Saturday 20th April 2024,

2007_2008

Ξ Leave a comment

Konstitusiya Məhkəməsinə məxsus www.constcourt.gov.az ünvanındakı İnternet resursunun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr

posted by

Əlbəttə ki, biz Konstitusiya Məhkəməsinin İnternet resursunun təkmilləşdirilməsi ilə bağlı geniş tövsiyələrlə çıxış etmək istərdik. Ancaq təəssüf saytda  xeyli az bilgi verilib ki, onların barəsində geniş və ayrıntılı tövsiyələrlə çıxış etməyin özü çətinlik törədir. Bununla belə biz bəzi tövsiyələrimizi, hər halda, irəli sürmək istərdik.

1. Hər şeydən öncə yaxşı olar ki, saytın domen adı ilə bağlı daha məntiqli bir yanaşma sərgilənsin. Yəni “constcourt” tərkibli bir domen adı Azərbaycan dilli ziyarətçiyə heç nə demir. Ona görə də bu qurumun domen adı daha ağlabatan və anlaşılan olsa məsləhətdir. Məsələn, www.konstmehk.gov.az kimi.

2. “Barəmizdə” keçidində struktur bilgiləri haqqında da ciddi düşünmək lazımdır. Burada sadəcə nəql etmək yetərli deyil. Hər bir struktur bölməsi haqqında bilgi, onun rəhbəri, əlaqə vasitələri də göstərilsə yaxşı olar. Əslində, qanun bunu tələb edir.

3. Konstitusiya Məhkəməsinə müraciət etmək üçün irəli sürülən tələblərin siyahısının verilməsi də özlüyündə müsbət haldır. Ancaq yaxşı olardı ki, müvafiq sənədlərin doldurulması barədə təlimatlar, eləcə də doldurulmuş sənədlərin nümunələri veriləydi.

4. Xəbərlər keçidi də özlüyündə qaneedici sayıla bilərdi. Ancaq görünür qurumun bu sahəyə məsul vəzifəli şəxsi və ya struktur bölməsi işinə elə də məsuliyyətlə yanaşmır. Çünki hər hansı dövlət qurumunun fəaliyyəti ilə bağlı bir ay ərzində nəsə bir xəbərin olmaması inandırıcı deyil.

5. İnsan hüquqları keçidinin varlığı da müsbət qiymətləndirilə bilərdi. Ancaq bu keçidin boş səhifəyə aparıb çıxarması görünür saytın qurucularının diqqətindən yayınıb.

6. Yaxşı olardı ki, qurumun büdcəsi və onun icrası barədə bilgilər də saytda əks olunsun.

7. Ştat cədvəlləri, işə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilərin də yerləşdirilməsi şəffaflığın təmin edilməsi baxımından faydalı və gərəklidir.

8. Ümumiyyətlə isə bildirmək istərdik ki, Konstitusiya Məhkəməsi digər dövlət qurumlarına nümunə ola biləcək bir İnternet saytı qurub istifadəyə versəydi məqsədəuyğun olardı.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV