Friday 29th March 2024,

2007_2008

Ξ Leave a comment

Azərbaycan Respublikası Baş Prokurorluğuna məxsus genprosecutor.gov.az ünvanındakı İnternet resursunun monitoringi

posted by

Azərbaycan Respublikası Baş Prokurorluğunun www.genprosecutor.gov.az domen adlı İnternet resursu daha öncəki monitoringlər dövrünə nisbətən xeyli zənginləşmiş təsir bağışlayır. Yəni saytda həm ciddi məzmun dolğunluğu, həm də funksionallıq imkanları xeyli artmışdır. Təbii ki, bu da müsbət hal kimi dəyərləndirilməlidir. Bununla belə ümumi monitoring zamanı belə qənaət gəlmək olar ki, sayt hələ də tam olaraq qanunun tələblərinə cavab vermir.

Baş Prokurorluğun saytı ana səhifə ilə açılır. Yuxarıda iki üfqi blok yerləşdirilib ki, onlar da səhifənin çox ciddi bir hissəsini tutur. Üst blokda qurumun adı və Azərbaycan Konstitusiyasından bir çıxarış, onun qarşısında saytın xəritəsi və seçilmişlərə əlavə etmək imkanı, bir də ki, işlək axtarış qutusu verilib. Prokurorluğun emblemi isə səhifə xaricində, deyilənlərdən sol tərəfdə yerləşdirilib. Altdakı üfqi blokda yalnız qurumun yerləşdiyi binanın şəkli var.

Sayt üç şaquli blokla davam edir. Birinci (sol) blok əsas menyu, ictimaiyyətlə əlaqələr, rayon prokurorluqları, korrupsiyaya qarşı mübarizə bölmələrindən ibarətdir. Orta blok xəbərlər, sağ blok isə mətbuat xidmətinin məlumatları adı altında fəaliyyət göstərir.

Saytın aşağı hissəsi də iki üfqi blokdan ibarətdir. Üstdəki blokda qurumun adı, əsas menyu, axtarış və abunə qutuları yerləşdirilib. Bunlardan aşağıda isə istehsalçı, müəllif hüquqları və qurumun ünvanı haqqında bilgilər yer alıb.

Əsas menyu:

Azərbaycan prokurorluğu: tarix, fəaliyyət istiqamətləri (Konstitusiya və “Prokurorluq haqqında” qanundan çıxarışlar), struktur (prokurorluq sisteminin və baş prokurorluğun struktur tərkibinin siyahısı), rəhbərlik (baş prokuror və üç müavininin biografiyası), kollegiya (iki sərəncam və tərkibin siyahısı);

Bakı Şəhər Prokurorluğu: fəaliyyət istiqamətləri, struktur (vəzifələrin adları), idarə və şöbələr (haqqında), qəbul günləri (günlər və saatlar), əlaqə (ünvan, telefon və faks nömrələri – ayrılıqda);

İdarə və şöbələr: korrupsiyaya qarşı mübarizə idarəsi, ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi, Prokurorluqda istintaqa nəzarət idarəsi, daxili işlər – qanunların icrasına nəzarət idarəsi, ədliyyə – qanunların icrasına nəzarət idarəsi, milli təhlükəsizlik – qanunların icrasına nəzarət idarəsi, dövlət ittihamının müdafiəsi üzrə idarə, müraciətlərə baxılması idarəsi, təşkilat-analitik idarəsi, kadrlar idarəsi, beynəlxalq əlaqələr idarəsi, hüquqi təminat şöbəsi, ictimaiyyətlə əlaqələr şöbəsi, maddi-texniki təminat şöbəsi;

Hərbi prokurorluq: tarix, fəaliyyət istiqamətləri (qanundan çıxarış), struktur (sxem), rəhbərlik (hərbi prokuror və müavinlərinin biografiyası), kollegiya (tərkibi haqqında baş prokurorun əmri), vətəndaşların qəbulu (qaydalar və vaxtlar), əlaqə vasitələri (yer ünvanı, telefon və faks nömrələri);

Beynəlxalq əlaqələr: beynəlxalq əlaqələr idarəsi tərəfindən 2007-ci ilin birinci yarısında görülmüş işlər barədə;

Qanunvericilik: beynəlxalq konvensiyalar, prokuroluğun fəaliyyətinə aid qanunlar, əmrlər;

Qəbul otağı: müraciətlərə baxılma qaydası, baş prokurora müraciət (onlayn forma), qaynar xətt (iki telefon nömrəsi);

Əlaqələr: vəzifəli şəxslərin əlaqə vasitələri (telefon nömrələri siyahısı), KİV-lə əlaqə üzrə məsul şəxslər (bütün prokurorluqların bu vəzifəyə məsul şəxslərinin adları və telefon nömrələri);

Korrupsiyaya qarşı mübarizə: strateji kurs, ixtisaslaşmış qurumlar, qanunvericilik, korrupsiyaya qarşı mübarizə idarəsi barədə (idarənin əsasnaməsi), dövlət proqramı və fəaliyyət planı (2004-2006-cı illər), milli strategiya və fəaliyyət planı (2007-2011-ci illər), bəyanat və qeyd-şərtlər, beynəlxalq sənədlərin Azərbaycan Respublikası barəsində qüvvədə olması haqqında;

İctimaiyyətlə əlaqələr: prokurorluğa müraciət haqqında, statistik məlumatlar (prokurorluğun fəaliyyəti statistik rəqəmlərlə), işə qəbulla əlaqədar müsabiqələr, vakansiya elanı (ümumi xarakterli bir elan).

Beləliklə, yuxarıda da qeyd edildiyi kimi Baş Prokurorluğun İnternet saytında yetərincə faydalı məlumatlar yerləşdirilib. Xüsusən də ictimaiyyətlə əlaqələr və vəzifəli şəxslərlə əlaqə vasitələrinin göstərilməsi təqdirəlayiqdir. Bununla belə saytı hələ də dolğun saymaq olmaz. Çünki bir sıra məlumatlar ümumiyyətlə gözə dəymir.

Ümumilikdə isə saytda “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 33 adda informasiyadan yalnız 13-ü yerləşdirilib.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV