Thursday 18th April 2024,

2007_2008

Ξ Leave a comment

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya məxsus www.dqmk.gov.az ünvanındakı İnternet resursunun monitoringi

posted by

Azərbaycan Respublikasının prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın www.dqmk.gov.az domen adlı İnternet resursu hələlik yeganə saytdır ki, normal ştat cədvəli və işçilərin əmək haqqı haqqında bilgiləri də ehtiva edir. Üstəlik bir sıra başqa göstəricilər baxımından da bu sayt digərlərindən fərqlənir. Özünün istifadə rahatlığı və praktikliyi baxımından sayt əlverişli qurulub. Tərtibat baxımından da yetərincə uğurlu sayıla biləcək sayt aktiv şəkildə yenilənir. Qısa şəkildə demək olar ki, ilkin təəssürat hələ ki, yaxşı təsir bağışlayır.

Komissiyanın saytı ana səhifə ilə açılır. Eng variantı da var. Az variantının ana səhifəsi yuxarı üfqi blokla başlayır. Sol tərəfdə Azərbaycanın herbinin təsviri qarşısında qurumun adı, sağ tərəfdə isə Azərbaycan bayrağı fonunda prezident İlham Əliyevin şəkli verilib.

Səhifə üç şaquli blokla davam edir. Sol blokda əsas menyu yer alıb. Ondan aşağıda işlək axtarış qutusu, daha aşağıda isə sorğu və sayğac bölmələri yer alıb. Orta blokda ən son xəbərlər və daha öncəki xəbərlərə keçid var. Sağ blok isə namizədlərin nəzərinə, üzvlər üçün, elanlar və məlumatlar, günün fotosu, press-relizlər, aktual keçidlər (dövlət organları), forumun aktual mövzuları və diqqət (alternativ verbsayt və rss) bölmələrinə ayrılıb.

Saytın dabanında “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya – 2008 © Bütün hüquqlar qorunur” sözləri yazılıb.

Əsas menyu

Ana səhifə: yuxarıda qeyd edilənlər;

Komissiya haqqında: komissiya haqqında ümumi məlumat, komissiyanın strukturu (rəhbərlik və komissiyanın aparatı), komissiyanın ştat cədvəli (vəzifə, ştat sayı və aylıq maaş məbləği), əməkdaşlarımız (əlaqə vasitələri və qısa biografiyaları);

Qanunvericilik və digər aktlar: Konstitusiya, qanunlar, fərmanlar, sərəncamlar, Milli Məclisin qərarları, Nazirlər Kabinetinin qərarları, komissiyanın normativ hüquqi aktları;

Dövlət qulluğuna qəbul: qəbul qaydaları (Azərbaycan Respublikasının Konstitusiyasından çıxarış, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının qanunundan çıxarış, "Dövlət organlarında dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanlarından ötrü test nümunələrinin hazırlanması və qəbul edilməsi qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası prezdentinin fərmanı, "Dövlət organlarında dövlət qulluğuna müsabiqə vasitəsi ilə qəbul qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası prezidentinin fərmanı, "Dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üçün müsahibənin keçirilməsi qaydaları"), qəbul üçün tələb olunan sənədlər (siyahı və formalar);

Dövlət qulluğuna qəbula dair statistikalar: birinci müsabiqə üzrə, ikinci müsabiqə üzrə, üçüncü müsabiqə üzrə;

Ehtiyat kadrlar: dövlət qulluğuna qəbulla bağlı birinci müsabiqənin (2007-ci il 14 fevraldan 06 iyunadək) nəticələri üzrə, dövlət qulluğuna qəbulla bağlı ikinci müsabiqənin (2007-ci il 05 maydan 18 iyuladək) nəticələri üzrə, dövlət qulluğuna qəbulla bağlı üçüncü müsabiqənin (2007-ci il 07 sentyabrdan 19 dekabradək) nəticələri üzrə;

Beynəlxalq əməkdaşlıq: dövlət qulluğu sistemində islahatların aparılması vasitəsilə yaxşı idarəçiliyin təşkili: MİM 9-un icrası, "Azərbaycanda dövlət qulluğu sahəsində islahatlara dəstək";

Komissiyanın hesabatları: komissiyanın fəaliyyəti barədə illik hesabatlar, digər hesabat, arayış və dövri məlumatlar;

Nəşrlər: kitablar, bukletlər;

Vətəndaşların qəbulu: qəbul günləri və saatları;

Forum: müxtəlif məsələləri müzakirə etmək imkanı;

Komissiya ilə əlaqə: yer və e-poçt ünvanı, telefon və faks nömrələri, üstəlik müxtəlif istiqamətlərdən binaya getmək üçün xəritə;

Çox soruşulan suallar: və onların cavabları;

Onlayn müraciət: real vaxt rejimində işləyən forma;

Xəbərlərin arxivi: bütün xəbərlər;

Saytın xəritəsi: anlaşıldığı kimi.

Bir daha qeyd etmək istərdik ki, sayt ilkin olaraq yaxşı təsir bağışlayır.

Bununla belə saytda “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 33 adda informasiyadan yalnız 13-ü yerləşdirilib.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV