Friday 29th March 2024,

2007_2008

Ξ Leave a comment

Tarif Şurasına məxsus www.tariffcouncil.gov.az ünvanındakı İnternet resursunun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr

posted by

Azərbaycan Respublikası Tarif Şurasına məxsus www.tariffcouncil.gov.az domen adlı İnternet resursu monitoringimizin nəticələrindən də göründüyü kimi müvafiq qanunayetərincə cavab vermir. Düzdür, saytda bir sıra bilgilər yer alsa da onların bəzilərinin tamamlanmasına, bəzilərinin də yenilənməsinə ehtiyac var. Bunu nəzərə alaraq saytın işinin təkmilləşdirilməsi ilə bağlı bəzi tövsiyələrimizi dilə gətirməyi məqsədəuyğun hesab edirik.

1. Yaxşı olardı ki, saytın domen adı ilə bağlı daha uyğun bir qərar verilsin. “tariffcouncil” ifadəsi Azərbaycanlı ziyarətçiyə heç bir şey demir və deməli saytın ilkin axtarışı zamanı işə yarayan deyil. Bunu, məsələn, www.qiymetler.gov.az kimi vermək bəlkə də daha məqsədəuyğun olardı.

2. Saytda bir neçə boş səhifə mövcuddur. Monitoring zamanı həmin səhifələrə keçidlərin olmasına baxmayaraq onların hər birini yox saymaq məcburiyyətində qalmışıq. Yəni məzmunu hələ hazır olmayan səhifələrin yerləşdirilməməsi daha düzgün olardı. Bu, həm də ziyarətçilərin vaxtına qənaət etmiş olardı.

3. Saytda boş iş yerləri ilə bağlı səhifəyə keçidin olması ilk baxışdan sevindiricidir. Ancaq açılan səhifədə sadəcə müvafiq dövlət qurumunun saytına keçidin verilməsi yetərli deyildir. Yəni konkret olaraq Tarif Şurasına işə qəbul qaydaları və boş iş yerləri haqqında elanlar məhz bu qurumun öz İnternet saytında yerləşdirilməlidir.

4. Vəzifəli şəxslərin qəbul günləri səhifəsi də yuxarıda deyilən qəbildəndir. Yəni boşdur. Yəqin ki, bu səhifənin məzmununu təmin etmək elə də çətin olmasın gərək.

5. Saytda müvafiq xarici və beynəlxalq qurumların saytlarına keçidlərin vertilməsi yaxşı hal sayılsa da Azərbaycanın digər dövlət qurumlarının saytlarına keçidlərin olmaması təəssüf doğurur.

6. Tarif Şurasına yalnız 2006-cı il üçün ayrılan vəsait haqqında bilginin olması yetərli deyil. Burada illər üzrə büdcə və onun ayrıntılı şəkildə icrası barədə bilgilər də yerləşdirmək lazımdır.

7. Təəccüb doğuran məqamlardan biri də saytın əlaqə səhifəsində e-poçt ünvanının verilməməsidir. Yaxşı olar ki, bu da əlavə edilsin.

8. Press relizlərin köhnəliyini nəzərə alıb belə qərara gəlmək olar ki, qurumun müvafiq strukturu ya yaxşı fəaliyyət göstərmir, ya da ki, ümumiyyətlə yoxdur. Ən qısa zamanda Şuranın mətbuatla (ictimaiyyətlə) əlaqələr üzrə fəaliyyətini bərpa etməyə gərək var.

9. Çıxışlar səhifəsinin Az versiyasında rus dilində sənədin yerləşdirilməsi bir yanlışdır. Yaxşı olar ki, rus dilində olan müsahibə elə saytın rus dilli versiyasında yerləşdirilsin.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV