Thursday 18th April 2024,

2016

Ξ Leave a comment

Saatlı Rayon İcra Hakimiyyəti www.saatli-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Saatlı Rayon İcra Hakimiyyəti www.saatli-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Saatlı Rayon İcra Hakimiyyətinin www.saatli-ih.gov.az ünvanlı İnternet resursunda rayon haqqında qismən yetərli olan bilgilər ötən ilə nisbətən yenilənsə də, elə bölmələr var ki, orada yenə də köhnə məlumatlara rast gəlirik. Saytdaki statistik göstəricilər, hesabat xarakterli bütün məlumatlar,  vətəndaşlarin qəbul qrafiki 2016-cı ilə aid olsa da,  subsidiya alanlar haqda məlumat hələ dı 2013-2014-cü iliərə aiddir. Xəbərlər bölməsində də informasiyalar köhnədir. Sonuncu informasiya iyula, ondan əvvəlkilər isə may və marta aiddir. Saytın sosial şəbəkələrə çıxışı yoxdur. Saytın görünüşü normal, istifadəsi isə rahatdır.

Beləliklə, Saatlı Rayon İcra Hakimiyyəti saytının ümumi mənzərəsi aşağıdakı kimidir:

1.  Rayonun tarixi, təhsili, səhiyyəsi, mədəniyyəti, iqtisadyyatı, idmanı, bütövlükdə rayon haqqında bilgiləri saytdan qismən almaq mümkündür. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə isə məlumat verilmir.

2.  Əhalinin qəbulu üçün informasiyalar qənaətbəxşdir. Lakin qurumun ünvanı, telefon və faks nömrəsi, e-poçt ünvanı verilsə də, bunların ayrı-ayrı bölmələrdə olması ziyarətçiləri çaşdıra bilər. Vətəndaşların qəbulu qrafiki ötən ildən fərqli olaraq bu il 2016-cı ilə aiddir. Bölmədə əhalini qəbul edəcək səlahiyyətli şəxslərin qəbul günləri və saatları göstərilsə də, əhalini qəbul edəcək rəhbər işçilərin telefon nömrələri saytda öz əksini tapmayıb. Quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara da rast gəlinmir.

3.  Qurumun strukturu haqqında sxem və müavinlər haqqında mə­lumatlar var, amma bunlar yalnız adların göstərildiyi siyahıdan ibarətdir. Şura bölməsindəki bilgilər isə çox azdır.  Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeli­yindəki informasiya sistemləri haqqında da məlumatlar saytda öz əksini tapmır.

4.  Qurumun rəhbəri haqqında qısa bioqrafik məlumat verilir. Ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında isə bilgilər təqdim edilmir. Müavinlər, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqda da bioqrafik məlumatlara rast gəlmək olmur.

5.  Cari informasiyalar baxımından saytı qənaətbəxş hesab etmək olmaz. Saytdakı sonuncu informasiya iyula aiddir. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.

6.   Qurumun büdcəsi, büdcənin  icrası haqqında,  büdcədənkənar daxil­olmalar və onların istiqamətləri barədə informasiyalara rast gəlmək olmur,  subsidiya alanlar haqda məlumatlar saytda var, amma yalnız 2013, 2014-cü illər üçün.

7.  Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər  haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.

8.   Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur böl­mələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları,  işə qəbulla bağlı komissiyalar haqqında, qurum  və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.

9.   Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.

10.  Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların sadəcə qəbul günləri və saatları barədə bilgilər var. Burada nə vəzifəli şəxslərin əlaqə nömrələri və onlar  tərəfindən vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.

11.  Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.

12.  Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da,  abunə imkanı yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV