Friday 29th March 2024,

2016

Ξ Leave a comment

Salyan Rayon İcra Hakimiyyəti www.salyan-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Salyan Rayon İcra Hakimiyyəti www.salyan-ih.gov.az domen adlı İnternet saytının  monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Salyan Rayon İcra Hakimiyyətinin  www.salyan-ih.gov.az ünvanlı İnternet resursunda rayon haqqında yetərli bilgi təqdim edilir.  Saytda rayon haqqında kifayət qədər məlumat əldə etmək olar. Diqqət çəkən məqamlardan biri də bölmələrdə məlumatların təqdimində birbaşa əlaqəli linklərdən, keçidlərdən istifadə edilməsidir. Salyan İcra Hakimiyyətinin facebook, həm twitter sosial şəbəkələrinə çıxışı olsa da, amma bu sıhifələr mövcud deyil. Təkcə youtube-da kanal mövcuddur. Saytın görünüşü normal, istifadəsi də rahatdır. Xəbərlər bölməsini qənaətbəxş hesab etmək olar, daim informasiyaların yenilənməsi diqqət çəkir. Amma təqdim edilməsi bəzi vacib, gərəkli olan bilgilərin olmaması da gözdən qaçmır. Şura, elektron xidmətlər, elektron müraciətlər boşdur. Rayon qəzeti haqda məlumatı Qələbə qəzeti bölməsindən almaq istədik, təəssüf ki, bölmə boşdur.

Beləliklə, Salyan Rayon İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi aşağıdakı kimidir:

1.  Rayonun xüsusilə tarixi, təhsili, səhiyyəsi, mədəniyyəti, iqtisadyyatı, idmanı, bütövlükdə rayon haqqında bilgiləri dolğundur. Amma qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə isə məlumat verilmir.

2. Əhalinin qəbulu üçün informasiyalar da qənaətbəxşdir. Bunun üçün qurumun ünvanı, telefon və faks nömrəsi, e-poçt ünvanı saytda göstərilir. Vətəndaşların qəbulu bölməsində əhalini qəbul edəcək səlahiyyətli şəxslərin qəbul günləri və saatları və əlaqə üçün telefon nömrələri saytda öz əksini tapıb. Quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara isə rast gəlinmir.

3.  Qurumun strukturu haqqında sxem və müavinlər haqqında mə­lumatlar, onların əlaqə nəmrələri (sabit telefon), e-poçt ünanları saytda var. Hətta inzibati ərazi dairəsi üzrə nümayəndələrin də siyahısı sxem şəklində göstərilb. Şura bölməsi isə boşdur.  Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeli­yindəki informasiya sistemləri haqqında da məlumatlar saytda öz əksini tapmır.

4.  Qurumun rəhbəri haqqında bioqrafik məlumat var. amma müavinlər haqda bioqrafik məlumat yoxdur. Ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında da bilgilər təqdim edilmir. Bütün mümkün struktur bölmələrinin rəhbərləri haqda da bioqrafik məlumatlara rast gəlmək olmur.

5.  Cari informasiyalar baxımından saytı qənaətbəxş hesab etmək olar. Verilən informasiyalar daim yenilənməsi diqqət çəkir. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə sə heç bir bilgi təqdim edilmir.

6.   Qurumun büdcəsi, büdcənin  icrası haqqında,  büdcədənkənar daxil­olmalar və onların istiqamətləri barədə informasiyalara,  subsidiya alanlar haqda məlumatlara da saytda rast gəlmək olmur.

7.  Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər  haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.

8.   Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur böl­mələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları,  işə qəbulla bağlı komissiyalar haqqında, qurum  və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.

9.   Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.

10.  Əhalinin qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların sadəcə qəbul günləri və saatları barədə bilgilər var. Vəzifəli şəxslərin əlaqə nömrələrinədə rast gəlinir. Amma  onlar  tərəfindən vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.

11.  Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.

12.  Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da,  abunə imkanı yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV