Thursday 28th March 2024,

2007_2008

Ξ Leave a comment

Konstitusiya Məhkəməsinə məxsus www.constcourt.gov.az ünvanındakı İnternet resursunun monitoringi

posted by

Konstitusiya Məhkəməsinin rəsmi İnternet saytı informasiya baxımından xeyli zəfdir.Bu saytın domen ünvanı son zamanlar (bəlkə də daha öncə) dəyişdirildiyindən onu tapmaq bir az çətin oldu. Bununla belə qurumun www.constcourt.gov.az domen adlı saytını tapa bildik. Əsas menyu cəmi bir neçə keçiddən ibarətdir ki, onların da bəziləri elə bir səhifəlik tərkibə malikdir…

Sayt Konstitusiya Məhkəməsinin binasının şəklindən ibarət giriş səhifəsi ilə açılır. Onun üzərinə tıqladıqda isə ana səhifəyə gedib çıxmaq olar. Buradan bəlli olur ki, sayt həm də Eng və Ru dillərindədir.

Ana səhifə yuxarı üfqi blokla başlayır. Burada Azərbaycanın dövlət bayrağı və herbi fonunda qurumun adı, onu qarşısında isə “EXTRA” sözü yazılıb. Bu sözün qarşısında da bir yarımçıq cümlə verilib…

Aşağıda iki şaquli blok verilib. Bunlardan soldakı əsas menyunu ehtiva edir. Sağdakı isə Konstitusiya Məhkəməsi haqqında qısa bilgi və ondan aşağıda iki sütunda baş xəbərlərin başlıqlarından ibarətdir. Daha aşağıda axtarış qutusu yerləşdirilib.

Saytın Eng və Ru variantları da eyni güclü sayıla bilər.

Saytın dabanında “Copyright © Azərbaycan 2005” sözləri yerləşdirilib.

Əsas menyu:

Ana səhifə: yuxarıda qeyd edilənlər;

Barəmizdə: (burada sadəcə yer və e-poçt ünvanı, telefon və faks nömrələri verilib) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi (qurulması və fəaliyyəti), Konstitusiya Məhkəməsinin aparatı (struktur haqqında), Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri (sədr, müavin və hakimlər), Konstitusiya Məhkəməsinə verilən şikayətə dair tələblər (müvafiq tələblərin siyahısı);

Xəbərlər: sonuncusu 22 fevral 2008-ci il tarixli olmaqla 78 xəbər;

Fotogalereya: on üç şəkil;

Qanunlar: Azərbaycan Respublikasının Konstitusiyası, "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanunu, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanunu;

Qərarlar: sonuncusu 27 dekabr 2007-ci il tarixli olmaqla 135 qərar;

Arama: axtarış qutusunun təkrarı;

İnsan hüquqları: yaddan çıxmış səhifəyə bənzəyir (yəni boşdur).

Qanunların və insan hüquqlarının təmin edilməsində müstəsna yeri və rolu olan Konstitusiya Məhkəməsinin İnternet saytı, təəssüf ki, “İnformasiya əldə etmək haqqında” qanunun tələblərinə cavab verəcək bir sayta sahib deyil. Yəni burada qanunda nəzərdə tutulan 33 adda bilgidən cəmi 7-si yerləşdirilib ki, bu da yetərli sayıla bilməz.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV