Tuesday 23rd April 2024,

2007_2008

Ξ Leave a comment

Tarif Şurasına məxsus www.tariffcouncil.gov.az ünvanındakı İnternet resursunun monitoringi

posted by

Azərbaycan Respublikası Tarif Şurasına məxsus www.tariffcouncil.gov.az domen ünvanlı rəsmi İnternet resursu ana səhifə ilə açılır. Bu səhifə yuxarı üfqi blokla başlayır. Bu blokda isə Azərbaycanın dövlət herbi önündə qurumun adı və sağ cinahda Hökumət evinin şəkli verilib. Bundan aşağıda isə dar üfqi zolaq üzərində ana səhifə və saytın xəritəsinə, Az, Eng və Ru saytlarına keçidlər verilib.

Daha aşağıda iki şaquli blok verilib ki, bunlardan da sağda olanı orta hissədə iki hissəyə bölünür. Sol blokda əsas menyu və bir neçə keçid verilib. Bundan başqa işlək axtarış və abunə qutuları yerləşdirilib. Sağ blok xəbərlərlə başlayır. Daha aşağıda isə qərarlar və tariflər olmaqla iki yarımbloka çevrilir.

Saytın dabanında sol tərəfdə “MEQA şirkətinin istehsalı”, ortada “© 2007 Azərbaycan Respublikası Tarif (Qiymət) Şurası”, sağ tərəfdə isə “İstifadə qaydaları” və “Ünvan” keçidləri verilib.

Əsas menyu:

Tarif (qiymət) Şurası: əsasnaməsi, şura haqqında, şuranın tərkibi (Tarif (qiymət) Şurasının sədri (biografiya), Tarif (qiymət) Şurasının üzvləri (biografiyaları)), şuranın katibliyi-strukturu (Tarif (Qiymət) Şurasının katibi – biografiyası);

Beynəlxalq əməkdaşlıq: beynəlxalq programlarda iştirak (dörd xarici və bir beynəlxalq qurumun saytına keçid), beynəlxalq tədbirlərdə iştirak (sadəcə xronologiya);

Normativ-hüquqi baza: Azərbaycan Respublikasının qanunları ("Antiinhisar fəaliyyəti haqqında", "Elektroenergetika haqqında", "Tənzimlənən qiymətlər haqqında", "Təbii inhisarlar haqqında"), AR prezidentinin fərmanları ("Tarif (qiymət) Şurasının əsasnaməsinin təsdiq edilməsi barədə", "Dəyişikliklər və əlavələr edilməsi və bəzi fərmanların qüvvədən düşmüş hesab edilməsi barədə", "Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında" əsasnamə), AR prezidentinin sərəncamları (boşdur), AR Nazirlər Kabinetinin qərarları ("Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi barədə", "Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi barədə qərara əlavə edilməsi haqqında", Tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi", Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyi haqqında", “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların işlərin, xidmətlərin siyahısı", Forma 1, Forma 1-ə 1 nömrəli əlavə, Forma 1-ə 2 nömrəli əlavə, Forma 1-ə 3 nömrəli əlavə, Forma 1-ə 4 nömrəli əlavə, 178 nömrəli qərara əlavə edilməsi haqqında), AR Nazirlər Kabinetinin sərəncamları (Tarif (qiymət) Şurasının Katibliyinin xərcləri haqqında), digər (boşdur);

Tarif (qiymət) Şurasının qərarları:

Tariflər: (Baş Dövlət Yol Polisi İdarəsinin tarifləri, təbii qazın pərakəndə satış tarifləri, marşrut üzrə sərnişindaşıma xidmətinin tarifləri, Dəniz Administrasiyası xidmətlərinin tarifləri, sabit şəbəkə telefonlarından beynəlxalq telefon danışıqlarının, elektrik enerjisinin tarifləri, telefonların aylıq abunə haqlarının tarifləri, neft məhsullarının topdansatış və pərakəndə satış qiymətləri tarifləri, təbii qazın emal tarifi, beynəlxalq telefon danışıqlarının tarifləri, sudan istifadə və tullantı sularının axıdılması üzrə tariflər, DƏDRX tərəfindən göstərilən xidmətlərin tarifləri, Torpaq və Xəritəçəkmə Komitəsində işlərin tarifləri, BTİ və İB tərəfindən göstərilən xidmətlərin tarifləri, Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatına almması xidmətlərinin tarifləri, Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən göstərilən xidmətlərin tarifləri, Dövlət Dəniz Administrasiyası tərəfindən göstərilən xidmətlərin tarifləri, sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqları;

Əlaqə: (yer ünvanı, bir telefon və bir faks nömrəsi) vəzifəli şəxslərin əlaqə vasitələri (adları və bəzilərinin telefon nömrələri), qəbul günləri (boşdur), onlayn əlaqə (forma).

Məlumatlar:

Xəbərlər: xəbərlər və arxivə keçid;

Press-relizlər: ən yenisi 26 iyul 2007-ci ilə aiddir;

Elanlar: boşdur

Çıxışlar və müsahibələr: cəmi dörd sənəd (onlardan da biri rus dilindədir);

İctiamiyyətlə əlaqə:

Müntəzəm verilən suallar: cəmi dörd suala dörd cavab;

Vətəndaşların müraciətləri: sual vermək üçün onlayn forma;

Tenderlər: boşdur;

Vakansiyalar: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın İnternet saytına keçid.

Belə anlaşılır ki, Tarif Şurasının İnternet resursu da digər dövlət qurumlarının saytları kimi sadəcə görüntü üçün fəaliyyət göstərir. Saytda “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan bütün bilgilər yerləşdirilməyib. Yalnız onlardan 9-na burada rast gəlmək olar.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV