Thursday 28th March 2024,

2007_2008

Ξ Leave a comment

Azərbaycan Respublikasının Hesablama Palatasına məxsus www.ach.gov.az ünvanındakı İnternet resursunun monitoringi

posted by

Azərbaycan Respublikasının Hesablama Palatasına məxsus www.ach.gov.az domen ünvanlı İnternet saytı unudulmuşlardan birinə bənzəyir. Saytın ana səhifəsindəki bir qeyddə elə beləcə də yazılıb: “Son yeniləşmələr: 07.09.2007”. Hərçənd ki, saytın yenə də ana səhifəsində verilən bir elana görə bu resurs hardasa son bir ayda yenilənmiş kimi görünür…

Sayt giriş səhifəsi ilə açılır. Burada Az, Eng və Ru keçidlərindən birinə tıqlamaqla eyni dildə olan ana səhifəyə keçid var. Az keçidi tıqlayaraq ana səhifəyə keçdikdə elə ilk baxışdan saytın zəif resurslar sırasında olması anlaşılır.

Saytın ana səhifəsi iki şaquli blokdan ibarətdir. Sol blok Azərbaycanın dövlət herbi ilə başlayaraq əsas menyu ilə davam edir. Menyunun altında axtarış qutusu verilib. Və… işləmir. Onun altında Hökumət Evinin şəkli və daha aşağıda da “Son yeniləşmələr: 07.09.2007” sözləri yerləşdirilib.

Sağ blokda isə yuxarıda iri hərflərlə “Azərbaycan Respublikasının Hesablama Palatası” sözləri yazılıb. Onun qarşısında ana səhifəyə keçid və e-poçt ünvanı verilib. Sonra isə Az, Eng və Ru keçidləri yer alıb. Blok kiçik bir elan mətni ilə tamamlanır.

Saytın dabanında isə “© 2003, All rights reserved” sözləri yazılıb.

Əsas menyu:

Əsas səhifə: yuxarıda barəsində qeydlər etdiyimiz ana səhifə;

Yeniliklər: ilk xəbər 23 dekabr 2003-cü ilə, sonuncusu isə 03 sentyabr 2007-ci ilə aiddir;

Hesablama Palatası haqqında ümumi məlumat: ümumi bilgi, üzvləri (yalnız sədrin biografiyası), strukturu (sxem) və iclasları haqqında;

Hesablama Palatasının fəaliyyətinin hüquqi əsasları: qısa bilgi və müvafiq qanunlara keçid;

Nəzarət fəaliyyəti: qısa bilgi;

Ekspert-analitik fəaliyyəti: cəmi on sənəd – sonuncunun 2003-cü ilə aid olduğu aydınlaşır;

Normativ, hüquqi və metodiki təminat: on bir bənddən ibarət qısa bilgi;

Beynəlxalq fəaliyyət: qısa bilgi və iki sənədə keçid;

Rəy, məlumat və hesabatların arxivi: on sənədin siyahısı və müvafiq keçidlər;

Hesablama Palatasının rekvizitləri: yalnız yer və e-poçt ünvanları, bir telefon və bir faks nömrəsi;

Saytın xəritəsi: yuxarıda qeyd edilənlərin daha ayrıntılı şəkli.

Göründüyü kimi Azərbaycan Respublikası Hesablama Palatasının İnternet saytı olduqca zəif təsir bağışlayır. Burada, anlaşıldığı kimi, “İnformasiya əldə etmək haqqında” qanuna əməl edilməsindən söhbət belə gedə bilməz. Saytda qanunda nəzərdə tutulan 33 adda informasiyadan yalnız 6-sı yerləşdirilib.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV