Friday 19th April 2024,

2007_2008

Ξ Leave a comment

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə məxsus www.azstand.gov.az ünvanındakı İnternet resursunun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr

posted by

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin rəsmi İnternet resursu monitoring zamanı da qeyd etdiyimiz kimi heç də müvafiq qanunun tələblərinə tam cavab vermir. Üstəlik sayta bir qeyri-ciddi yanaşmanın olduğu da göz qabağındadır. Xüsusən də onun Ru və Eng variantlarının bir çox səhifələrinin hələ də qurulmaqda olması barədə bilginin verilməsi bunun bar daha göstəricisidir. Buna görə də tövsiyə etmək istərdik ki, boş səhifələr saytdan çıxarılsın və onların məzmunu hazır olan yerinə bərpa edilsin. Ümumilikdə isə aşağıdakı tövsiyələrimizi dilə gətirmək istərdik.

1. Saytın domen adının “azstand” tərkibli olması elə də uğurlu yanaşma deyil. Əslində bu saytın domen adı www.azs.gov.az formasında olmalıdır. Çünki AZS Azərbaycan standartının qəbul edilmiş simgəsidir.

2. Saytda yalnız agentliyin direktorunun biografiyasının olması da yetərli sayıla bilməz. Qanunun tələbinə görə bütün vəzifəli şəxslərin biografik bilgiləri sayta yerləşdirilməlidir.

3. Daha bir məqam ştat cədvəlləri ilə bağlıdır. Düzdür, buna bənzər bir siyahı var. Ancaq yalnız əlaqə adı altında olan bu
siyahı daha çox vəzifə sahiblərinin adlarını içərir.

4. 3-cü bənddə sözü gedən siyahıda bir sıra vəzifə sahiblərinin telefon nömrələri haqqında bilgi verilməyib.

5. Vətəndaşların qəbulu və qəbul qaydaları haqqında da bilgilər saytda gözə dəymir. Yaxşı olardı ki, bu qaydalar ayrıntılı bir şəkildə sayta yerləşdirilsin və ayrı-ayrı vəzifə sahiblərinin qəbul günləri (saatları) barədə də bilgi verilsin.

6. İşə qəbul və müsabiqələr haqqında bilgilərin verilməsi, əmək haqqı dərəcələrinin açıqlanması da qanunun tələbləri sırasındadır.

7. Bu qurumun illik büdcəsi və onun icrasının ayrıntılı şəkildə sayta yerləşdirilməsi qanunun daha bir tələbidir.

8. Qurumun ictimai əlaqələrə məsul şəxsi və ya struktur bölməsi haqqında da daha ayrıntılı və nəzərəçarpan bilgiyə gərək var.

9. Xəbərlərin gec-gec yenilənməsi 8-ci bənddə adı keçən vahidin işinin yarıtmazlığına nümunə sayıla bilər.

10. Bağlantılar (links) səhifəsində yalnız 3 beynəlxalq qurumun saytına keçidin verilməsi yetərli deyil. Bura həm də digər dövlət organlarının saytlarını əlavə etmək lazımdır və s.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV