bilgi təqdim edilməmişdir.

4. Dövlət qurumu ilə əks əlaqə üçün ümumi imkanlar saytda öz əksini tapsa da rəhbər və rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin və onun müavin(lər)inin bioqrafiyaları, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, dövlət qurumunun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları yoxdur.

5. Dövlət qurumunun cari fəaliyyəti haqqında informasiya, mətbuat üçün açıqlamalar və onların  tezliyi, dövlət qurumuna aid olan informasiya, dövlət qurumuna aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlar ətraflı göstərilib.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya çox səthi şəkildə öz əksini tapıb.

7. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiya bölümündə qurumunun təklif etməli olduğu mütləq xidmətlər, dövlət qurumu tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərdən istifadə qaydaları, onlayn müraciət imkanı mövcuddur. Lakin, Qaynar Xətt, Çağrı Mərkəzi və xidmətlərin statistikasına rast gəlinmir.

8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları tam əks edilsə də, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi qeyd edilməmişdir.

9. Sahə işçilərinin əmək haqları bölümündə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə məlumat təqdim edilməmişdir.

10. Dövlət qulluqçusunun etika qaydaları olsa da digər bilgilər yetərsizdir. Ayrı-ayrı vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul günləri və saatları bölümündə yalnız direktorun müavini Hacıağa Əliyevin çərşənbə günü, saat 16:00-dan 18:00-dək qəbul keçirdiyi qeyd edilib. Digər qəbul formaları (video qəbul və s), vəzifəli şəxslər tərəfindən dövlət qurumunda vətəndaşların qəbul norma və qaydaları və qəbul qaydaları barədə ümumi bilgi yoxdur.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar bölümündə dövlət qurumu tərəfindən tenderlər, hərraclar və yarışmaların keçirilmə qaydaları, tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri, tender və yarışmaların nəticələri , mübahisələrin həlli qaydaları və elanların arxivi qeyd edilməmişdir.

12. Dövlət qurumunun norma (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv barədə məlumatlar var. Lakin, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri göstərilmir.

13. Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanlar mükəmməl olmasa da öz əksini tapıb. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu, abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu, istifadə rahatlığı, domen rahatlığı, sayt daxilində axtarış sistemi qənaətbəxşdir. Lakin, sosial şəbəkələrdə səhifəsi aktiv sayılmır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV