Wednesday 24th April 2024,

2016

Ξ Leave a comment

Lənkəran Şəhər İcra Hakimiyyəti www.lankaran-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Lənkəran Şəhər İcra Hakimiyyəti www.lankaran-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti www.lankaran-ih.gov.az ünvanlı İnternet resursunun görünüşü normal, istifadəsi də rahatdır. Saytda ziyarətçilərin hər hansı bir məlumatı əldə etmək üçün əziyyət çəkməyəcəklərinə təminat verə bilərik. Saytın bütün bölmələrindəki məlumatlar dolğun hərtərəflidir. Saytda rayonun Milli Qəhrəmanlar, rayondan olan deputatlar haqda məlumat, mənzil-uşot qeydiyyatında olan müharibə əlilləri və şəhid ailələrinin siyahısı da göstərilib. Saytda rayondan seçilən millət vəkilləri, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıqgösrərib Milli Qəhrəman adı almışlar haqda da məlumat var. Ölkə prezidentinin rayona səfərləri ilə bağlı məlumatları da saytda tapmaq olar. Internet resursunda dövlət orqanlarının saytları da göstərilib. Rayonda nəşr olunan “Lənkəran” qəzeti və  “Yaşıl çay” jurnalının PDF forması ilə də saytda tanış olmaq olar. Burada turizm bölməsi var ki, rayondakı turizm məkanları haqda bilgilər təqdim olunub. Xəbərlər bölməsindəki informasiyalar da təzədir və xəbərlərin yenilənməsinə nəzarət olunur.

Saytda elanlar bölməsi var, amma təəssüf ki, buradakı elan 2014-cü ilə aiddir. Şəhərin saytı sosial şəbəkələrə də açıq deyil.

Beləliklə, Lənkəran Şəhər İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi belədir:

1.  Rayonun tarixi, əhalisi, coğrafi mövqeyi, iqtisadiyyatı, təhsili, səhiyyəsi, mədəniyyəti, idmanı haqqındakı bilgilər dolğundur. Qurumun rəhbəri haqqında verilmiş məlumatları da dolğun hesab etmək olar. Lakin qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə saytda məlumat verilmir.

2.  Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrəsi, e-poçt ünvanı, birbaşa əhalini qəbul edəcək rəhbər işçilərin adları, vətəndaşların qəbul saatları və qəbul günləri, hətta otaq nömrələri, onlarla birbaşa əlaqə  nömrələri saytda öz əksini tapıb. Quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara isə da rast gəlinmir.

3.  Qurumun strukturu haqqında sxem və müavinlər haqqında mə­lumatlar, onlarla əlaqə nömrələri (sabit telefon) var. Şura bölməsi də məlumatlıdır. Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeli­yindəki informasiya sistemləri haqqında məlumatlar isə saytda öz əksini tapmır.

4.  Qurumun rəhbəri haqqında saytda dolğun bioqrafik informasiya mövcuddur. Struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında da bilgilər təqdim edilir. Amma başçının müavinləri haqda, bütün mümkün struktur bölmələrinin də rəhbərləri haqqında bioqrafik bilgilər yoxdur.

5.  Cari informasiyalar baxımından sayt nisbətən zəngin sayıla bilər. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.

6.   Saytda qurumun büdcəsi, büdcənin  icrası haqqında,  büdcədənkənar daxil­olmalar və onların istiqamətləri, subsidiya alanlar haqda informasiyalara da rast gəlmək olmur.

7.  Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər  haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.

8.   Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur böl­mələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları,  işə qəbulla bağlı komissiyalar haqqında, qurum  və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.

9.   Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.

10.  Vətəndaşların qəbulu ilə bağlı rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri, qəbul saatları barədə bilgilər var. Onlarla birbaşa əlaqə nömrələri də var. Amma onlar  tərəfindən vətəndaşların qəbul norma və qaydaları, haqqında bilgilər təqdim edilmir.

11.  Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.

12.  Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da,  abunə imkanı yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV