Thursday 25th April 2024,

2007_2008

Ξ Leave a comment

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə məxsus www.azstand.gov.az ünvanındakı İnternet resursunun monitoringi

posted by

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin rəsmi İnternet saytının monitorinqinin nəticəsi o qədər də ürəkaçan deyil.. Çünki olduqca kasıb təsir bağışlayan saytda elə də çox informasiyaya rast gəlinmir. Təbii ki, bir sıra bilgilər yer alıb. Bununla belə xeyli informasiya da çatışmır.

Agentliyin saytı ana səhifə ilə açılır. Yuxarı üfqi blokda sol tərəfdə Azərbaycanın dövlət herbi, onun qarşısında Azərbaycan standartı işarəsi və onun qarşısında da “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi” sözləri yerləşdirilib. Blokun sağ tərəfində ölkəmizin xəritəsi və ondan sağda Ru və Eng keçidləri verilib. Bunların aşağısında isə səhifənin başlığı yazılır.

Bu blokdan sonra daha bir üfqi blokda əsas menyu verilib.

Sonra isə sayt üç şaquli blokla davam edir. Birinci (sol) blokda çeşidli ölçmə cihazlarını əks etdirən üç şəkil verilib. Orta blok “Agentliyin xəbərləri”, “Beynəlxalq xəbərlər” və “Elanlar” olmaqla üç hissəyə bölünüb. Elanlar hissəsi boşdur. Sağ blokda isə lap yuxarıda axtarış qutusu, bir sorğu və sayta giriş yerləşdirilib.

Saytın dabanında “Privacy Policy | Saytın xəritəsi. © 2006 AzStand” sözləri yazılıb.

Əsas menyu

Xəbərlər: xəbərlər (ən yeni xəbər 2008-ci ilin fevralına aiddir), beynəlxalq xəbərlər (cəmi bir xəbər, özü də çox köhnə), elanlar (boşdur);

Agentlik haqqında: bizim haqqımızda (cəmi üç cümlə), struktur (vəzifələrin və ya struktur vahidlərinin adlarından ibarət siyahı), baş direktor (şəkli və biografiyası);

Fəaliyyət istiqamətləri: standartlaşdırma (ixtiralara aid bibliografik məlumatların müəyyənləşdirilməsi üçün beynalxalq İNİD kodları, ölkə adları, administrativ vahidlik və ölkələrarası təşkilatların təqdim edilməsi üçün ikihərfli kod (boşdur), dövlətlərarası ikitərəfli sazişlər, beynəlxalq sazişlər, sənaye mülkiyyəti, standartlaşdırma şöbəsi), metrologiya (nomenklaturaların siyahısı, "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının qanunu, ÖV-nin dövlət sınağı və attestasiyası sektoru haqqında məlumat, "Ölçmə vasitələrinin dövlət reyestri haqqında" təlimat, ölçmə və sınaq vasitələrinin nomenklatur siyahısı, dövlət metroloji nəzarət), patent (patent müvəkkillərinin attestasiyası üçün, sənaye mülkiyyəti obyektlərinin qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin verilməsi üçün dövlət rüsumunun dərəcələri, sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris konvensiyası, nişanların qeydiyyatı üçün əmtəə və xidmətlərin beynəlxalq təsnifatı barədə Nitsa sazişi, patent proseduru məqsədləri üçün mikroorganizmlərin depozitləşdirilməsinin beynəlxalq tanınması haqqında Budapeşt müqaviləsi, beynəlxalq və dövlətlərarası sazişlər (müqavilələr), əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası qaydaları, ixtiraya patent almaq üçün iddia sənədinin tərtibi, verilməsi və baxılması qaydaları, patent müvəkkilləri haqqında əsasnamə, Azərbaycan Respublikasının gömrük sərhədindən tərkibində intellektual mülkiyyət (əqli mülkiyyət) obyektləri olan malların keçirilməsi zamanı gömrük nəzarətinin aparılması qaydaları, Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsinin Apellyasiya Komissiyası haqqında əsasnamə, sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi sahəsini tənzimləyən Azərbaycan Respublikasının qanunvericilik və hüquqi-normativ sənədləri, keyfiyyətə nəzarət gücləndirilir, kontaktar, fəaliyyət sahələri və göstərilən xidmətlər, patent şöbəsi haqqında, sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi sahəsini tənzimləyən Azərbaycan Respublikasının qanunvericilik və hüquqi-normativ sənədləri, ixtiraya, faydalı modelə, sənaye nümunəsinə dair məlumat, Azərbaycanda əmtəə nişanlarının və coğrafı göstəricilərin qeydə alınması ilə bağlı məlumat), sertifikatlaşdırma (uyğunluq sertifikatı haqqında məlumat, sertifikat nümunələri, sertifikatlaşdırma haqqında), akkreditasiya (akkreditasiya olunmuş sınaq, kalibrləmə laboratoriyalarının (?), uyğunluğun qiymətləndirilməsi şöbəsi haqqında (?) şöbəsinin 2006-cı il hesabatı, əməkdaşlıq, uyğunluğun qiymətləndirilməsi şöbəsi haqqında);

Hüquqi sənədlər: qanunlar (8 qanun), fərmanlar, qərarlar;

Vətəndaşlar üçün: bizimlə əlaqə (vəzifəli şəxslərin telefon nömrələri), qaynar xətt (yer və e-poçt ünvanları, telefon və faks nömrələri, onlayn yazışma forması), links (yəni bağlantılar – cəmi üç beynəlxalq qurum).

Göründüyü kimi, agentliyin İnternet saytı özündə bir sıra informasiyaları ehtiva etsə də tam zəngin və dolğun sayıla bilməz. Təbii ki, belə olan halda sayt üzərində ciddi işlər görməyə gərək var. Onu da qeyd edək ki, saytın Ru və Eng variantları alayarımçıq formadadır və bu hal bir dövlət qurumu üçün heç də ürəkaçan deyil.

Ümumi nəticə də bundan ibarətdir ki, saytda “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 33 adda informasiyadan yalnız 10-u yer alıb.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV