Friday 29th March 2024,

2016

Ξ Leave a comment

Müdafiə Nazirliyinin www.mod.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Müdafiə Nazirliyinin www.mod.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Mərkəzi icra orqanlarının rəsmi internet resurslarının informasiya açıqlığının müəyyən edilməsi üçün nəzərdə tutulan parametrlərə uyğun olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin www.mod.gov.az  rəsmi saytında aparılan monitorinqin nəticəsi olaraq öncə qeyd etməliyik ki, Nazirliyin rəsmi internet saytının monitorinqi 13 parametr və 59 qiymətləndirici meyarlar üzrə onlayn şəffaflıq vəziyyəti analiz edilərək aparılmışdır. Metodikada dövlət  qurumlarının rəsmi İnternet  resurslarında yerləşdirilən informasiyaların, xidmətlərin  kəmiyyət  və keyfiyyət  cəhətdən  analiz  edilməsi  və qiymətləndirilməsi ilə tanış ola bilərsiniz.

Müdafiə Nazirliyinin internet resursu qurumun spesfikliyi ilə bağlı bəzi məlumatları təqdim etməsə də əsasən yaxşı qiymətləndirilir və istifadəçi üçün çatımlıdır. Saytın istifadəsi rahatdır, bəzi parametrlər üzrə məlumatlar olmasa da, əsasən lazımi bilgi təqdim edilir. Xüsusilə də Saytda Silahlı Qüvvələrə Yardım Fondu, “Azərbaycan Ordusu” qəzeti, “Həbri Bilik” Jurnalı, “AZİMUT” Bülleteni, MN Sənədli və Tədris Filmləri Kinostudiyasına maraqlı keçidlər var.  “Yaddaş” bölməsində Azərbaycanın işğal altında olan İrəvan və Dağlıq Qarabağın tarixi, həmçinin faciələrimiz – 20 yanvar, Xocalı, 31 mart soyqırımlarına aid geniş məlumatların əksini tapması təqdirəlayiq haldır. Azərbaycanın müdafiə sahəsindəki hərbi doktirnalar, qanunlar da burada öz əksini tapıb. Bundan başqa, saytda Azərbaycan ordusuna, Azərbaycan şahinlərinə, C.Naxçıvanski adın Hərbi Litseyə aid videosüjetlərin yer alıb. Hərbi Təhsil bölümündə isə Azərbaycan Silahlı Qüvvələrinin hərbi təhsil sistemi, Silahlı Qüvvələrin Hərbi Akademiyası, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, C.Naxçıvanski adına Hərbi Lisey, Heydər Əliyev adına Hərbi Lisey, Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi, Hərbi tibb məktəbi haqqında məlumatlar da ziyarətçi üçün geniş məlumatlar təqdim edir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin www.mod.gov.az ünvanlı İnternet saytı, bir sıra bölmələr üzrə yetərli və dolğun bilgi verməsi baxımından diqqət çəkir. Qurumun tarixi qeyd edilib. Rəhbərlərindən nazir və birinci müavin, həmçinin dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə və təlimatalar barədə yetərli bilgilər mövcuddur. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün imkanları qismən qənaətbəxş saymaq olar. Dövlət qurumunun yerləşdiyi ünvan və dövlət qurumunun ünvanının marşrut və sxemi qeyd edilib.  Telefon nömrələri, e-poçt ünvanı haqqında bilgi isə çox məhdud saydadır və əlaqə qismində verilməyib. Əsas rəhbərin və onun müavin(lər)inin bioqrafiyaları, dövlət qurumu ilə əks əlaqə üçün ümumi imkanlar saytda çox səthi olsa da öz əksini tapıb. Dövlət qurumunun cari fəaliyyəti haqqında informasiya, mətbuat üçün açıqlamalar və onların  tezliyi, dövlət qurumuna aid olan informasiya, dövlət qurumuna aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlar ətraflı göstərilib. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiya bölümündə qurumunun təklif etməli olduğu mütləq xidmətlər, dövlət qurumu tərəfindən təklif edilən əlavə xidmətlər çox səthi də olsa qeyd edilib. Dövlət qurumunun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları qeyd edilib. Qurumun norma (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv barədə məlumatlar var. Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanlar qənaətbəxşdir. İstifadə rahatlığı, domen rahatlığı var. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu, abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu da aşağı səviyyədə olsa da mövcuddur.  Sosial şəbəkələrdən www.facebook.com da səhifəsi aktivdir. Qurum haqqında Dövlət Xidmətləri Portalında (www.dxr.az ) məlumat bazası mövcuddur.

Parametrlər üzrə saytın ümumi mənzərəsi:

1. Dövlət qurumu ilə bağlı informasiya bölümündə qurumun tarixi, rəhbərlərindən nazir və birinci müavin, həmçinin dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə və təlimatalar barədə yetərli bilgilər mövcuddur. Kollegiya haqqında isə  məlumatlar yoxdur.

2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün imkanları qismən qənaətbəxş saymaq olar. Dövlət qurumunun yerləşdiyi ünvan və dövlət qurumunun ünvanının marşrut və sxemi qeyd edilib.  Telefon nömrələri, e-poçt ünvanı haqqında bilgi isə çox məhdud saydadır və əlaqə qismində verilməyib. Lakin dövlət qurumuna getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə məlumatlar ümumiyyətlə yoxdur.

3. Dövlət qurumunun strukturunun ümumi sxemi, aparat, qurumunun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri barədə bilgi təqdim edilməmişdir.

4. Əsas rəhbərin və onun müavin(lər)inin bioqrafiyaları, dövlət qurumu ilə əks əlaqə üçün ümumi imkanlar saytda çox səthi olsa da öz əksini tapıb. Lakin, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları yoxdur.

5. Dövlət qurumunun cari fəaliyyəti haqqında informasiya, mətbuat üçün açıqlamalar və onların  tezliyi, dövlət qurumuna aid olan informasiya, dövlət qurumuna aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlar ətraflı göstərilib.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya öz əksini tapmayıb.

7. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiya bölümündə qurumunun təklif etməli olduğu mütləq xidmətlər, dövlət qurumu tərəfindən təklif edilən əlavə xidmətlər çox səthi də olsa qeyd edilib.Lakin elektron formada təklif olunan xidmətlər, xidmətlərin statistikası, onlayn müraciət imkanı, Qaynar Xətt, xidmətlərdən istifadə qaydaları və Çağrı Mərkəzinə rast gəlmədik.

8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydalarına rast gəlmədik. Dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi isə əhatəli və aydın qeyd edilməmişdir.

9. Sahə işçilərinin əmək haqları bölümündə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə məlumat təqdim edilməmişdir.

10. Dövlət qurumunun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları qeyd edilib. Lakin vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, digər qəbul formaları (video qəbul və s), həmçinin dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi mövcud deyil.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar bölümündə dövlət qurumu tərəfindən tenderlər, hərraclar və yarışmaların keçirilmə qaydaları, tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri, tender və yarışmaların nəticələri , mübahisələrin həlli qaydaları və elanların arxivi qeyd edilməmişdir.

12. Dövlət qurumunun norma (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv barədə məlumatlar var. Lakin, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri göstərilmir.

13. Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanlar qənaətbəxşdir. İstifadə rahatlığı, domen rahatlığı var. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu, abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu da aşağı səviyyədə olsa da mövcuddur.  Sosial şəbəkələrdən www.facebook.com da səhifəsi aktivdir. Lakin sayt daxilində axtarış sistemi öz əksini tapmayıb.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV